Tamil İlamin Azadlıq Pələngləri — Şri-Lankanın ən təhlükəli terror təşkilatı olmuşdur.
Cəld faktlar TİAP, Növü ...
Bağla
Təşkilat 1976-cı ildə ölkədə əksəriyyət təşkil edən sinhal cəmiyyətinin diskriminasiya siyasətinin güclənməsinə etiraz əlaməti olaraq yaranmışdır. Təşkilatın əsas məqsədi müstəqil Tamil dövlətinin yaradılması idi. Təşkilatın lideri Velupillayi Prabxakaran ideoloqu isə Balasinqam idilər. 1983-cü ildən Tamil İlamin Azadlıq Pələngləri hökumətə qarşı partizan müharibəsi başlatmışdır. Onlar əsasən kənd yerlərindəki məmurlara siyasi və hərbi liderlərə qarşı terror aktları törədirdilər. 1990-1993-cü illər ərzində təşkilat yüksək vəzifəli məmurlara qarşı silsilə terror aktları həyata keçirmişdir.
Belə ki 1990-cı ildə tamil siyasətçisi Amer Talinqam nazir Rəncan Viceratın 1991-ci ildə Hindistanın baş naziri Raciv Qandi 1992-ci ildə ordu generalı Denzil Kobbakadova baş vitse-admiral Klansi Fernando 1993-cü ildə isə Şri Lanka prezidenti Ranasinqh Premadasa qətlə yetirilmişdir. Tamil İlamin Azadlıq Pələngləri həmçinin əhalinin daha çox toplaşdığı yerlərdə məbədlərdə banklarda nəqliyyat vasitələrində terror aktları törədir. Təşkilatın döyüşçü qüvvələrinin sayı on min nəfərdən çoxdur. Tamil İlamin Azadlıq Pələngləri Şri-Lankanın şimal və qərb hissələrini nəzarət edir.
Terrorçuların əsas toplaşdığı yer Cafna yarımadasıdır. Təşkilatın xarici ölkələrdə çoxsaylı filialları var. Ümumdünya Tamil Assosiyası Ümumdünya Tamil Hərəkatı Kanada Tamilləri Assosiyaları Federasiyası bu qabildəndir. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı tərəfindən beynəlxalq terrorçu təşkilatlar siyahısına daxildir. Tamil İlamin Azadlıq Pələngləri 2009-cu ilin 19 may tarixində ABŞ, Hindistan və Şri Lanka tərəfindən təşkil olunan birgə hərbi əməliyyat zamanı məğlub edilmişdir.
- 13 iyul. Cafna. Şri Lanka. Terrorçuların pusqusunda 13 əsgər həlak olmuşdur.
- 14 noyabr. Şri Lanka. Terrorçuların gecə yarısı kəndə hücum etmələri nəticəsində qadın və uşaqlar daxil 36 nəfər öldürülmüşdür.
- 30 noyabr. Şri Lanka. Terrorçuların Kent Ferman kəndinə hücum etmələri nəticəsində 24 nəfər qətlə yetirilmiş və evlər yandırılmışdır.
- 1 dekabr. Şri Lanka. Terrorçular balıqçı kəndində 19 nəfəri öldürmüşlər.
- 30 noyabr. Şri Lanka. Terrorçular 100 nəfəri qətlə yetirmişlər.
- 2 dekabr. Şri Lanka. Terrorçuların iki kəndə hücum etmələri nəticəsində 57 nəfər qətlə yetirilmişdir.
- 7 dekabr. Şri Lanka. Terrorçuların bir sərnişin avtobusunu atəşə tutmaları nəticəsində 17 nəfər öldürülmüşdür.
- 8 may. Şri Lanka. Terrorçuların basqınında qadınlar və uşaqlar daxil 8 kənd sakini öldürülmüşdür.
- 14 may. Şri Lanka. Terrorçular Buddistlərin məbədində 146 nəfəri öldürmüşlər.
- 14 may. Şri Lanka. Terrorçular 18 nəfəri qətlə yetirmişlər.
- 30 may. Şri Lanka. Terrorçuların kəndə basqın etmələri nəticəsində 3 nəfər öldürülmüşdür.
- 4 iyun. Şri Lanka. Terrorçular 15 kənd sakini öldürmüşlər.
- 11 iyun. Şri Lanka. 13 kənd sakini terrorçular tərəfindən güllələnərək öldürülmüşdür.
- 2 avqust. Şri Lanka. Terrorçular 6 nəfəri öldürmüşlər.
- 11 avqust. Şri Lanka. Terrorçu qrup kəndə basqın etmişlər 9 nəfər həlak olmuşdur.
- 18 avqust. Şri Lanka. Terrorçular uşaqlar daxil 7 günahsız kənd sakini güllələyərək öldürmüşlər.
