Soltannuxa
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Soltannuxa — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Soltannuxa kəndi Böyük Pirəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Soltannuxa kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Soltannuxa | |
---|---|
40°53′24″ şm. e. 47°46′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 464 m |
Saat qurşağı | |
Oykonim Soltan antroponimindən və Nuxa toponimindən ibarətdir. Kəndin əsasını Nuxa (indiki Şəki) şəhərindən çıxmış Soltan (Nuxalı Soltan) adlı şəxs qoyduğuna görə belə adlanmışdır. Rayonun ərazisində Soltanuşağı adlı yer də qeydə alınmışdır.[2] Kənd sakinlərinin verdiyi məlumata görə, Şəki bəyi olan Soltan bəy Şəkinin Nuxa adlandığı vaxtlarda bu kəndə sahiblənmiş və kəndin hazırkı adının Soltannuxa olması bilavasitə Nuxa kəndindən Soltan bəy mənasını daşıyır.[3]
Kənd 1768-cu ildə yaradılmışdır. Qəbələ radiolokasiya stansiyası bu kəndin təpələrində yerləşir.
Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Soltannuxa kəndi təpədə meşədən, yamacda otlaq sahələrindən və ətəkdə isə yaşayış evlərindən ibarətdir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2557 nəfər əhali yaşayır.[4]
Əhalinin meyvə bağları, tərəvəz sahələri olsa da, əsas gəlir xırda buynuzlu heyvandarlığın inkişafından götürülür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.