Remove ads
Azərbaycan Respublikasında Ali Hərbi Təhsil müəssisəsi From Wikipedia, the free encyclopedia
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi.[2] Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir.
Heydər Əliyev adına Hərbi İnstitut | |
---|---|
Əvvəlki adları |
Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandirlər Məktəbi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Şüar | Ulduzların irfan yuvası[mənbə göstərin] |
Əsası qoyulub | 1918 |
Tip | Hərbi Akademiya |
Tələbə sayı | 6.500 |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Xətai rayonu, Polad Həşimov küçəsi[1] |
Sayt | aahm.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür.[2]
Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi.[2]
Məktəbin tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır.
Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi.[2]
Korpus komandiri Ə.Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi.
1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından dərhal sonra, yəni 1918-ci il may ayının sonunda – iyun ayının əvvəllərində bu məktəbin fəaliyyəti yenidən bərpa edildi.
1918-ci ilin mayında Azərbaycana gələn Nuru Paşa, Türk əsgərləri və yerli qüvvələr əsasında yaradılan Qafqaz İslam Ordusunun komandanı təyin edildi. Türk zabitlərinin yaxından köməyi və iştirakı ilə, Azərbaycan Demokratik Cumhuriyyəti ordusunu milli kadrla təmun etmək məqsədi ilə 1918-ci ilin iyun ayinda Nuru Paşanın rəhbərliyi ilə Gəncədə ilk hərbi məktəb yaradıldı.
1918-ci il oktyabr ayının 27-də Milli Hərbiyyə Məktəbinin ilk buraxılışı oldu. Azərbaycan Xalq Cümhuriyyəti hərbi nazirinin 1 dekabr 1918-ci il tarixli əmri ilə Gəncədə yerləşmiş Milli Hərbiyyə Məktəbi Praporşiklər Məktəbi adlandırılaraq məzunlarına ilk zabit rütbəsi verdi. 1919-cu il oktyabr ayının 31-də hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə Praporşiklər Məktəbi yenidən Hərbiyyə Məktəbi adlandırıldı.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, 1920-ci il may ayının 25-də Hərbiyyə Məktəbi Azərbaycan Birləşmiş Hərbiyyə Məktəbi adlandırıldı. 1923-cü ildə Əliağa Şıxlinski, 1924-cü ildə isə Səməd bəy Mehmandarov bu məktəbdə müəllim işləməyə cəlb edilirlər. 1930-cu ilin noyabr ayında Zaqafqaziya Hərbi Hazırlıq Məktəbi yenidən formalaşdırılaraq Serqo Orconikidze adına Bakı Piyada Məktəbi adlandırıldı və Qızıl Ordu üçün təhsil müddəti 3 il olmaqla zabit kadrları hazırlamağa başladı. 1933-cü ildə Bakı Piyada Məktəbi Salyan Kazarmaları şəhərciyində onun üçün nəzərdə tutulmuş binalara köçürüldü (hazırda bu binalarda təlim-tədris mərkəzi yerləşir).[2]
1 yanvar 1940-cı ildən məktəb tədris proqramını yerinə yetirməyə başladı. İlk aylarda kursantlar proqram üzrə müxtəlif müddətlə hazırlanırdılar. Hərbi hissələrdən məktəbə daxil olanlar bir illik proqramla, hərbi komisarlıqdan gələn mülki gənclər iki illik proqramla hazırlanırdılar. 1940-cı ilin martından bütün məktəb iki illik hazırlanma proqramına keçdi. Zabitlərin hazırlığı əvvəlcə iki peşə üzrə gedirdi:
1941-ci ildə məktəbin ştatı böyüdü və kursantlar üç peşə üzrə hazırlanmağa başlandı:
1940-cı ilin fevralın əvvəlində ilkin yığımın kursantları sıra qarşısında vətənə və öz xalqına sədaqətli olmaq üçün hərbi and qəbul etdilər. Buraxılış iki il əvəzinə il yarımlıq oldu. Ancaq buna baxmayaraq buraxılış imtahanlarında kursantların əksəriyyəti əsasən hərbi fənnlərdən yüksək qiymət aldılar. Təxminən buraxılanların 76 % -i taktikanı və atəş hazırlığını "Əla" və "Yaxşı" qiymətlərlə verdilər.
1941-ci il iyunun 12-də gənc zabitlər təyinatı üzrə xidmət yerlərinə yola düşdülər və bundan 10 gün sonra böyük vətən müharibəsi başlandı.
Müharibənin üçüncü günü artıq 579 kursant və müəllim heyətindən cəbhəyə getmək üçün könüllü müraciət etmişdir. Müharibənin başlamasından dörd ay sonra gənc leytenantların vaxtından əvvəl buraxılışı keçirildi.
