Tatarıstan Muxtar Sovet Sosialist Respublikası (Tatarıstan, Tatar MSSR, TASSR, Muxtar Sovet Sosialist Tatarıstan Respublikası; (tatar. Татарстан Автономияле Совет Социалистик Республикасы (ТАССР, Татарстан)) — RSFSR tərkibində muxtar respublika. 1920-ci il, mayın 27-də təşkil olunmuşdur. Şərqi Avropa düzənliyinin şərqində, Volqa çayının orta axını boyunda yerləşir. Sahəsi 68 min km², əhalisi 3 637 809 nəfərdir (1989). 37 rayonu, 18 şəhəri, 22 şəhərtipli qəsəbəsi olan Muxtar Respublikanın paytaxtı Kazan şəhəri olmuşdur.

Cəld faktlar Paytaxt, Rəsmi dilləri ...
muxtar respublika
Tatarıstan Muxtar Sovet Sosialist Respublikası
tatar. Татарстан Автономияле Совет Социалистик Республикасы
Thumb Thumb
Bayraq Gerb
Thumb
Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının SSRİ ərazisində yeri
 
 

Paytaxt Kazan
Rəsmi dilləri tatar
rus
Ərazisi 68 min. km²
Əhalisi 3 637 809 nəf. (1989)
İdarəetmə forması Respublika
Bağla

Dövlət quruluşu

Tatarıstan MSSR fəhlə, kəndli və ziyalıların sosialist ümumxalq dövləti, muxtar sovet sosialist respublikasıdır. Qüvvədə olan konstitusiyası 1978-ci il mayın 31-də qəbul edilmişdir[1]. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Tatarıstan MSSR Ali Sovetidir (sessiyalararası dövrdə onun Rəyasət Heyəti). Ali Sovet respublika hökumətini — Nazirlər Sovetini təşkil edir. Yerli dövlət hakimiyyəti orqanları əhalinin 2,5 il müddətinə seçdiyi şəhər, rayon, qəsəbə və kənd xalq deputatları sovetləridir. Tatarıstan MSSR Ali məhkəməsini Tatarıstan MSSR Ali Soveti 5 il müddətinə seçir. Tatarıstan MSSR Prokurorunu SSRİ Baş prokuroru 5 il müddətinə təyin edir.

Tarixi

border=none Əsas məqalə: Tatarıstan tarixi

1917-ci il oktyabrın 26-da Kazanda sovet hakimiyyəti quruldu[2]. 1918–1919-cu illərdə ağqvardiyaçılar Tatarıstan ərazisini iki dəfə tutdular[3]. 1919-cu ilin iyununda Tatarıstan tamamilə ağlardan (menşeviklərdən) təmizləndi. ÜRMİK və RSFSR XKS-nin 27 may 1920-ci il tarixli dekreti ilə RSFSR tərkibində Tatarıstan Muxtar Sovet Sosialist Respublikası yaradıldı. 1920-ci il sentyabrın 26–27-də respublikanın ilk Sovetlər qurultayı oldu[4]. Sənayeləşdirmə, kollektivləşdirmə və mədəni inqilab Tatarıstan MSSR-in iqtisadi həyatını dəyişdi. 1940-cı ildə 1913-cü ilə nisbətən 12 dəfə çox sənaye məhsulu buraxılırdı. Fəhlələrin sayı artır, milli kadrlar yaranırdı[5]. 30-cu illərdə kolxoz quruluşu yarandı. Kənd təsərrüfatının inkişafındakı nailiyyətlərə görə respublika 1934-cü ildə Lenin ordeni ilə təltif olundu. Sosialist dəyişiklikləri prosesində tatar sosialist milləti formalaşdı. Böyük Vətən müharibəsi illərində Tatarıstan zəhmətkeşləri ön və arxa cəbhədə qəhrəmanlıq göstərdilər. 200 tatarıstanlı döyüşçü (o cümlədən Musa Cəlil) Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 100 min nəfərdən çox döyüşçü müxtəlif orden və medallarla təltif olundu. Müharibədən sonrakı illərdə Tatarıstan MSSR-də neft və qaz sənayesi sürətlə inkişafa başladı. 1976-cı ildə Kama avtomobil zavodu (KamAZ) istifadəyə verildi[6]. Tatarıstan MSSR kommunizm quruculuğundakı nailiyyətlərinə və yaranmasının 50 illiyi münasibətilə 1970-ci ildə "Oktyabr inqilabı" ordeni, SSRİ-nin təşkilinin 50 illiyi münasibətilə 1972-ci ildə "Xalqlar Dostluğu" ordeni ilə təltif edilmişdir. 16 may 1992-ci ildən Tatarıstan Respublikası adlanmışdır[7].

Əhalisi

border=none Əsas məqalə: Tatarıstan əhalisi
Əlavə məlumat Əhali, 1926 min nəf. ...
Əhali 1926

min nəf.[8]

1939

min nəf.[9]

1959

min nəf.[10]

1970

min nəf.[11]

1979

min nəf.[12]

1989

min nəf.[13]

Əhalinin milli tərkibi
Tatarlar 1263,4 (48,7 %) 1421,5 (48,8 %) 1345,2 (47,2 %) 1536,4 (49,1 %) 1641,6 (47,6 %) 1765,4 (48,5 %)
Ruslar 1118,8 (43,1 %) 1250,7 (42,9 %) 1252,4 (43,9 %) 1328,7 (42,4 %) 1516,0 (44,0 %) 1575,4 (43,3 %)
Çuvaşlar 127,3 (4,9 %) 138,9 (4,8 %) 143,6 (5,0 %) 153,5 (4,9 %) 147,1 (4,3 %) 143,2 (3,7 %)
Ukraynalılar 3,1 13,1 16,1 16,9 28,6 32,8
Mordvalar 35,1 (1,4 %) 35,8 (1,2 %) 32,9 (1,2 %) 31,0 29,9 28,9
Udmurtlar 23,9 25,9 22,7 24,5 25,3 24,8
Marilər 13,1 14,0 13,5 15,6 16,8 19,4
Başqırdlar 1,8 2,9 9,3 19,1
Beloruslar 2,3 4,1 4,3 7,1 8,4
Yəhudilər 4,3 6,1 10,4 9,5 8,7 7,3
Azərbaycanlılar 0,1 0,3 0,4 1,3 3,9
Ermənilər 0,1 0,4 0,6 0,5 1,2 1,8
Bağla

Elmi idarələr

1917-ci ilədək Tatarıstanda elmi tədqiqatlar, əsasən Kazan universitetində (1804) və Kazan Baytarlıq İnstitutunda aparılırdı. 1880-ci ildə Kazan Fizika-Riyaziyyat Cəmiyyəti, 1901-ci ildə Bakterioloji institut fəaliyyətə başlamışdır. Tatarıstan MSSR-də əsas elmi idarə SSRİ Elmlər Akademiyasının Kazan filialıdır.

Həmçinin bax

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.