SonqayXV-XVI əsrlərdə Afrikada mövcud olmuş, Niger çayının orta axarında indiki Niger, NigeriyaMali dövlətlərinin ərazisini əhatə edən dövlət.

Cəld faktlar İdarəetmə forması ...
Sonqay
Thumb
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Sonqay imperiyasının əsası, əfsanəvi məlumatlara görə, IX əsrdən Qao əyalətində mövcud olmuş kiçik çarlıq tərəfindən qoyulmuşdur. XI əsrdə yerli hakim islam dinini qəbul etmiş və sonrakı 300 il ərzində onun davamçıları öz hakimiyyətlərinin müasir Mali dövlətinin əksər ərazilərinə yayılmasına nail olmuşlar.

Sonqay imperiyasının əsası 1462–1492-ci illərdə hakimiyyətdə olmuş Ali Ber tərəfindən qoyulmuş və o, 7 illik mühasirədən sonra tuareqləri Tambuktudan qovaraq Cenneni ələ keçirmişdir.

Ali Beri hakimiyyətdə əvəz edən oğlu bütpərəst maldarlarla müsəlman tacirlər arasında tarazlığı qoruya bilməmiş və 1493-cü ildə hakimiyyətdən devrilmişdir. Sonqay dövlətinin üçüncü hökmdarı, 1493–1528-ci illərdə hakimiyyətdə olmuş Məhəmməd Askiyanın dövründə dövlət özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır.

Askiya titulu daşıyan bu sülalənin hökmdarları 1591-ci ilədək, Cudar paşa ölkəni işğal edənədək hakimiyyətdə qaldılar. Bu işğaldan sonra sonqaylar Mərakeş sultanı Əhməd-əl-Mənsurdan asılı vəziyyətə düşdülər.

Mənbə

Куббель Л. Е. Сонгайская держава: Опыт исследования социально-политического строя / Отв. ред. Р. Г. Исмаилова. — М.: "Наука" (ГРВЛ), 1974. Конрад, Дэвид Империи Африки. "Издательство Мир книги", 2007.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.