Türkiyənin qadın milli voleybol komandası From Wikipedia, the free encyclopedia
Türkiyə qadın voleybol yığması – Türklər voleybol milli komandalarını filenin sultanları adlandırlar.[1]
Türkiyə | ||
Reytinqdə sırası | 7 | |
Konfederasiya | CEV | |
Federasiya | TVF | |
Məşqçi | Daniele Santarelli | |
İnternet Saytı | Türkiyə Voleybol Federasiyası Arxivləşdirilib 2013-04-30 at the Wayback Machine | |
Olimpiya oyunları | ||
---|---|---|
İştirakı | 2 dəfə (2012-ci il 2020-ci il) | |
Ən yaxşı nəticəsi | 5-ci yer (2020-ci il) | |
Dünya çempionatı | ||
İştirakı | 5 dəfə (2006, 2010, 2014, 2018, 2022) | |
Ən yaxşı nəticəsi | 6-cı yer : (2010) | |
Avropa çempionatı | ||
İştirakı | 14 dəfə (1963, 1967, 1981, 1989, 1995, 2003, 2005, 2007, 2009, 2011, 2015, 2017, 2019, 2021) | |
Ən yaxşı nəticəsi | 1-ci yer : 2023 | |
Dünya qran-prisi | ||
İştirakı | 6 dəfə (2008, 2012, 2013, 2014, 2015, 2016) | |
Ən yaxşı nəticəsi | 3-cü yer : 2012 | |
Dünya kuboku | ||
İştirakı | 1 dəfə (2003, 2023) | |
Ən yaxşı nəticəsi | 1-ci yer : 2023 | |
Millətlər Liqası | ||
İştirakı | 4 dəfə (2018, 2019, 2021, 2022, 2023) | |
Ən yaxşı nəticəsi | 1-ci yer : 2023 |
Bu ölkəyə voleybol ilk dəfə 1919-cu ildə amerikanlar gətirmişlər.[2] Aidiyyəti qurum isə 1958-ci ildə yaradılmışdır. Türkiyə Voleybol Federasiyasının ilk rəhbəri Vahit Çolakoğlu olmuşdur[2]
Türkiyə qadın milli komandası ilk qalibiyyətini 1961-ci ildə Almaniya millisinə qarşı qazanmışdır. CEV bayrağı altında iştirak etdiyi ilk böyük turnir isə 1963-cü ildə keçirilən Avropa çempionatı olmuşdur.[2]
Bu milli komandanın 2003-ə qədər nəzərəçarpan uğuru olmamışdır. Ancaq bəhs edilən ildə türklər avropa çempionatını finalına qədər çıxmışlar. Ankarada keçirilən turnirin finalında Polşaya 3-0 yenilən Türkiyə Avropa çempionatını gümüş medallarına yiyələndi və tarixində ilk belə uğura imza atdı. Avropa ikincisi olmuş komandanın heyətində bu voleybolçular var idi: Bahar Mert, Esra Gümüş, Sinem Akap, Özlem Özçelik, Aysun Özbek, Nataliya Hanikoğlu, Mesude Kuyan, Pelin Çelik, Çiydem Can Rasna, Gülden Kayalar, Seda Tokatlıoğlu və Neslihan Demir Darnel.[3]
Türkiyə 2009-cu il Voleybol üzrə Avopa çempionatında 2001-ci ildən sonra ilk dəfə seçmə mərhələdə iştirak etdi. Polşadada keçirilən turnirdə Almaniya, İtaliya və Fransa ilə bir qrupa düşdü. Fransaya 3-0 qalib gəldikdən sonra,[4] İtaliyaya 3-0 Almaniyaya 3-2 məğlub oldu və qrupunu üçüncü yerdə bitirdi. Bu nəticə ilə ikinci tura çıxan türklər bu mərhələdə də Serbiyayı və Azərbaycanı 3-1,[5][6] Çexiyanı da set vermədən məğlub etdi.[7] Ancaq qurupunda üçüncü olan Türk milli komandası yalnız təsəlli verici görüşlərə vəsiqə qazana bildi. Burada qələbə qazanaraq Avropa beşinciliyi əldə edə bildilər.
2011-ci ildən etibarən Türkiyə qadın milli voleybol komandası dünyada öz sözünü deməyə başladı. Elə həmin il Avropa üçüncüsü olaraq bu turnirdə ikinci medallarını qazanmışlar. Bundan sonra müvafiq olaraq 2010 Dünya çempionatında yaşanan altıncılıq,[8] 2012 London Yay Olimpiya Oyunlarına çıxmaq və orada alınan doqquzunculuq,[9] 2012 Dünya Qranpirisində qazanılan bürünc medal türk qadın voleybolunun qüdrətini qat-qat artırmışdır.[10]
Son iştirak etdiyi turnir üçün "2013 sentyabr"
Nömrə | Oyunçunun adı | Mövqeyi | Çıxış etdiyi klub |
1 | Güldeniz Önal | Hücumçu | Vakıfbank |
2 | Aslı Kalaç | Blokçu | Yeşilyurt VK |
3 | Gizem Karadayı | Libero | Vakıfbank |
4 | Birgül Güler | Hücumçu | Nilüfer BSK |
5 | Ergül Avcı | Blokçu | Qalatasaray |
6 | Polen Uslupehlivan | Diaqonal | Vakıfbank |
7 | Seda Tokatlıoğlu | Diaqonal | Fənərbaxça |
8 | Bahar Toksoy | Blokçu | Vakıfbank |
9 | Özge Çemberci | Toppaylayıcı | Tauron |
10 | Gözde Sonsırma | Hücumçu | Vakıfbank |
11 | Naz Aydəmir | Toppaylayıcı | Vakıfbank |
12 | Dilara Bağcı | Libero | Bursa B.B |
13 | Neriman Özsoy | Hücumçu | Qalatasaray |
17 | Neslihan Demir | Diaqonal | Eczacıbaşı |
İl | Yeri | Q | M |
---|---|---|---|
2012 | 9 | 2 | 3 |
Toplam | 1/13 | 2 | 3 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.