Remove ads
From Wikipedia, the free encyclopedia
Sundarban — Hindistan ilə Banqladeşin sərhədində yerləşən dünyanın ən böyük manqrov meşəsidir. Adı, Benqal dilində gözəl meşə mənasını verən meşənin Hindistandakı hissəsi milli park elan edilmişdir.
Sundarban | |
---|---|
benq. সুন্দরবন | |
Ümumi məlumatlar | |
Sahəsi | 139,500 ha |
Yerləşməsi | |
21°45′ şm. e. 88°45′ ş. u.HGYO | |
Ölkələr | |
Vilayətlər |
|
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sundarban meşəsi Qanq çayının dənizə töküldüyü yerdə yerləşir. Qanq çayı burada delta əmələ gətirmişdir. Bu səbəblə bu bölgədə çoxlu sayda xırda ada və bataqlıq əmələ gəlmişdir. Bölgədə dəniz suyunun duzlu olması ilə əlaqəli burada duzlu su heyvanlarına rast gəlmək mümkündür.
Sundarman sözü benqal dilində "Gözəl meşə" mənasını verir ( Shundôr "gözəl" və BON "meşə"). Bəzi mənbələrdə meşənin adı Shomudrobôn ( "Dəniz Meşəsi") və ya Chandra-bandhe (qədim bir qəbilə adı) mənası verdiyi düşünülür.
Sundarban Milli Parkı 1973 ilində Sundarban meşəsində Benqal pələngini qorumaq məqsədi ilə qoruq olması qərara gəlinmiş sonra 4 may 1984-də isə Milli Park elan edilmişdir. Sundarban meşəsi həmçinin 1997-də Ümumdünya irsi siyahısına daxil edilmişdir.[1]
Sundarbanın əvəz olunmaz təbiəti vardır. Dünyanın ən böyük manqrov meşələrindən biri olan Sundarbanda ümumi 245 cins və 334 bitki növü qeydə alınmışdır.Sundari ağacı (Heritiera littoralis) bu bölgədə çox yayıldığı üçün adını buradan almışdır.[2]
Benqal pələnginin (Panthera tigris tigris) əsas yaşadığı bölgədir. Benqal pələngi ilə yanaşı burada müxtəlif quş növləri, ceyranlar, timsahlar, meymunlar ve piton ilanları, su tısbağaları ve kərtənkələlər yaşayır.
Əvvəllər bu bölgədə camış, kərgədan ve ceyran olmasına baxmayaraq indi onların nəsli kəsilmişdir. Bu səbəblə burada yaşayan pələnglər tez-tez öz meşələrindən ayrılıb insanlara hücum edirlər. İldə təxmini 1 və 50 arası insan ölümü müşahidə olunur.
Son illərdə Benqal pələnginin nəsli kəsilmə təhlükəsi yaramışdır. Banqladeş və Hindistan hökuməti 2011-ci və 2015-ci illərdə Sundarbanda təxmini 180 pələngin olduğunu bildirdi. Beləliklə Hindistana 106 pələng, Banqladeşə isə 74 pələng düşür.[3][4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.