From Wikipedia, the free encyclopedia
Symbian — dayandırılmış mobil əməliyyat sistemi və smartfonlar üçün nəzərdə tutulmuş hesablama platforması.[1] O ilk olaraq 1998-ci ildə Symbian Software konsorsiumu tərəfindən fərdi cib kompüterləri üçün xüsusi proqram təminatı ƏS olaraq hazırlanmışdır.[2] Symbian Psion-un EPOC nəslindəndir və yayımlanmamış x86 portu mövcud olsa da yalnız ARM prosessorlarında buraxılmışdır. Symbian Samsung, Motorola, Sony Ericsson kimi bir çox böyük mobil telefon markaları və hamısından əvvəl Nokia tərəfindən istifadə edilmişdir. Yaponiyada Fujitsu, Sharp və Mitsubishi kimi markalarda da geniş yayılmışdır. Symbian smartfon sənayesinin əsasını qoymuş pioner olaraq 2010-cu ilin sonuna qədər (iOS və Android onu üstələdikdə) dünya üzrə orta hesabla ən populyar smartfon ƏS idi. Şimali Amerikada daha az populyar idi.
Symbian | |
---|---|
İstehsalçı | Nokia |
Yazılma dili | C++ |
Buraxılış tarixi | 5 iyun 1998 |
Son versiya |
|
Dəstəklənən platformalar | ARM[d], x86 |
Veb-saytı | symbian.org |
Vikianbarda əlaqəli mediafayllar |
Symbian OS platforması iki komponentdən ibarətdir: biri əlaqələndirilmiş kitabxanaları olan mikrokernel əsaslı əməliyyat sistemi, digəri isə ƏS-nin üzərində qrafik örtük təmin edən istifadəçi interfeysi (aralıq proqram kimi).[3] Ən məşhur istifadəçi interfeysi Nokia tərəfindən tərtib edilən ilk dəfə 2002-ci ildə buraxılan və əksər Nokia Symbian cihazlarında istifadə olunan S60 (əvvəllər Series 60) platforması idi. UIQ əsasən Motorola və Sony Ericsson tərəfindən istifadə edilən və S60-dakı kimi ənənəvi klaviatura interfeysi deyil, qələm əsaslı cihazlara yönəlmiş rəqib istifadəçi interfeysi idi. Digər interfeys Yaponiya bazarında olan NTT DoCoMo daşıyıcısının MOAP (S) platforması idi.[4][5] Bu müxtəlif interfeyslərin tətbiqləri hər biri Symbian OS üzərində qurulsa da, bir-biri ilə uyğunlaşmırdı. Nokia 2004-cü ildə Symbian-ın ən böyük səhmdarı oldu və 2008-ci ildə bütün şirkəti satın aldı.[6] Qeyri-kommersiya təşkilatı olan Symbian Fondu daha sonra Symbian ƏS-nin royaltisiz davamçısını yaratmaq üçün quruldu. Platformanı birləşdirməyə çalışan S60 Fondun bəyəndiyi interfeysə çevrildi və UIQ-nin tərtibatı dayandırıldı. Sensorlu ekrana yönəlmiş Symbian^1 (və ya S60 5th Edition) 2009-cu ildə yaradıldı. Symbian² (MOAP əsasında) Fondun üzvlərindən biri olan NTT DoCoMo tərəfindən Yaponiya bazarı üçün istifadə edilmişdir. Symbian³ 2010-cu ildə S60 5th Edition-nun davamı olaraq buraxıldı və bu zamana qədər tam azad proqram təminatına çevrildi. Özəl əməliyyat sistemindən azad proqram təminatı layihəsinə keçidin tarixdə ən böyük layihələrdən biri olduğuna inanılır.[7] Symbian³ 2011-ci ildə Anna və Belle yeniləmələrini qəbul etdi.[8][9]
Symbian Fondu 2010-cu ilin sonunda ləğv olundu və Nokia Symbian-nın tərtibatına nəzarəti geri aldı.[10][11] 2011-ci ilin fevralında Yaponiyadan kənarda hələ də Symbian-ı dəstəkləyən yeganə şirkət olan Nokia, əsas smartfon platforması olaraq Microsoftun Windows Phone 7-ni istifadə edəcəyini, Symbian-nın isə tədricən ləğv ediləcəyini elan etdi.[12][13] İki ay sonra Nokia yalnız Yapon OEM-ləri ilə əməkdaşlıq edərək ƏS-ni özəl lisenziyaya keçirtdi[14] və sonra Symbian-nın tərtibatını Accenture-a təhvil verdi.[1][15] 2016-cı ilə qədər dəstək vəd edilsə də, iki əsas planlaşdırılmış yeniləmə də daxil olmaqla, 2012-ci ilə qədər Nokia əsasən tərtibatdan imtina etmişdi və əksər Symbian tərtibatçıları artıq Accenture-dan ayrılmışdılar.[16] 2014-cü ilin yanvarında Nokia tərtibatçılardan yeni və ya dəyişdirilmiş Symbian proqram təminatını qəbul etməyi dayandırdı.[17] 2012-ci ildə yayımlanmış Nokia 808 PureView rəsmi olaraq Nokia-nın sonuncu Symbian smartfonu idi.[18] NTT DoCoMo Yaponiyada OPP(S) cihazlarını buraxmağa davam etdi və onlar hələ də Symbian-ın üstündə aralıq proqram rolunu oynayır.[19] Bu cihazlara 2014-cü ildə yayımlanan Fujitsu-nunu F-07F və Sharp-ın SH-07F daxildir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.