Talıb Məmmədov
Birinci Qarabağ müharibəsi iştirakçısı From Wikipedia, the free encyclopedia
Talıb Gürşad oğlu Məmmədov — Azərbaycanlı hərbi rəhbər. 2004-cü ilə qədər Azərbaycan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi olub. 2004—2006-cı illərdə Azərbaycanın Pakistandakı hərbi attaşesi işləyib. General-leytenant rütbəsinə malikdir. Birinci Qarabağ müharibəsi iştirakçısı.
Talıb Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | General–Leytenant |
Döyüşlər |
Birinci Qarabağ müharibəsi Əfqanistan müharibəsi |
Həyatı
Talib Məmmədov 1981-ci ildə Bakı Ali Hərbi Məktəbini bitirib[1].
Talib Məmmədov Birinci Qarabağ müharibəsində və Əfqanıstan müharibəsində iştirak etmişdir. 1992–1993-cü illərdə Ağdamın müdafiəsinə rəhbərlik edib. Ağdamın müdafiəsinin uğursuz təşkilindən və şəhərin işğalından sonra tutuldu və bir neçə ay həbsxanada qaldı.
2004-cü ildə ölkə rəhbərliyi ilə qarşıdurma zamanı Talib Məmmədovun İlham Əliyevi Azərbaycan rəhbərliyində davamçı kimi qəbul etməməsi nəticəsində vəzifəsini itirdi[2] və Azərbaycanın Pakistandakı səfirliyinə hərbi attaşe olaraq göndərildi. Daha sonra vəzifəsi aşağı endirilərək Müdafiə Nazirliyinin Elmi Tədqiqatlar Hərbi Mərkəzinə köçürüldü. 2006-cı ildə Məmmədov bu vəzifədən geri çağırıldı və vəzifəsindən azad edildi.
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.