From Wikipedia, the free encyclopedia
Tereza Ana (tam adı Kəlküttəli Tereza Ana, əsl adı Aqnes Qonca Boyaçı. albanca Agneze Gonxhe Bojaxhiu; 26 avqust 1910[1][2][…], Üskub, Kosovo vilayəti, Osmanlı imperiyası – 5 sentyabr 1997[1][2][…], Kəlkətə[3]) — katolik rahibə, rahibələr konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı. Tereza Ana Katolik Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmişdir. O, 1997-ci ildə ABŞ-nin ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib.
Tereza Ana | |
---|---|
alb. Anjezë Gonxhe Bojaxhiu | |
Doğum tarixi | 26 avqust 1910[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 sentyabr 1997[1][2][…] (87 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Fəaliyyəti | religious sister[d] |
motherteresa.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub[4].
Aqnes gənc ikən "Qardaşlar" adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı.
17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü.
Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçməyə başladı. 1946-cı ildə həmin məktəbin direktoru vəzifəsinə keçdi…
Bir müddət işlədikdən sonra vərəm xəstəliyinə tutulan Tereza Ana daha müəllimlik edə bilmədi və istirahət eləməsi üçün Hindistanın başqa bir şəhərinə- Darjlinqə göndərildi. Orda xəstəliyi ilə mübarizə aparan Tereza Anaya Allahdan ikinci vəhy gəldi.
"Məktəbdə işimi dayandırmalı və yoxsullarla birlikdə işləməli, onların arasında yaşamalıydım. Bu əmr idi. Hara aid olduğumu bilirdim, amma ora necə varacağımı bilmirdim".
1948-ci ildə Vatikan Tereza Ananın Loretta təşkilatından ayrılmasına və Külküttə Baş Rahibliyinin nəzarəti altında vəhyin yerinə yetirilməsinə icazə verdi.
Tereza Ana, kasıb ailələrin uşaqlarına dərs deməyə başladı. Eyni zamanda tibbin əsaslarını öyrəndi və xəstələrin evlərinə gedərək onların müalicə olunmasına kömək elədi. 1949-cu ildən başlayaraq köhnə tələbələrindən bəziləri ona qoşuldu.
Tereza Ana və ətrafındakılar xəstəxanalarda müalicə oluna bilməyən və küçələrdə ölüm-dirim mübarizəsi aparan onlarla kişi, qadın, uşaqla qarşılaşdılar. Onlar bir ev tutaraq, səfalət içində, ölüm ayağında olan insanlara kömək etməyə başladılar. 1950-ci ildə kilsənin dəstəyi ilə Kəlküttə Xeyriyyəçi Missionerlər Cəmiyyətini yaratdılar.
1952-ci ildə Kəlküttə bələdiyyəsinin verdiyi ərazidə ilk Ölü Evi açıldı. Tereza Ananın 12 nəfərlə birlikdə yaratdığı bu təşkilat, uzun illər ərzində, minlərlə könüllüsü ilə birlikdə dünyanın 450 nöqtəsində yoxsullara köməklik göstərən böyük bir hərəkata çevrildi.
Tereza Ana Kəlküttədən Nyu-Yorka qədər, hər yerdə, ölüm ayağında olanlar və atılmışlar üçün müalicə evləri açdı. İlk dəfə olaraq QİÇS qurbanları üçün xəstəxanalar yaradanlardan biri oldu. 45 il ərzində dünya miqyasında yoxsullara, ölmək üzrə olanlara və atılmışlara kömək etdi.
Tereza Ana 1979-cu ildə Nobel Sülh Mükafatına layiq görüldü. Ona gördüyü işlərinə görə təkcə Nobel yox, bir çox başqa mükafatlar da verildi.
Tereza Ana Nobel mükafatını təqdim edilməsi zamanı ənənəvi olaraq verilən ziyafətdən imtina etdi və 6 yüz min dollarlıq fondun kəlküttəli yoxsullara bağışlanılmasını istədi. Bu pul yüzlərlə insanı bir il boyunca doyuzdurmağa bəs edəcəkdi.
Tereza Ana mükafatların ancaq ehtiyacı olanlara bir xeyiri olduğu zaman önəm daşıdığını deyərdi. 1980-ci ildən etibarən dünyanın hər yanında, narkotik istifadəçilərinə, fahişələr və işgəncəyə məruz qalmış qadınlara kömək üçün açılan xəstəxanaların, kimsəsiz uşaqlar üçün tikilən uşaq evlərinin və məktəblərin sayı artmağa başladı.
Tereza Ana 1991-ci ildə ilk dəfə öz vətəni olan indiki Serbiyaya geri döndü və burada bir xəstəxana açdı. Bu illər ərzində Hindistanda 168 xəstəxana açılmışdı.
3 fevral 1994-cü ildə ABŞ Senatı və Nümayəndələr məclisinin dəstəyi ilə təşkil olunan Beynəlxalq Dua Yeməyində Tereza Ananın abort haqda dediyi sözlər hamını təəccübləndirdi: "Lütfən, uşaqları öldürməyin. Mən onu istəyirəm. Onları mənə verin".
Tereza Ana Efiopiyadakı aclara, Çernobıldakı radiasiya və Ermənistandakı zəlzələ qurbanlarına kömək etmək üçün bu ölkələrdə oldu. 1996-cı ilin dekabr ayında ona ABŞ-nin fəxri vətəndaşı verildi.
1997-ci ildə vəfat edən Tereza Ana son gününə qədər yaxşılıq, yoxsullara kömək etmək üçün fəaliyyət göstərdi. Onun gördüyü işlər insanlıq üçün əsl nümunə idi.
O deyirdi: "Ancaq bir Tanrı var və O, hər kəsin Tanrısıdır. Tanrının qabağında hər kəs bərabərdir. Bir hindliyə daha yaxşı bir hindli, bir müsəlmana daha yaxşı bir müsəlman, bir katoliklə daya yaxşı bir katolik olmağa kömək göstərməliyik.
1)Tereza Ana 1948-ci ildə ingilis müstəmləkəsindən xilas olan Hindistan dövlətinin vətandaşlığını qəbul edir. Dövlət xidmətçisi olmamasına baxmayaraq, ölümündən sonra rəsmi cənazə törəni keçirildi. Bu şərəfi M. Qandi(1869–1948) ilə paylaşmaqdadır.
2)Vatikan qaydalarına görə Tereza Ananın müqəddəs elan edilməsi üçün ölümündən sonra 2 möcüzə gerçəkləşməlidir. İlk möcüzə 2002 ci ildə gerçəkləşdi. Hindistanlı bir qadın rahibə üçün dua etdikdən sonra xərçəngdən xilas olduğunu iddia etdi. Lakin həkimlər onun xərçəng xəstəsi olmamasını və tibbi yardımların köməyi olduqlarını bildirirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.