SusayAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır.[1]

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Susay
Thumb
41°18′40″ şm. e. 48°17′17″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.237 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Thumb
Susay
Susay
Bağla

Toponimikası

Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır.[2]

Tarixi

Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə - hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər.[3]

Coğrafiyası və iqlimi

Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir.

Əhalisi

1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013).[3] 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.[4]

Mədəniyyəti

Kənddə klub və kitabxana var.[3]

Təhsil

Kəndin təzə tikilmiş 250 nəfərlik binası olan məktəbi var.[3]

Din

Kənddə məscid var. Məscid XV əsrdə inşa olunmuşdur. Son dövrlərdə kənddəki məsciddə müəyyən bərpa işləri də aparılmışdır.[3]

Səhiyyə

Kənddə tibb məntəqəsi var.[3]

İstinadlar

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.