From Wikipedia, the free encyclopedia
Qırtıckimilər (lat. Poaceae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Qırtıckimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Commelinids Dəstə: Klad: Graminid clade Fəsilə: Qırtıckimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Fəsilənin nümayəndələri birillik və ya çoxillik otlar, yerüstü hissələri bəzən odunlaşan, hətta ağacşəkilli bitkilərdir. Taxılkimilərin qədim ekoloji tiplərindən bambuk, qarğı, murquz kimi hündür gövdəli növləri də vardır. bu fəsiləyə daxil olan növlər saçaqlı, sürünən, kökümsov bitkilər olub, əksəriyyəti çim əmələ gətirəndir. Yarpaqları növbəli olmaqla iki cərgə üzrə düzülür, xətvarıdır, aşağısında buğum aralarını əhatə edən qın əmələ gətirir. Çiçəklər ikicinslidir, ziqomorfdur, mürəkkəb çiçək pulcuqları ilə əhatə olunaraq sünbülcüklərdə yerləşir. Çiçəkyanlığı iki dairədə yerləşmiş pərdəşəkilli pulcuqlardan təşkil olunmuşdur. Çiçəkyanlığının xarici dairəsində iki ədəd aşağı və yuxarı çiçək pulcuğu vardır. Erkəkcik 3 ədəddir. Yumurtalıq üst vəziyyətdədir. Bir yuvalı və bir intequmentli bir yumurtacığa malikdir. Ağızcıqlar oturaq olub, 2 ədəddir. Meyvə dən, nadir hallarda (bambuklarda) çəyirdək və ya giləmeyvədir. Toxum endospermlidir.
Bu qrup bitkiləri A.A.Qrossheym (1939), V.D.Aleksandrovna (1941), İ.V.Larin (1950), Y.M.İsayev və b. (1965), Ə.İ.Mayılov (1965), S.H.Musayev (1980), V.S.Xəlilov (1971) və s. tədqiqatçılar öyrənmişlər. Azərbaycan florasında taxılların 306 növü məlumdur. Taxıl fəsiləsinin nümayəndələri yabanı halda səhralarda, yarımsəhralarda, bozqırlarda, meşələrdə, meşə kənarlarında, çəmənlərdə, xüsusilə dağ çəmən fitosenozlarının tərkibinə daxil olmaqla, özlərini fitosenozun komponenti, bəzi növləri isə edifikator olmaqla, fitosenozun formalaşmasında əsas iştirakçılarından sayılırlar. Taxıllar əksəriyyəti mal-qara tərəfindən istər yaş və istərsə də quru halında yaxşı yeyilir. Bu qrup bitkilərin yem əhəmiyyəti, kimyəvi tərkibləri tədqiqatçılar tərəfindən qismən öyrənilmişdir. Vitamin tərkibləri isə, xüsusilə "A" və "C" vitaminləri, yalnız bəzi mədəni yem bitkilərində öyrənilmişdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.