Təkə yarımadası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Təkə yarımadası - Türkiyənin cənub-qərbində Antalya körfəzi ilə Fəthiyə körfəzi arasında Aralıq dənizinə doğru uzanan yarımadadır. Göllər bölgəsi ilə şimaldan sərhədlənir. Qədim dövrlərdə Likiya olaraq bilinirdi. Adı bölgəyə Anadolu Səlcuqlu dövləti dövründə bura köçürülən Təkə boyundan gəlir.
Təkə yarımadası | |
---|---|
Yerləşməsi | |
36°34′ şm. e. 28°58′ ş. u.HGYO | |
Akvatoriya | Aralıq dənizi |
Ölkə | Türkiyə |
|
Yarımadanın tarixi eramızdan 3000 min il əvvələ çıxır. Ancaq, hal-hazırkı arxeoloji araşdırmalara görə E.ə. 2000-ci ilə çıxır. Dil mütəxəssislərinin apardığı araşdırmaya görə, bölgədə istifadə edilən yer adları Anadolunun müxtəlif bölgələrində olan Eramızdan 3 min il əvvəlki yer adları ilə bənzəşməkdədir.
Təkə yarımadası Aralıq dənizinə doğru küt bir çıxıntı meydana gətirir. Şimal sərhəddi olaraq qəbul edilən xətt, Kestel və Burdur göllərinə axan çaylarla Dalaman çayının yuxarı axını ilə Göllər bölgəsi adlanan ərazidən keçir. Şimal-şərq tərəfdə kəsilməyə uğrayan yüksək dağ qurşağı Təkənin ortasında yerləşən Almalı düzənliyinin ətrafında yerləşir. 1150 m yüksəkliyindəki düzənliyin şərqində geniş və yüksək dağ silsiləsi Bəydağları yerləşir. Ağdağ və Almalı dağları da düzənliyi qərb tərəfdən əhatə edir.
İqlim yumşaqlığına görə Təkə yarımadası, əkinçilik üçün əlverişlidir. Taxıl, şəkər çuğunduru, meyvə, xüsusilə sitrus bitkiləri və tərəvəz bitkiləri yetişdirilir.
Turizm baxımından Güllük Milli Parkı və Olimpos-Beydağları Milli Parkları ilə başlayan turizm fəaliyyətləri inkişaf etməkdədir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.