Stara Zaqora
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir.
Şəhər | |
Stara Zaqora | |
---|---|
bolq. Стара Загора | |
42°26′ şm. e. 25°39′ ş. u.HGYO | |
Ölkə | Bolqarıstan |
Vilayət | Stara Zaqora |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | Eramızdan əvvəl 342-ci il |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 196 m |
İqlimi | subtropik kontinental |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 135 889 nəfər (2016) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+359) 42 |
Poçt indeksi | 6000 |
Nəqliyyat kodu | СТ |
Digər | |
www.starazagora.bg | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir.
Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur.
Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır.
Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi.[1] Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı.
377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir. Buna baxmayaraq, imperator I Yustinianın hakimiyyəti dövründə şəhər yenidən bərpa olunmuşdur.[2]
1208-ci ildə şəhər yaxınlığında baş vermiş Boruy döyüşü nəticəsində bulqarlar Latın İmperiyası qoşunlarını məğlub etmişdir.
Stara Zaqora şəhəri 1371-ci ildə Osmanlı İmperiyası tərəfindən ələ keçirilmişdir. 1854-cü ildə şəhərin adı Jeleznik olaraq dəyişdirilsə də, 1870-ci ildə yenidən Stara Zaqora adını almışdır. 1878-ci ilə qədər şəhər Eskizağra adı ilə Ədirnə vilayətinin inzibati mərkəzi hesab olunurdu. 1878-ci ildə Bolqarıstanın Osmanlı idarəçiliyindən azad olmasından sonra şəhər 1886-cı ildə iki bolqar dövlətinin vahid halda birləşməsinə qədər Şərqi Rumeli muxtar vilayətinin mərkəzi olmuşdur.
Stara Zaqora hal-hazırda aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə sahibdir:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.