Alva Mürdal

From Wikipedia, the free encyclopedia

Alva Mürdal

Alva Myurdal (31 yanvar 1902[1][2][…], Uppsala[d][2][1][…]1 fevral 1986[1][3][…], Danderyud[d], Stokholm leni[d][1][4]) — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür.

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Alva Mürdal
isv. Alva Myrdal
Thumb
Şəxsi məlumatlar
Doğum tarixi 31 yanvar 1902(1902-01-31)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 fevral 1986(1986-02-01)[1][3][…] (84 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi, sosioloq, yazıçı
Həyat yoldaşı

Təltifləri "Nobel" sülh mükafatı
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur.[5] 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı.

Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür. Bundan başqa Alva Myurdal 1980-ci ildə Eynşteyn Sülh mükafatı və 1981-ci ildə Nehru sülh mükafatına layiq görülmüşdür.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.