From Wikipedia, the free encyclopedia
Spiritizm (lat. spiritus “can, ruh”) — 19-cu əsrin ortalarında Fransada Allan Kardec tərəfindən işlənmiş dini və fəlsəfi doktrinadır.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Spiritualizm | |
Öyrənən | Din sosiologiyası |
---|---|
Məşğul olur | Quru, keşiş, rahib |
Vikianbarda əlaqəli mediafayllar |
Kardek Ruhlar Kitabının girişində bildirdi ki, o, öz doktrinasını təyin etmək üçün yeni “spiritizm” termini təqdim edir, çünki “yeni anlayışlar yeni adlar tələb edir”.
Spiritualizm termini latınca ruh mənasını verən spiritus sözünün sifəti spiritualis sözündən yaranmış olub ruhçuluq mənasında istifadə edilir. Azərbaycan dilində mənəviyyatçıllq olaraq da adlandırılır. Hal-hazırda dini, mistik və fəlsəfi sahələrdə bir çox axın, ekol və qruplar özlərinə spiritualist adını versə də aralarında qanun, görüş və qavrayış baxımından vacib fərqlər vardır. Aralarındakı əsas ortaq nöqtə ruh adlanan mənəvi bir ünsürün varlığını qəbul etmələridir. Lakin bunlardan bir qismi ruhun orijinal və özünə məxsus olduğunu qəbul etməz, bir qismi ruhun davamlı olaraq inkişaf içində olduğuna qarşıdır, bir qismi isə ruhun davamlı olaraq təkrar başqa bədənə girdiyini qəbul edir. Bu səbəbdən bəzi ensiklopediyalarda sprititualizm adlanan ruhçuluq iki hissədə ələ alınır:
Mövzu haqqında yetərli məlumatlı olmayanlar spiritualist sözünün istifadə edildiyi hər axın, ekol və qrubun reinkarnasiyanı qəbul etdiyini düşünürlər. Ancaq bu, ruhun varlığını qəbul edənlərin istifadə etdiyi çox ümumi bir termindir. Məsələn ABŞ-də adında spiritualist sözü olan, sayları yüzü keçmiş Xristian təşkilat, quruluş və təriqət var olub reinkarnasiya qanununu qəbul etmirlər.
Bəziləri isə ruhçuluğu materiyaçılığın əleyhdarı olaraq ələ alır. Bu, fəlsəfi sahədə bəzi spiritualist axınlar üçün keçərli olmaqla birlikdə bütün spiritualist görüşlər üçün keçərli deyildir. Məsələn neo-spiritualizm, ruh və materiyanın ayrılığını deyil, birliyini müdafiə edir və materialist görüşdən tamamilə qopmuş ruhçuluğu tənqid edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.