Məzunlar birbaşa döyüşən orduya göndərildilər. Müharibə, komandir hazırlığı sistemini kökündən dəyişdirməyə məcbur edirdi. Şəraitlə əlaqədar olaraq məktəbin tədris sisteminə yeni hazırlıq proqramı əlavə olundu. Bütün dərslər müharibə dövrünün tələblərinə uyğun olaraq keçirilirdi.
Müharibənin ən ağır dövründə Ali Baş Komandanın əmri əsasında Qroznı Hərbi Piyada Məktəbi, Qroznı kursant alayına keçirilərək 13 iyul 1942-ci ildə 2435 nəfərdən ibarət alay, məktəb rəisinin komandanlığı ilə döyüşən orduya, Stalinqrad cəbhəsinə yola salınmışdır.[2]
Qroznı kursant alayı Stalinqrad cəbhəsinə göndərildikdən sonra məktəb öz fəaliyyətini dayandırmadı. 1942-ci ilin iyulun 18-də məktəb əvvəlki ştata əsasən yığılaraq 1 avqust 1942-ci ilədək başa çatdırıldı.
Alman ordusunun Qroznı şəhərinə yaxınlaşması ilə əlaqədar olaraq məktəb avqustun axırında Gürcüstana köçürüldü. Orada zabit kadrlarını hazırlamaq üçün şəraitin olmamasına görə, 17 oktyabr 1942-ci ildə məktəb Bakı şəhərinə köçürüldü. Burada olan şərait müharibənin tələblərinə uyğun zabit kadrların hazırlanmasına imkan verirdi.
Almaniya ordusuna qarşı mübarizədə Bakı Piyada Məktəbi cəbhəyə 9.000-dən artıq gənc zabit kadrları hazırlayaraq yola salmışdır. Bakı Piyada Məktəbinin 22 məzunu bu müharibədə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Sovet İttifaqı Qəhrəmanı adı almış 22 məzundan üçü azərbaycanlı olmuşdur:
Zabit kadrlarının hərtərəfli hazırlanması üçün 1946-cı ilin iyul ayından üç illik proqramla hazırlığı başlandı. 1947-ci ilin oktyabr ayında Bakı Piyada Məktəbi özünün müharibədən sonra ilk üç illik proqramla hazırlanmış kursantlarının buraxılışını keçirdi.[2]
Bakı Piyada Məktəbinin orduda Azərbaycanlı zabit kadrlarının artmasında böyük rolu olmuşdur. 1952-ci ilin buraxılış günü məktəbin tarixində ən əlamətdar günlərdən biri olmuşdur, lakin buraxılan zabit kadrlarının yalnız 34%-ni azərbaycanlılar təşkil etmişdir. Bu vaxtdan etibarən Azərbaycanlı kadrların məktəbə qəbulu artmışdır.
1958-ci ilin ortalarında SSRİ Nazirlər Sovetinin qərarına əsasən hərbi məktəblər orta təhsil sistemindən ali təhsil sisteminə keçdilər. Həmin vaxtdan məktəbin adı dəyişilərək Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandı. 1 sentyabr 1958-ci ildə məktəb yeni tədris sisteminə böyük təntənə ilə başladı. 28 noyabr 1966-cı ildə əldə etdiyi yüksək nailiyyətlərinə görə məktəbə Azərbaycan SSRİ Ali Sovetinin adı verildi.
1980-ci illərin 2-ci yarısında keçmiş SSRİ rəhbərliyi, xüsusilə SSRİ-nin prezidenti Mixayıl Qarbaçov tərəfindən dəstəklənən erməni quldurları bir-birinin ardınca dəhşətli hadisələr törədirdilər. Bu hadisələrə etiraz əlaməti olaraq 17 noyabr 1988-ci ildə ilk dəfə olaraq Bakı Ali Məktəblərinin tələbələri, sənaye müəssisələrinin fəhlələri və şəhərin ziyalı təbəqəsi küçələrə çıxaraq indiki Azadlıq meydanında, Qarabağda baş vermiş hadisələrə qarşı Azərbaycanın ərazi bütövlüyünə görə nümayiş keçirdi. [2]
1992-ci ilin aprel ayından məktəb Azəraycan Respublikasının hüquqi tabeliyinə keçirilmişdir.[3] Motoatıcı qoşunlar üçün zabitlərdən başqa məktəb on üç peşə üzrə zabitlər hazırlamağa başlamışdır.
Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantları Qarabağ müharibəsində, Müstəqil Azərbaycanın bütövlüyünün və suverenliyinin qorunmasında fəal iştirak etmişlər.
1992-ci ilin dekabrında Ümumqoşun fakültəsinin birinci kursunun şəxsi heyətindən ibarət tabur yaranmış və döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam bölgəsinə göndərilmişdir. Gənc kursant taburu vətənpərvərlik və cəsurluq nümunələri göstərərək döyüş tapşırığını itkisiz yerinə yetirmişdir.
