From Wikipedia, the free encyclopedia
Tövbə — Bəzi insanlar xətasız olmaq istəyirlər. Özlərini bacardıqca nöqsansız bir insan kimi göstərməyə və görməyə çalışırlar. Çünki xəta etdiklərini qəbul etsələr, hər kəs qarşısında rüsvay olunacaqlarından qorxurlar. Onlara görə ideal insan özünə heç bir xətanı yaraşdırmayan insandır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Halbuki bu "xətasızlıq" anlayışı boş inancdan başqa bir şey deyildir. Həmçinin Quranda bizlərə belə bir mömin modeli nümunə olaraq göstərilməmişdir. Belə bir tipin yaradılması mümkün də deyil. Çünki insanın Allah qarşısındakı acizliyinin nəticəsi olaraq həyatı boyunca bir çox xəta və günahlar edə bilər. Əlbəttə ki, bunlardan qaçmalı, Allahın dininə riayət edərək xəta və günah etməməyə cəhd göstərməlidir. Ancaq Allahın aciz bir bəndəsi olduğunu və tamamilə xətadan xilas ola bilməyəcəyini də unutmamalıdır.
Buna görə bir ayədə yer üzərindəki hər insanın Allaha qarşı xəta və günah işlədə biləcəyi belə xəbər verilir:
"Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfəri belə sağ qoymazdı. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda (həmin müddət yetişib qiyamət qopduqda hamını yenidən dirildərək hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər.) Çünki Allah Öz bəndələrini görəndir!" ("Fatir" surəsi, 45).
Bir ilahi hökm olaraq Allah insanların xətaları və ya günahları ola biləcəyini, lakin bunda inad etməmələrini Quranda bildirmişdir. Mömindən gözlənilən işlədiyi bütün xəta və günahlar üçün hər zaman Allahdan bağışlanmasını diləməsidir.
Məhz inkar edənlər ilə möminləri bir-birindən ayıran ən önəmli xüsusiyyətlərdən biri də budur. İnkarçılar özlərini xətasız və günahsız saymağa çalışırlar. Halbuki möminlərin belə bir iddiası yoxdur. Əlbəttə, Allaha qarşı heç bir günah işləmək istəməzlər. Ancaq insan bəzən nəfsinə aldanıb günah işlədə bilər. Allahın hökmlərini yerinə yetirən zaman zəiflik göstərərək qəflətə düşə bilər. Amma nəticədə bütün bunlardan peşman olub Allaha üz tutması və Ondan bağışlanma diləməsi önəmlidir.
Qurana nəzər yetirsək Allahdan bağışlanmasını istəmək möminin təbii və daimi xüsusiyyəti olduğunu görərik. Bu vəziyyətdə Allah bizə Quran ayələrində möminlərin heç bir zaman özlərini günahdan uzaq görmədiklərini əksinə, qüsur və nöqsanları üçün hər zaman Allahın rəhmətinə güvəndiklərini göstərir. Bir ayədə tövbə etmək möminin ən əsas xüsusiyyətlərindən biri kimi göstərilmişdir:
"Onlar Allaha tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ!" ("Tövbə" surəsi, 112).
Burada tövbə ilə bağışlanma anlayışları arasındakı fərqə də diqqət etmək lazımdır.
Allah Quranda bizə göstərir ki, Allahdan bağışlanma diləmək möminin hər zaman etdiyi ibadət olmalıdır. İnsan bilərəkdən ya da bilməyərəkdən etdiyi bütün günahları üçün Allahdan gecə-gündüz bağışlanmasını diləyə bilər. Bir çox ayələrə görə özü üçün bağışlanma istədiyi kimi, digər möminlər üçün də bağışlanma istəyə bilər. Buna görə də Allahdan bağışlanma diləmək, yəni istiğfar etmək bir insanın Allaha öz günahlarından keçməsi üçün yalvarması, bu məqsədlə onun sonsuz şəfqət və rəhmətinə sığınması mənasını verir. Həmçinin Quranda möminlərin Allaha "Rəbbimiz, bizim günahlarımızı bağışla, pisliklərimizi keç və bizi də yaxşılıq edənlərlə birlikdə öldür" ("Ali-İmran" surəsi, 193) deyə yalvardıqları bildirilir. Buna cavab olaraq Allah bu hökmü verir:
"…Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha gözəl bir borc versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs küfr edərsə, o artıq doğru yoldan azmış olar!"" ("Maidə" surəsi, 12).
Bildirdiyimiz kimi bağışlanma insanın fərqində olduğu, ya da olmadığı bütün günahları üçün və digər möminlər üçün də edilə bilər. Tövbəni bağışlanmadan ayıran ən önəmli fərq isə budur: Yalvarmaq – bağışlanmaq məqsədilə edilən bir dua mahiyyəti daşıyırsa, tövbədə işlədilən bəlli bir günaha qarşı əməli bir maneə, konkret bir davranış nəzərdə tutulur. Tövbə insanın özünün etdiyi müəyyən bir günah üçün Allahın rəhmətinə sığınması və bir daha o günahı işlətməmək üçün Allaha söz verib Ondan bunun üçün yardım diləməsidir. Kəlmənin tam anlamı "dönmək"dir. Buna görə tövbə qətiyyətlə bir günahdan dönməyi, ondan peşmanlıq duyub imtina etməyi bildirir.
