From Wikipedia, the free encyclopedia
Suriya türkmanları — Suriyada yaşayan, Azərbaycan dilinin Cənubi Azərbaycan ləhcəsində danışan türk cəmiyyəti.
Çobanbəydə Suriya Türkman Assambleyası tərəfindən qəbul olunmuş Suriya Türkmanlarının bayrağı. Göy rəng türklüyü bildirir, qırmızı - şəhidlərin qanı, ağ - insan dəyərləri. |
Ümumi sayı |
---|
1 500 000[1][2]-3 500 000[3][4][5] 800.000–1.000.000 (1996)[6] |
Yaşadığı ərazilər |
Hələb, Qüneytrə, Lazkiyə, Hims, Tərtus, Həma, Dəməşq, İdlib, Ər-Rəqqə, Dəra, Dəməşq |
Dili |
Dini |
Mənşəyi |
Oğuz (Türk) |
Qohum xalqlar |
İraq türkmanları |
Türk tayfalarının "Bələdi Şam" (indiki Suriya, Livan, İordaniya və Fələstin) adlanan ərazidə ilk məskunlaşması Səlcuqlu İmperiyasının zamanına təsadüf etmiş, bölgəyə türk tayfalarının axını Osmanlı İmperiyasının zamanınadək davam etmişdir.
Suriyada əfşar, peçeneq, bayandır, baharlı və s. türk tayfaları məskunlaşmışdır.
Suriyada milli tərkibi öyrənən əhali siyahıya alınmasının indiyədək aparılmaması bu ölkədə yaşayan etnik qrupların sayını müəyyən etməkdə çətinlik yaradır və bu səbəbdən səslənən bütün rəqəmlər müəyyən təxminlərdən ibarətdir. Suriyada ən aşağı qiymətləndirmələrə əsasən 750,000[7] maksimum isə 3,500,000[3][8] türkmənin yaşadığına dair məlumatlar mövcuddur.
Hazırda Suriya türkmanları Hələb, Qüneytrə, Lazkiyə, Hims, Tərtus, Həma, Dəməşq, İdlib, Ər-Rəqqə, Dəra mühafazlarında və Dəməşq şəhərində yaşayırlar. Lazkiyə mühafazlığında yaşan Türkmənlərə Bayır-Bucaq türkləri də deyirlər. Suriyada 523 türkmən kəndi vardır.
Hələb mühafazlığı 8 məntəqəyə ayrılır : İfrin, Əziz, Cəbəli Səmən, Əl-Bəb, Əs-Səfirə, Cərəbulus, Münbic və Əyn əl-Ərəb. Hələb şəhərinin Huyluq Türkmən harrasında (kvartalında) və mühafazlığın məntəqələrində yerləşən 350 türkmən kəndində təxminən 975,000 Türkmən yaşayır.
Hims mühafazlığı 6 məntəqəyə ayrılır : Təlkələ , Ər-Rəstan , Əl-Mühərrəm , Palmira , Əl-Qüseyir və Hims . Təlkələ məntəqəsinin əhalisinin az qala tamamını türkmənlər (70,000 nəfər) təşkil edir . Hims şəhəri əhalisinin təxminən 80%-ni (xüsusiylə şəhərin Baba Əmir Türkmən harrasında əhalinin tamamını)türkmənlər təşkil edir . Hims mühafazlığında yaşayan türkmənlər Qara Əfşar və Gəncəli Əfşar tirələri , Döğər , İnallı , Peçeneq və s. türk tayfalarına mənsubdurlar.
Lazkiyə mühəfazlığında yaşayan türkmanlar bölgənin tarixi adı ilə Bayır-Bucaq türkmanları adlandırılırlar. Bu bölgənin türkman əhalisi kökən olaraq 24 Oğuz boyundan ən çoxsaylısı olan Avşar boyunun Qaramanlı oymağına mənsubdurlar. Qaramanlı oymağı XIII əsrin 70-ci illərində bu bölgəyə yerləşmişdir.[10] Bu oymaqdan olan Avşarlar 1256-1487-ci illərdə 230 il mövcud olmuş Qaramanoğulları Bəyliyini qurmuşdular.
Həma mühafazlığı 5 məntəqəyə ayrılır : Əs-Süqəyləbiyə , Həma , Məsyəf , Müxərdə və Səlamiyə . Türkmənlər Qara Xəlili , Tulluf , Hazzur , Huvvır əl-Türkman , Bıt Natır , Xırmıl və s. türkmən kəndlərində yaşayırlar.
Qüneytrə mühafazlığı 2 məntəqəyə ayrılır: Qünyetrə və Fiq . Hafr, al-Qədiriyyə , Kafr Nafah, Zabya, al-Rəzzaniyyə, Əhmədiyyə, Huseynıyye, ayn Kura, ayn sümsüm, ayn alak, üleyka, ayn ayşa və s. kimi türkmən kəndlərində təxminən 50,000 türkmən yaşayır.
Dəra mühafazlığı 3 məntəqəyə ayrılır : Dəra , İzra və əz-Sənamain .Türkmanlar mühafazlığın inzibati mərkəzi Dəra şəhərində , Busra, Mərba , Burak və s. türkmən kəndlərində məskunlaşıblar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.