Remove ads
From Wikipedia, the free encyclopedia
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) — Stokholmda yerləşən beynəlxalq institut. O, 1966-cı ildə yaradılıb[2] və silahlı münaqişə, hərbi xərclər və silah ticarəti, eləcə də tərksilah və silahlara nəzarət üçün məlumat, təhlil və tövsiyələr təqdim edir. Tədqiqat açıq mənbələrə əsaslanır və qərar qəbul edən şəxslərə, tədqiqatçılara, mediaya və maraqlı ictimaiyyətə yönəlib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu SIPRI | |
---|---|
Yaranma tarixi | 6 may 1966, 1 iyul 1966[1] |
Qurucusu |
|
Üzvləri |
|
sipri.org | |
Vikianbarda əlaqəli mediafayllar |
İnstitutun təşkilati məqsədi beynəlxalq sülh və təhlükəsizlik üçün əhəmiyyət kəsb edən münaqişə və əməkdaşlıq məsələləri üzrə elmi araşdırmalar aparmaq və beynəlxalq münaqişələrin sülh yolu ilə həlli və davamlı sülh şərtlərinin dərk edilməsinə töhfə verməkdir.
İnstitut 2014-cü ildə Pensilvaniya Universitetinin Lauder İnstitutunun "Global Go To Think Tanks" hesabatına görə ABŞ-dan kənar dünya üzrə ən yaxşı üç araşdırma mərkəzləri arasında yer alıb.[3] 2020-ci ildə SIPRI qlobal araşdırma mərkəzləri arasında 34-cü yeri tutub.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.