1993-cü ilin fevralında ümumqoşun fakültəsinin ikinci kursundan 72 nəfərdən ibarət bölük yaradılmış döyüş tapşırığını yerinə yetirmək üçün Ağdərə bölgəsinə göndərilmişdir. Döyüş tapşırığını yerinə yetirərkən 8 nəfər həlak olmuş, 5 nəfər isə itkin düşmüşdür.
Məktəbin zabit və kursantları 1994-cü ilin qış və yaz döyüş kompaniyalarında, Murovdağ istiqamətində erməni təcavüzünə sinə gərmiş, verilən döyüş tapşırıqlarını yerinə yetirmişlər.[3]
Döyüşlərdə göstərdiyi igidlikliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşlər.
Yeni yaranmış müstəqil respublikanın Silahlı Qüvvələri və digər qoşun növlərinin müxtəlif ali hərbi ixtisaslı zabit kadrları ilə komplektləşdirilməsi zərurəti yarandığı üçün məktəb Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi adlandırılmışdır. Burada 1992 – 1997-ci illərdə zabit kadrlarının hazırlanması üzrə tədris prosesi keçmiş Sovet İttifaqının hərbi tədris sisteminə əsasən həyata keçirilmişdir. 1996-cı ildə Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış protokola əsasən, Türkiyə Silahlı Qüvvələri zabitlərinin köməkliyi ilə məktəbdə müasir standartlara uyğun tədris sisteminə keçid üçün müvafiq işlər aparıldı. Bununla əlaqədar, 1997-ci ildən başlayaraq keçmiş Bakı Ali Hərbi Dənizçilik Məktəbinin nəzdində hər il yeni kursant taboru yaradılmış və 4 kursant taborunun formalaşdırılması üzrə işlər 2000-ci ildə sona çatdırılmışdır. 2001-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən fəaliyyət göstərən hərbi məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir.
Xüsusi təyinatlı tədris müəssisələri şəbəkəsinin fəaliyyətini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi.
I. Quru Qoşunları Fakültəsi İxtisasları
II. Hərbi Hava Qüvvələri Fakültəsi İxtisasları
III. Hava Hücumundan Müdafiə Fakültəsi İxtisasları
IV. Hərbi Dəniz Qüvvələri Fakültəsi İxtisasları
II Qarabağ müharibəsində müstəqil Azərbaycanın bütövlüyü və suverenliyinin qorunmasında tədris ocağının kursant və məzunları fəal iştirak etmişlər. 2016-cı ilin Aprel döyüşləri zamanı erməni təcavüzünün qarşısını layiqincə dəf edən məktəbin 20 məzunu şəhidlik zirvəsinə ucalmışdır.
27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kurs kursantları və zabit-gizir heyəti də qatılmışdır. 29 sentyabr 2020-ci ildən etibarən Ali Hərbi Məktəbin 500-dən çox 4-cü kurs kursantı və yüzlərlə zabit-giziri Vətən Müharibəsində iştirak üçün cəbhə xəttinə yollanmış, 4-cü kurs kursantları "kiçik leytenant" hərbi rütbəsi ilə müxtəlif vəzifələrdən strateji döyüşlərdə iştirak etmişdir. Ali Hərbi Məktəbin 4-cü kurs kursantlarından Yaqub Nəcəfov, Seymur Abbasov, Namaz Allahverdiyev, Vüsal Muradov, Sadiq Nəcəfli şəhid olmuşdur. Məktəbin zabitlərindən, "Uçuş mühəndisliyi" kafedrasının rəis müavini polkovnik Zaur Nudirəliyev şəhid olmuş, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Həmçinin, "Artilleriya" kafedrasının baş müəllimi mayor Fərid Ələkbərov, "Ümumi fənnlər" kafedrasının baş müəllimi polkovnik-leytenant Qərib Baxşəliyev, "Kəşfiyyat" kafedrasının baş müəllimi mayor Rüfət Əsgərov, kursant taqımı komandiri kapitan Elvin Kazımov şəhid olmuş, medallarla təltif edilmişdir.23 zabit və kursant müxtəlif dərəcələri yaralar almış və qazilik mərtəbəsinə yüksəlmişdir.[2]
2019-cu ilin avqust ayında polkovnik Etibar Əliyevin rəhbərliyi ilə akademiyanın hərbi orkestri ilk dəfə Azərbaycanı təmsil edən "Spasskaya Tower" Hərbi Musiqi Festivalında iştirak edib.[7] 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə şərəfinə keçirilən Bakı Qələbə Paradında iştirak edən bölmələr arasında olub.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.