Tövbədəki niyyət bir daha eyni günahı etməmək olmalıdır. Həmçinin Allah "Ey iman gətirənlər, Allaha ciddi bir tövbə ilə tövbə edin. Ola bilər ki, Allah sizin pisliklərinizdən keçər və altından çaylar axan cənnətlərə salar" ("Təhrim" surəsi, 8) deyə əmr etmişdir. Tövbənin bir daha o günahı əsla işlətməmək niyyəti ilə edilməsi vacibdir. Lakin bu vəziyyət insanın bir günah üçün yalnız bir dəfə tövbə edəcəyi mənasını vermir. İnsan bir günah üçün tövbə edə bilər, sonra yenə qəflətə qapılıb yenə eyni günahı işlədə bilər. Bu insan bəlkə dəfələrlə etdiyi tövbəni pozmuş və yeni günaha batmış ola bilər. Amma Allah yenə də ona olan rəhmətini göstərməkdə davam edir. Bu rəhmətə görə insan dəfələrlə tövbəsini pozmuş olsa belə, son dəfə həqiqətən nasuh bir tövbə edib yenə Ona sığına bilər. Bir ayədə Allahın bu sonsuz mərhəməti və bağışlayan olması insanlara belə bildirilir:
"De: "Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!" ("Zumər" surəsi, 53–54).
günahları tərk edib Allaha tərəf dönüş deməkdir. Tövbə və onun Allah tərəfindən qəbul edilməsi Allahın insanlara verdiyi ən böyük qiymət və nemətlərdəndir. Demək olar ki, tövbə və onun qəbul olunması Allahın insana qarşı böyük rəhmət və mehribançılığının əlamətidir. Tövbə insanın Allah qarşısında üzr istəməyinin ən yüksək mərhələsidir.
Dilçi alim Rağib Əl-İsfahani Müfrədat lüğəti kitabında yazır: "Üzr istəmək üç yerə bölünür:
1. Üzr istəyən şəxs üzr istəyən zaman deyir:
"Mən filan işi görmüşəm."
2. Üzr istəyən şəxs gördüyü işi boynuna alır, lakin etdiyi günahın səbəbini göstərir.
3. Üzr istəyən şəxs deyir: "Filan işi görmüşəm. Onun pis iş olmasını boynuma alıram. İndi isə gördüyüm pis işdən pişman olmuşam".
Belə üzr istəməyin adı tövbədir.
Rağib sonra yazır: İslam dinində tövbə etməyin dörd şərti var:
1. Günahları tərk etmək.
2. Günahdan peşman olmaq.
3. Tövbə etdikdən sonra daha günah etməməyi qərara almaq.
4. Günah etdiyi günlərin əvəzini ibadət etməklə çıxmaq".
Tövbə çirkli paltarı bədəndən çıxarıb yerinə təmiz paltar geymək, yaxud çirkli və bulaşıq bədəni hamamda yumaq kimidir. "Hud" surəsinin əvvəlində Allah-taalanın insanları hidayət etməsi dörd mərhələdə xülasə olunmuşdur:
1. Tövhid (Allahı yeganə bilmək).
2. Müşrik adamlarla mübarizə aparmaq.
3. Günahlardan təmizlənmək.
4. Allahı Çox Zikr Etmək .
Yəni insan özünü ilahi sifətlərə malik etsin. Hud surəsinin 3-cü ayəsində üçüncü və dördüncü mərhələ haqqında belə oxuyuruq: "Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun."
Tövbə ilə Allahdan bağışlanmaq istəməyin bir ayədə yan-yana gətirilməsi onu bildirir ki, bunlar bir-birindən fərqlidirlər. Yəni birincisi özünü günahlardan təmizləmək, ikincisi (tövbə) isə ilahi xüsusiyyətlərə yiyələnmək deməkdir. Həmçinin, bu ayədə Allahdan bağışlanmaq istəməyin tövbədən qabaq qeyd olunması bizə öyrədir ki, insan əvvəlcə özünü günahlardan təmizləməli, sonra mənəvi dəyərlərə və ilahi xüsusiyyətlərə yiyələnməlidir. Əvvəlcə çirkli paltarı geyinməli və ya batil əqidələri qəlbindən yox etməli, sonra qəlbində həqiqi Allaha yer verməlidir.
Bu ayə və hədislər ona işarə vurur ki, tövbə edənlər Allahın sevimli bəndəsinə çevrilirlər. Bəs, Allahın sevməsi nədir?
Peyğəmbər (s) buyurur ki, Allah bəndələrə bəla göndərər və bu bəlalara səbir edənləri ümumiyyətlə, bəlaya razı olanları isə Özü üçün seçər. Hədisdən insan sevgisi ilə Allah sevgisinin bir fərqi məlum olur: İnsan sevgisi məhəbbət göstərməklədirsə, Allah sevgisi bəla ilədir.
"Tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar, ruku və səcdə edənlər…." (Tövbə surəsi, 112)
Hədis:
İslam ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.