Remove ads
From Wikipedia, the free encyclopedia
Sultan İsrafil oğlu Məmmədov (10 mart 1938, Astara rayonu – 15 sentyabr 2019) — Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı,[3] Azərbaycan Ali Sovetinin Milli Şurasının üzvü, Azərbaycan SSR Ali Sovetinin X, XI çağırış və XII çağırış deputatı, Azərbaycan Respublikası mənzil-kommunal təsərrüfatı nazirinin birinci müavini, Azərbaycan Kommunist Partiyası Astara Rayon Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Lerik Rayon Komitəsinin birinci katibi, Astara Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Astara Rayon Komitəsinin katibi, Astara Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Bu məqalə I çağırış Milli Məclisin deputatı haqqındadır. Soltan adlılar üçün üçün Soltan Məmmədov səhifəsinə baxın. |
Sultan Məmmədov | |
---|---|
12 noyabr 1995 – 2000 | |
Seçki dairəsi | 1995 — 53 saylı Astara |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | İsgəndər Quliyev |
26 noyabr 1991 – 1995 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
1990 – 1995 | |
Seçki dairəsi | 158 nömrəli |
Sonrakı | vəzifə ləğv edildi |
26 noyabr 1992[1] – 3 may 1993[2] | |
Nazir | Sücəddin Abdullayev |
Əvvəlki | Rafiq Babayev |
Sonrakı | vəzifə ləğv edildi |
15 noyabr 1981 – 1990 | |
Seçki dairəsi | 1981 — 322 nömrəli Nüvədi 1985 — 322 nömrəli Nüvədi |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
1987 – 1991 | |
Sonrakı | vəzifə ləğv edildi |
1980 – 1987 | |
1977 – 1980 | |
1973 – 1977 | |
1971 – 1973 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 mart 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 15 sentyabr 2019 (81 yaşında) |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Sultan Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971–73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973–77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977–1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980–1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988–1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992–1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.Evli idi.
X, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin (ilk dəfə təkrar seçkilərlə 15 noyabr 1981-ci ildə deputat seçilərək), Azərbaycan Respublikası Milli Şurasının üzvü[4]., mənzil-komunnal daimi komisiyasının sədri olmuş, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərmişdir.
Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilmişdir. O, "Qızıl qələm" mükafatı laureatıdır.
15 sentyabr 2019-cu ildə vəfat edib.[5]
Evli idi. 5 övladı, 9 nəvəsi var. Azərbaycan SSR daxili işlər naziri Aydın Məmmədovun qardaşıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.