From Wikipedia, the free encyclopedia
Suzuşi Hanayaqi (花柳 寿々紫, Hanayaqi Suzuşi?, 15 avqust 1928, Docima[d] – 1 oktyabr 2010) – Yaponiya müasir rəqqasəsi və xoreoqrafı.
Hanayaqi 15 avqust 1928-ci ildə Osaka şəhərinin Docima bölgəsində doğulmuşdur. O, nihon-buyo rəqsi üzrə Hanayaqi məktəbində şiha (hərf. usta) dərəcəsini əldə etmişdir. Han Takehara və Yaşiyo İnoedən ciuta-may dərsləri, Takaya Equçidən neur-tanz dərsləri və Hisao Kanzedən no dərsləri almışdır.[1]
Hanayaqinin nihon-buyo rəqsi üzrə debüt çıxışı 1955-ci ildə baş tutmuşdur. 1961-ci ildə Nyu-Yorka köçmüş, orada Marta Qrehem, Mers Kanninqem və Anna Halprindən rəqs və xoreoqrafiya dərsləri almışdır. Hanayaqi ABŞ-də Hanter Tamaşa Evi, Asiya Cəmiyyəti, Texnologiya Dəb İnstitutu, "The Village Gate" və Cudson Memorial Kilsəsi kimi yerlərdə çıxış etmişdir.[1] O, Cudson Rəqs Teatrının qurucusu olmuşdur.[2] 1984-cü ildə avanqard teatr direktoru Robert Vilson ilə əməkdaşlıq etməyə başlayaraq onun "Diz oyunları" əsəri üçün rəqs etmiş və xoreoqrafiya hazırlamışdır.[1]
Hanayaqi xoreoqrafiya işlərinə Paris Opera Balet Teatrı üçün hazırlanmış "Müqəddəs Sebastyanın şəhidliyi" baleti və Bastiliya Operası üçün hazırlanmış "Madam Batterflay" operası daxildir.[1] Onun digər işləri arasında "Şamın əkizi" (1957), "Vol-Strit jurnalı" (1966, Karla Blenk ilə birlikdə), "Bitvin" (1988) və "Bitvin-2" (1992, Katsuhiro Yamaquçi ilə birlikdə) var.[3] 2000-ci ildə Yaponiyaya qayıtmış və qadın olmasına baxmayaraq, Tokio yerləşən Milli Teatrında baş tutan no tamaşasında bir kişi rolunu canlandırmışdır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.