Tacikistan bayrağı
Tacikistanın dövlət bayrağı From Wikipedia, the free encyclopedia
Remove ads
Bayraq qırmızı, ağ və yaşıl üfüqi zolaqlardan ibarət üçrənglidir. Mərkəz hissədə ağ zolağın içərisində yuxarı hissəsi 7 kiçik qızılı sarı rəngli beşguşəli ulduzla əhatə olunmuş qızılı sarı rəngli tac yerləşir.
Simvolizm
Qırmızı rəng millətin vəhdətini, qələbəni və günəşin doğmasını ifadə edir. Qırmızı rəng həm də keçmiş sovet dövründə[1][2] fəhlələri[2] və torpağı müdafiə etmək üçün canlarını fəda etmiş olan döyüşçüləri simvollaşdırır. Ağ rəng təmizliyi, mənəviyyatı, dağların qarını və buzunu, pambığı ifadə edir. [3][4][5] Yaşıl təbiətin səxavətini, bərəkətli dərələri, İslam dinini və Novruz bayramını simvollaşdırır.
Tacik adı xalq etimologiyasında farsca tâj sözü ilə əlaqəli olduğundan, tac simvolu Samaniləri və tacik xalqını simvollaşdırır. Fars mifologiyasında kamillik və xoşbəxtliyi ifadə edən yeddi rəqəminin əhəmiyyətinə görə Tacikistan bayrağında yeddi ulduz vardır.
Remove ads
Dizayn
Tarixi bayraqları
- Tacikistan Muxtar Sovet Sosialist Respublikası bayrağı (1924-1929)
- Tacikistan Sovet Sosialist Respublikasının bayrağı (1931-1935)
- Tacikistan Sovet Sosialist Respublikasının bayrağı (1935-1936)
- Tacikistan Sovet Sosialist Respublikasının bayrağı (1936-1938)
- Tacikistan Sovet Sosialist Respublikasının bayrağı (1938-1940)
- Tacikistan Sovet Sosialist Respublikasının bayrağı (1940-1953)
- Tacikistan Sovet Sosialist Respublikasının bayrağı (1953-1991) (qabaq tərəfi)
- Tacikistan Sovet Sosialist Respublikasının bayrağı (1953-1991) (arxa tərəfi)
Qalereya
- Prezident bayrağı
- Mülki bayraq
- Dalğalanan Tacikistan bayrağı
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads