From Wikipedia, the free encyclopedia
Talışinskilər — Azərbaycan xalqının zadəgan soylarından biri. Səfəvilər sülaləsinin kiçik qollarından birinə mənsubdurlar.[1]
Talışxanovlar, Talışinski, Talışlı və Xansuvarov | |
---|---|
Titul | Xan |
Əcdadı | Cəmaləddin Əli Xan (Qaraxan) |
Qohum soylar |
Yadigarovlar, Mehmandarovlar, Bakıxanovlar, Əlibəyovlar, Naxçıvanskilər, Vəzirovlar, Vəkilovlar, Ağayevlər |
Mənşəyi | azərbaycanlı |
Təbəəliyi |
Talış xanlığı, Rusiya imperiyası |
Bu nəsil əsil-nəcabəti olan üç ziyalı ailə ilə yaxın qohum olub: yadigarovlar, vəkilovlar və vəzirovlar. Hər üç nəsil də xalqımızın maarif, mədəniyyət və hərb tarixinə görkəmli oğullar bəxş edib. Qaraxan Talış xanlığının əsasını qoyub. Xanlığın siyasi və iqtisadi qüdrətini möhkəmlədən Qaraxan İran təhlükəsindən qorunmaq üçün nizami qoşun təşkil edir. Müstəqil Talış xanlığı yaradır. 1786-cı ildə Qaraxan vəfat etdikdən sonra yerinə oğlu Mir Mustafa xan keçir. Bəzi tədqiqatçılar bu nəsildən dörd və daha artıq general olduğunu deyirlər. Tədqiqatçı Gülməmməd Məmmədov "Leninçi" qəzetində (2.VIII.1988) çıxış edərək, Talışxanovların dörd generalının adını çəkir.
Seyidlik şəcərəsi dördüncü imam Zeynül Abiddinə (ə.s) çatır. Bununla belə, uzun tarixi dövr ərzində birgə yaşayış və qohumluq əlaqələri səbəbilə Talışxanovlar sonradan türkləşmişlər.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.