Sultan Əhməd məscidi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Sultan Əhməd Camisi — 1609–1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib. Caminin interiyeri mavi, yaşıl və ağ rəngli İznik çiniləriylə bəzədildiyi və yarımqübbələrin, böyük qübbənin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün Avropalılar məscidi "Mavi Cami (Blue Mosque)" adlandırır. 1934-cü ildən etibarən Ayasofiya camidən muzeyə çevrilir. O zamandan etibarən İstanbulun əsas məscidi Sultan Əhməd camisidir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sultan Əhməd məscidi | |
---|---|
türk. Sultan Ahmet camii | |
41°00′19″ şm. e. 28°58′36″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Eminönü[1] |
Aidiyyatı | Osmanlı imperiyası |
Memar | Sədəfkar Mehmed Ağa |
Sifarişçi | I Əhməd |
Tikilmə tarixi | 1609-1616 |
Üslubu | Osmanlı memarlığı |
Hündürlüyü | 64 m |
Uzunluğu | 82 m (269 ft) |
Eni | 65 m (213 ft) |
Minarələri | 6 (hündürlüyü: 64 m (210 ft)) |
Günbəzləri | 1 (hündüryülü: 43 m (141 ft), daxili diametri: 23.50 m (77.1 ft)) |
Vəziyyəti | stabil |
Rəsmi adı: Historic Areas of Istanbul | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,ii,iv |
Təyin edilib | 1985 |
İstinad nöm. | 356 |
Dövlət | Türkiyə |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Əhməd Məscidi külliyyəsilə birlikdə İstanbuldaki ən böyük tikinti komplekslərindən biridir. Bu külliyyə bir cami, mədrəsələr, hünkar qəsri, arasta, dükanlar, hamam, çeşmə, səbillər, türbə, darüş-şəfa, sibyan məktəbi, imarətxana və kirayəlik otaqlardan təşkil olunub. Tikintilərin müəyyən qismi günümüzə qədər gəlib çatmamışdır.
Məscidin memarlıq və bədii baxımdan diqqətə layiq ən önəmli məqamı bədii tərtibatda ümumi sayı 20.000-dən çox olan İznik çinilərinin istifadəsidir. Bu çinilərin bəzədilməsində sarı və mavi tonlardan, ənənəvi bitki motivləri isitfadə olunmuş, nəticədə tikinti sadəcə ibadətxana olmaqdan ziyadə möhtəşəm sənət əsərinə çevrilmişdir. Caminin ibadətxana bölümü 64 x 72 metr ölçülərindədir. Mərkəzi qübbənin hündürlüyü 43 metr, diametri 23,5 metrdir. Caminin içi 200'dən çox rəngarəng şüşələrlə işıqlandırılmışdır. Divar yazıları Diyarbəkirli Seyid Qasım Qubari tərəfindən yazılıb. Əhatəsindəki tikintilərlə birlikdə bir külliyyə əmələ gətirən Sultan Əhməd Türkiyənin altı minarəli ilk camisidir.
Türbədə dəfn olunanlar arasında adı bilinənlər isə bunlardır:[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.