From Wikipedia, the free encyclopedia
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü.[1]
Teodoziya Brıj | |
---|---|
ukr. Теодозія Марківна Бриж | |
Doğum tarixi | 18 fevral 1929 |
Doğum yeri |
|
Vəfat tarixi | 4 iyul 1999 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | heykəltaraş |
Vikianbarda əlaqəli mediafayllar |
Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub.[2] O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir.[2]
Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır.[1]
Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.[2] Cütlük Makivka dağındakı Seç atıcılarının xatirə qəbiristanlığını, Zoloçiv qəsrindəki Xalq Daxili İşlər Komissarlığının (NKVD) qurbanlarına həsr olunmuş xatirə ibadətgahını, Danilo Halitskinin abidəsini və Volodimir-Volinskyidə tikilmiş Vasilko Romanoviçin abidəsini dizayn etmişdir.[3]
Brıjın heykəlləri plastiklik, zəriflik və yüngüllük ilə xarakterizə olunur. O, 1960-cı illərdə Ukraynada müasir dünya incəsənəti yolu ilə gedən ilk heykəltaraşlardan biri olmuşdur.[4]
Brıj 4 iyul 1999-cu ildə Lvovda ölmüş və Lıçakov qəbiristanlığında dəfn olunmuşdur.[5]
Lvov şəhərinin Martovıça küçəsi, 5 ünvanında Brıjın xatirə muzeyi yerləşir.[1] Rivnedə bir küçəyə Teodoziya Brıjın adı verilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.