From Wikipedia, the free encyclopedia
Süleyman dağı (qırğ. Сулайман-Тоо, Sulaiman-Too, Süleyman Qayası və ya Süleyman Taxtı olaraq da bilinir) ― tamamilə Qırğızıstanda yerləşən yeganə Ümumdünya irsi obyekti.[1] Dağ Oş şəhərində yerləşir və bir vaxtlar müsəlmanların və islama qədərki zəvvarların əsas ziyarət yeri olmuşdur. Qaya Fərqanə vadisinin ətrafındakı düzənliklərdən qalxır və möhtəşəm mənzərəsi ilə birlikdə yerli sakinlər və qonaqlar arasında məşhur bir yerldir.
Bəzi tədqiqatçı və tarixçilər Süleyman dağının Ptolemeyin Coğrafiya əsərində yazdığı “Daş qalası” olduğunu iddia edir. Bura Avropa və Asiya arasındakı karvanların keçdiyi quru ticarət yolu olan qədim İpək yolunun orta nöqtəsini qeyd edirdi.[2]
Süleyman Quranda adı çəkilmiş peyğəmbərdir və dağda onun qəbri olduğu idda edilən ziyarətgah var. Dağdakı ağaclar və kollar ibadət məqsədi ilə taxılmış çoxsaylı kiçik parçalarla örtülmüşdür.
Dağ 16-cı əsrə qədər Bara-Kukh adlandırılmış,[3] 20-ci əsrdə isə adı Taxtı-Süleyman ( "Süleymanın taxtı") olaraq dəyişdirilmişdir.
1978-ci ildə dağın yamacında restoran kimim fəaliyyət göstərəcək modernizm üslublu bina tikildi. Layihəyə görə mağaralarda düzənliyə baxan masalar olmalı idi. Daha sonralar bu bina tarixi-etnoqrafik muzeyə çevrildi.[4]
2010-cu ildə dağın ətəyində Oş küçələrində baş verən qiyamlardan təsirlənən əhali üçün "müvəqqəti evlər" tikilməyə başlandı ki, bu da tarixçilər və kulturoloqlar arasında müəyyən qorxu yaratmışdır.
29 iyun 2009-cu ildə Qırğızıstandakı Süleyman-Too şəhəri UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edildi. 1 iyun 2011-ci ildə UNECKO-nun Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandakı nümayəndəsi, UNESCO-nun klaster bürosunun direktoru Serqey Lazarev Qırğızıstan Respublikasının Prezidenti Roza Otunbayevaya müqəddəs Süeyman dağının da əraziyə daxil edilməsi barədə sertifikat təqdim etdi.
UNESCO-ya görə dağ "Mərkəzi Asiyanın hər yerində bir neçə minilliklər boyu ibadət olunan "müqəddəs dağ" anlayışı üçün ən tam nümunədir".[5]
Bura hələ də yerli müsəlmanlar üçün populyar bir yerdir. Dağdakı pilləkənlər 1510-cu ildə Babur tərəfindən tikilmiş kiçik bir məscidin də olduğu ən yüksək zirvəyə çıxır. Məscidin böyük bir hissəsi 20-ci əsrin sonlarında yenidən qurulmuşdur.
Süleyman dağı Sovet İttifaqı dövründə inşa edilmiş və ərazidən tapılan arxeoloji tapıntıları və onların tarixini nümayiş etdirən Süleyman Milli Tarix və Arxeoloji muzey kompleksini də ehtiva edir. Dağın aşağı yamacı qəbiristanlıqla əhatə olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.