From Wikipedia, the free encyclopedia
Supervulkan[lower-alpha 1]</ref> qeydə alınan ən yüksək indeks dəyərinə - 8 dərəcəli Vulkanik Partlama İndeksli püskürməyə sahib geniş vulkandır. Bu o deməkdir ki, partlayış nəticəsində meydana gələn çöküntünün həcmi normaldan 1000 kub kilometr (240 kub mil) daha böyükdür.[1]
Supervulkanlar maqmanın mantiya içərisindən yer qabığına doğru qalxıb, yer qabığını qıra bilməməsi və yaranan təzyiqə tab gətirə bilməyənədək böyük və artan ölçüdə maqma dənizinin yaratdığı təzyiq nəticəsində baş verir. Bu qaynar nöqtə şəklində (misal üçün Yellouston kalderi) və ya bir tavanın digər tava altına girdiyi əyilmə zonalarında (misal üçün Toba) meydana gələ bilər. Böyük həcimli supervulkanik partlayışlar, həmçinin, tez-tez lava və vulkanik küllü geniş əraziləri əhatə edən geniş püskürmə bölgələri ilə əlaqələndirilir.[2] Belə partlayışlar uzun müddət davam edən iqlim dəyişikliyinə (kiçik buz dövrünün tətiklənməsi kimi) və növlərin yox olma təhlükəsinə səbəb ola bilər.
Dünyada baş vermiş ən son 8 VEİ-li püskürmə, təxminən, 26 500 il əvvəl Yeni Zelandiyanın Taupo vulkanındakı Oruanuy püskürməsi olmuşdur.[3]
Tamamlanmamış statistikaya əsasən, indiyə qədər 8 dərəcəli VEİ-yə sahib ən az 60 supervulkan təsbit edilib.[4][5]
Adı | Zona | Yeri | Qeydlər | İl əvvəl (təxmin.) | Vulkan külünün kütlə yığılması (təxmin.) | İstinad |
---|---|---|---|---|---|---|
Düz eniş çay formasiyası | Tetaquçe-Eksployts arxa qövs hövzəsi | Nyu-Bransuik, Kanada | Ola bilər ki, tək bir partlayışla 12,000 km3 (VEİ 9) və ya çoxlu partlayışla 2,000+ km3-lik püskürmə qeydə alınıb. | 466,000,000 | 2,000-12,000 km3 | [6][7] |
Uah Uah bulaqları | İndian Pik-Kalient kalder kompleksi | Yuta, ABŞ | Uah Uah bulaqları kimi qorunan İndian Pik-Kalient kalder kompleksi püskürmələrini zamanı 4,000 metr (13,000 ft) qalınlığında lava axını | 30,600,000 | 5,500-5,900 km3 | [8][9] |
La Qarita kalderi | San Xuan vulkanik ərazisi | Kolorado, ABŞ | Fiş Kanyon tufu | 27,800,000 | 5,000 km3 | [10][11] |
Toba gölü | Toba gölü, Şimali Sumatra | Sumatra, İndoneziya | 2200–4400 milyon ton H2SO4 meydana gəlib. | 74,000 | 2,800 km3 | [12][13][14] |
Atana iqnimbriti | Pakana kalderi | Antofaqasta, Çili | Altiplano–Puna vulkanik kompleksinin bir hissəsi | 4,000,000 | 2,500 km3 | [18] |
Haklberri təpəlik püskürməsi | Yellouston qaynar nöqtəsi | Aydaho, ABŞ | Haklberri təpəlik tufu | 2,100,000 | 2,450-2,500 km3 | [17][19] |
Taupo vulkanı | Taupo vulkanik zonası | Şimal adası, Yeni Zelandiya | Vakamaru iqnimribi | 340,000 | 2,000 km3 | [20] |
Hayz vulkanik ərazisi | Yellouston qaynar nöqtəsi | Aydaho, ABŞ | Kilqor tufu | 4,500,000 | 1,800 km3 | [21] |
Hayz vulkanik ərazisi | Yellouston qaynar nöqtəsi | Aydaho, ABŞ | Blekteyl tufu | 6,000,000 | 1,500 km3 | [21] |
Serro Quaça | Altiplano-Puna vulkanik kompleksi | Sur Lipez, Boliviya | Quaça iqnimbriti- nisbətən iki kiçik püskürmə təyin edilib | 5,700,000 | 1,300 km3 | [22] |
Manqakino kalderi | Taupo vulkanik zonası | Şimal adası, Yeni Zelandiya | Kidnepırlar püskürməsi | 1,080,000 | 1,200 km3 | [23] |
Oruanuy püskürməsi | Taupo vulkanik zonası | Şimal adası, Yeni Zelandiya | Taupo vulkanı (Taupo gölü) | 26,500 | 1,170 km3 | |
Serro Qalan | And Mərkəzi Vulkanik Zonası | Katamarka, Argentina | 2,500,000 | 1,050 km3 | ||
Lava çay püskürməsi | Yellouston qaynar nöqtəsi | Aydaho, Montana, and Vayominq, ABŞ | Lava çay tufu | 640,000 | 1,000 km3 | [9][17][19] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.