- 4 noyabr. Şri Lanka. Terrorçuların bir kəndə hücum etmələri nəticəsində 10 kənd sakini öldürülmüşdür.
- 5 may. Cafna. Şri Lanka. Terrorçuların bir bazaya hücumunda baş verən toqquşmada 20 terrorçu ilə 4 əsgər ölmüşdür
- 14 may. Şri Lanka. Terrorçular avtobus dayanacağında sərnişinlərə atəş açmışlar 78 nəfər öldürülmüş 100 nəfər yaralanmışdır.
- 6 noyabr. Trinkomales. Şri Lanka. Terrorçular tərəfindən yola yerləşilən minanın partlamsı nəticəsində 7 polis əməkdaşı həlak olmuşdur
- 2 fevral. Şri Lanka. Terrorçular Kartale kəndinə basqın etmişlər 14 nəfər öldürülmüşdür.
- 19 fevral 1986-cı il. Şri Lanka. Yurdlarından qaçan 39 nəfər terrorçular tərəfindən yola yerləşilən bombanın partlaması nəticəsində həlak olmuşlar.
- 19 fevral. Şri Lanka. Terrorçuların hərbi yükmaşına hücum etmələri nəticəsində 35 nəfər həlak olmuşdur.
- 24 aprel. Şri Lanka. Bir neft anbarı stansiyası ilə polis məntəqəsinin partladılması nəticəsində 9 nəfər ölmüş ikisi polis 5 nəfər yaralanmışdır.
- 3 may. Şri Lanka. Bir sərnişin təyyarəsinin partladılması nəticəsində 13 Britaniya 2 yapon 2 alman 6 fransız və 1 portuqaliyalı olmaqla 21 adam həlak olmuş və 41 nəfər yaralanmışdır.
- 5 may. Şri Lanka. Terrorçular 4 nəfəri işgənccə ilə öldürmüşlər.
- 25 may. Şri Lanka. Terrorçular 20 nəfəri güllələyərək öldürmüşlər və evləri yandırmışlar.
- 31 may. Şri Lanka. Bir sərnişin təyyarəsinin partladılması nəticəsində 15 nəfər həlak olmuş və 24 nəfər yaralanmışdır.
- 2 iyun. Şri Lanka. Terrorçular mülki evlərə hücum edərək 10 nəfərin başını kəsmişlər.
- 7 iyun. Şri Lanka. Terrorçular kəndə hücum etmişlər 20 nəfəri öldürmüşlər əsasən qadın və uşaqlar terrorçuların işgəncəsinə məruz qalaraq həlak olmuşlar.
- 11 iyun. Şri Lanka. İki avtobusa yerləşilən bombaların partladılması nəticəsində 56 nəfər həlak olmuşdur.
- 21 iyun. Şri Lanka. Kəndə hücum edən terrorçular 9 nəfəri öldürmüşlər.
- 28 iyun. Şri Lanka. Nəqliyyat vasitəsinin partladılması nəticəsində 46 nəfər həlak olmuşdur.
- 4 iyul. Şri Lanka. Terrorçular 15 kənd sakini güllələyərək öldürmüşlər.
- 9 iyul. Şri Lanka. Terrorçular kəndə basqın edərək 16 nəfəri öldürmüşlər.
- 18 iyul. Şri Lanka. Terrorçuların hərbi hissəyə hücum etmələri nəticəsində baş verən toqquşmada 16 terrorçu öldürülmüşdür.
- 19 iyul. Şri Lanka. Terrorçular kəndlərə hücum etmişlər 17 nəfər həlak olmuşdur.
- 19 iyul. Şri Lanka. Terrorçular 12 kənd sakini güllələmişlər.
- 22 iyul. Şri Lanka. Terrorçular tərəfindən yol kənarına yerləşilən bombanın bir sərnişin avtobusuna çırpılması nəticəsində 32 nəfər ölmüşdür.
- 24 iyul. Şri Lanka. 60-a yaxın terrorçu kəndə daxil olaraq 4 sakini öldürmüşlər və 18 nəfəri yaralamışlar.
- 24 iyul. Şri Lanka. Bir avtobusun partladılması nəticəsində 28 nəfər həlak olmuş və 40 nəfər yaralanmışdır.
- 14 sentyabr. Kolombo. Şri Lanka. Bir kənddə bombanın partlaması nəticəsində iki nəfər həlak olmuşdur.
- 17 sentyabr. Şri Lanka. Terrorçular 10 nəfəri güllələyərək öldürmüşlər.
- 17 sentyabr. Şri Lanka. 10 nəfəri qətlə yetirən həmin terrorçu qrup Vodiqovevo kəndinə hücum edərək 19 nəfəri öldürmüşlər.
- 18 sentyabr 1986-cı il. Battikaloa. Şri Lanka. Törədilən terror aktında 13 nəfər həlak olmuşdur.