From Wikipedia, the free encyclopedia
Süleyman Əbu Leyla (Ərəbcə: سليمان باشا أبو ليلة, Osmanlıca: سليمان پاشا أبو ليلا, gürcü: სულეიმან აბუ ლიილი; d. 1762) - Məmlük sülaləsindən olan İraq hökmdarı (1749-1762)[1].
Məmlük sülaləsindən olan Bağdad Paşalıq'ın ilk hökmdarı Həsən Paşa Bağdada 1702-ci ildə gəldi və 1704-cü ildə İraq hökmdarı oldu[2]. Onun varisi Əhməd Paşanın rəhbərliyi ilə vilayətin idarəçiliyində islahatlar aparıldı və İraqın müdafiə sistemini sahmanlaşdırdı. Bağdad Paşalıq əyalətini idarə etmək üçün Məmlüklüdən gələn mühacirlər tez-tez iştirak edirdi və Əhməd Paşanın rəhbərliyi altında iki min Məmlüklərdən bir Mühafizə Birliyi yaradıldı[1][3].
Süleyman Əbu Leyla Paşa Məmlük sülaləsindən idi və "Məmlük Qvardiyasında" xidmət etmişdir[4]. sonra Əhməd Paşanın kürəkəni oldu. Əhməd Paşanın ölümündən sonra türk sultanı I Mahmud İraqdakı Məmlükları hakimiyyətdən uzaqlaşdırmağa çalışdı. 1747-1748-ci illərdə Osmanlı sultanı Bağdadda 3 qubernator dəyişildi. Türk hakimiyyətinin hərəkətləri yerli əhali və Məmlüklərin narazılığı ilə qarşılandı[4]. Sonda Süleyman Əbu Leyla Bağdadın Paşasına qarşı üsyan etdi və öz qüvvələriylə Bəsrədən Bağdada köçdü. Şəhəri atəşə tutdu və üç gün davam edən döyüşlərdən sonra Osmanlının təin etdiyi Paşa Bağdadı tərk etməyə məcbur qaldı[5].
İstanbul hakimiyyəti, İraq üzərində nəzarətini itirərək, 1749-cu ildə Süleyman Əbu Leylayı Bağdad Paşası təyin etdi. Bu, 84 il ərzində Məmlüklərə İraq üzərində nəzarət etməyə imkan verdi[6]. Əbu Leyla, hakimiyyəti dövründə Ərəb və Kürd tayfalarını kontrol etməyi bacardı. O, həmçinin Avropa tacirlərini dəvət edərək onlarla ticarət qurdu. İngilis Şərqi Hind şirkətinə Bəsrədə ticarət mərkəzi yaratmağa icazə verdi, 1763-cü ildə Süleymanın ölümündən sonra bu ticarət mərkəzi açıldı.
Süleyman Əbu Leyla Paşa 1762-ci ildə vəfat etdi. Ölümündən sonra canişini üçün yeddi namizəd vardı və hamısı Məmlüklərdəniydi. Əbu Leylanın namizədləri arasında qarşıdurma olsa da sonunda İraqdakı hakimiyət Ömər Paşaya(1762-1776) keçdi[7].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.