Spa (şəhər)
Belçikanın Lej əyalətində şəhər From Wikipedia, the free encyclopedia
Belçikanın Lej əyalətində şəhər From Wikipedia, the free encyclopedia
Spa (fr. Spa, Vallon dilində-Spå) — Belçikanın Lej əyalətində şəhər. Bələdiyyə Arden dağlarında yerləşir və məşhur bir kurort kimi tanınır. Şəhərin yaxınlığında Formula-1 yarışlarının keçirildiyi məşhur Spa-Frankorşam avtodromu yerləşir.
şəhər | |
Spa | |
---|---|
Spa | |
50°29′32″ şm. e. 5°51′43″ ş. u.HGYO | |
Ölkə | Belçika |
Region | Valoniya |
Rayon | Lej |
Mer | Sophie Delettre |
Tarixi və coğrafiyası | |
Sahəsi | 39,85 km² |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 10.543 nəfər (2006) |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +32 87 |
Poçt indeksi | 4900 |
Digər | |
spa-info.be (fr.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Bələdiyyənin sahəsi 39,85 km²-dir. Əhalisi 10 543 nəfərdir.
Bəlkə də bu gün Spa daha yaxşı yarış avtodromu ilə tanınır. Ancaq orta əsrlərdə kiçik Spa şəhəri Rusiya imperatoru I Pyotrun və fransız şahzadəsi Lui-Jozef Konde tərəfindən ziyarət edilən müalicəvi suları ilə məşhur idi.
İngilis "spa" sözünün mənşəyi [1] Spa şəhəri ilə əlaqələndirilir.
Spanın müalicəvi suları qədim Romalılara bəlli idi, ehtimal ki, onlar yerin altından çıxan və hələ də kurort bölgəsini bəzəyən məşhur fontanı - "Spa" adlandırırmışdılar (vallon dilində esra - fontan). Karbodioksidlə zəngin Spanın mineral bulaqlarını romalılar Aquae Sepadonae adlandırırdılar. Dadları xoş təsir bağışlayan mineral sular bir çox xəstəliklərə dərman idilər. Onlar o qədər məşhur idilər ki, Böyük Plini özünün "Təbiət tarixi"ndə bu haqda yazmışdır.
Karbon qazı suda minlərlə inci köpüklər şəklində olur, bəlkə kurort şəhərciyinin toponimi başqa bir latın sözü olan - spargere - köpüklənməyə borcludur.
XIV əsrdə Spa bir kurorta çevrildi və XVI əsrdə Spa suları səhənglərdə bir çox Avropa ölkəsində satılırdı. Dəbdə olan kurortun suları ilə "spa" sözü, sözün əsl mənasında şimal ləhcəsində "spaw" kimi səslənən Şimali İngiltərəyə yayıldı.
1717-ci ildə I Pyotr Spa sularında müalicə almışdır. «Pierre le Grand aux eaux de Spa»[2] adlı qeydlərində Albin Bodi belə yazırdı: "Son illərdə həddindən artıq gərgin iş və sağlamlığına tamamilə laqeyd yanaşma kralın qüvvətli cüssəsinə zərərli təsir göstərməyə bilməzdi". Doktor Areskinin (I Pyotrun şəxsi həkimi, Robert Erskin) məsləhəti ilə Peter Alekseyeviç, Avstriyanın Hollandiyadakı (indiki Belçika) Spa bölgəsində müalicəvi sularla müalicə üçün getmişdi.
Dörd həftə ərzində (24 iyun - 25 iyul 1717) I Pyotr Puonun müalicəvi sularını içmişdi [3][4]. I Pyotr Spada olmasının xatirəsini əbədiləşdirmək istədi. Çarın əmri ilə Spada Amsterdam heykəltəraşının düzəltdiyi heykəl qoyuldu. Onun üzərində I Pyotrun yaxın adamlarından biri tərəfindən latınca yazılmış bir yazı hək edildi.
19 sentyabr 1888-ci il tarixində şəhərdə ilk gözəllik yarışması keçirildi. 350 namizəddən 21-i finala vəsiqə qazandı. Yalnız kişilərdən ibarət olan münsiflər heyəti bağlı qapılar arxasında onların gözəlliyini dəyərləndirdi. Yarışın qalibi Qvadelupadan olan 18 yaşlı Berta Sukare oldu. O, 5000 frank mükafat aldı.
Birinci Dünya Müharibəsinin ilk günlərindən şəhər Alman işğalına məruz qaldı. Şəhərdə alman əsgərləri üçün xəstəxanalar yerləşdirildi və daha sonra Baş Komandanlıq Qərargahı (Oberste Heeresleitung) 1918-ci ilin martından noyabr ayına qədər eyni ilin yanvar ayında inşa edilən Britannique otelinin altındakı bunkerə köçdü.
1920-ci il iyulun 5-dən 16-dək şəhərdə Birinci Dünya Müharibəsindən sonra sülh yolu ilə nizamlanmasına həsr olunmuş Antanta ölkələrinin beynəlxalq konfransı keçirildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.