Slavutiç
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Slavutiç (ukr. Славутич) – Ukraynanın Kiyev vilayətində bir şəhər. Şəhər Dnepr çayının sol sahilindən 10 km məsafədə yerləşir (Slavutiç – qədimi slavyan adı Dnepr). Hal-hazırda Slavutiçin əhalisi təxminən 25,112 nəfərdir.[1] Əhalinin əksəriyyəti (orta yaşlılar) Çernobıl AES-da işləyir.
Şəhər | |
Slavutiç | |
---|---|
ukr. Славутич | |
51°31′14″ şm. e. 30°45′25″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Tabesində | Kiyev vilayəti |
Rayon | [[Rıpki rayonu]] |
Başçı | Yuri Fomiçev |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1986 |
İlk məlumat | 1986 |
Sahəsi | 25,112 km² |
Mərkəzin hündürlüyü | 145 m |
Saat qurşağı | UTC+2 |
Əhalisi | |
Əhalisi | 25,112 nəfər (2014) |
Sıxlığı | 9,900/km2 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 4579 |
Poçt indeksi | 07100 |
Digər | |
e-slavutich.gov.ua — Rəsmi saytı (ukr.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Slavutiç Ukraynanın ən gənc şəhəridir. Çernobıl qəzasında sonra Çernobıl AES-da stansiyasının işçiləri və onların ailələrinin daimi yaşayış yeri kimi yeni bir şəhər salmaq üçün 2 oktyabr 1986-cı ildə qərar qəbul edildi. Elə həmin ilin noyabr-dekabr aylarında bu memarlıq layihəsi (L.V.Vavakinin rəhbərliyi altında bir qrup memarlar) həyata keçirildi və dekabr ayında bu şəhər səkkiz Sovet respublikalarının köməyi ilə tikilməyə başladı. 26 mart 1988-ci ildə əhalinin yerləşdirilməsi üçün ilk evlər istifadəyə verilmişdir. Əslində ilk qəsəbə artıq 1987-ci ildə var idi.
Slavutiç şəhəri Yanov stansiyası ilə Çerniqov rayonunu birləşdirən Neraf qovşağında Dnepr və Desna çaylarının arasındakı şam meşəliyində yerləşir.
Şəhərin rahat iqtisadi və coğrafi mövqeyi dəmiryol və yol rabitəsi xətlərinin kəsişməsində yerləşir. Onların sayəsində, Slavutiç Ukraynanın Kiyev, Çerniqov və digər şəhərləri və qonşu dövlətlər – Belarus Respublikası və Rusiya ilə əlaqələr yarada bilir.
Şəhərin ərazisi 253 hektardır, 500 hektar ərazidə yerləşən funksional zonalar şəhərin yaşayış məntəqəsindən kənarda yerləşir.
Şəhərin tikintisində səkkiz müttəfiq respublikanın: Litva, Latviya, Estoniya, Gürcüstan, Azərbaycan, Ermənistan, Ukrayna və Rusiyanın memarları və inşaatçıları iştirak ediblər.[2] Bu da şəhərə milli kolorit verib. Bunun nəticəsində şəhər 13 məhəlləyə: Bakı, Belqorod, Vilnus, Dobrıninski, İrəvan, Kiyev, Leninqrad, Moskva, Riqa, Tallin, Tbilisi, Çerniqov, Peçerski bölünüb. Şəhərin tikinti sahəsi 7,5 km² təşkil edir ki, bunun da 2,5-i yaşayış sahəsi, qalan hissəsi isə funksional sahələrdir.
Mövcud olan illər ərzində Slavutiçdə müasir sosial infrastruktur yaradılmışdır. Onun inkişafı şəhərdəki sabit demoqrafik vəziyyətin amillərindən biridir. Şəhərdə əhaliyə, təşkilat və dövlət orqanlarına psixoloji, konsultativ və informasiya xidmətlərini təmin edən sosial-psixoloji mərkəz yaradılmışdır.
Şəhərdə uşaqlar üçün dörd orta məktəb, lisey, uşaqların müdafiə mərkəzi, uşaq yaradıcılıq evi, Mərkəzi kitabxana, ümumi sahəsi 3,5 min. m² olan idman və sağlamlıq kompleksləri, gənclər idman məktəbi, stadion, yaxt klub tikilib. 2000-ci ildən etibarən Slavutiç şəhərində Ukraynanın Milli Texniki Universitetinin (MTU) filialı fəaliyyət göstərir. Gənc idmançılar arasında Dünya Kubokunun, Avropa və Ukraynanın bir çox idman növləri üzrə qaliblər var. Onun beş filialında təxminən 800 uşaq təhsil alır. 1988-ci ildən indiyədək şəhərdə Uşaq İncəsənət Məktəbi fəaliyyət göstərir. Məktəb həmişə Slavutiçin mədəniyyət mərkəzi olmuşdur.
YUNISEF-in "Slavutiç – uşaq üçün əlverişli bir ərazidir" proqramı həyata keçirilir.
Şəhərdə bir gənclik mərkəzi, müasir kommunikasiya mərkəzi, şəhər idarəsi, İnternet kafe, çoxsaylı idman meydançaları, müasir xəstəxanalar və bir otel var. Şəhərdəki mənzillərin təxminən 80%-i beş-doqquz mərtəbəli evlərdə yerləşir, qalan 20%-i isə – bir və ya iki ailə üçün kotteclərdir.
Slavutiç əhalisinin bəziləri Pripyatın köhnə sakinləri, 1986-cı ildə isə səkkiz min hələ uşaq idi. Çernobıl nüvə stansiyasında bir çox sakinlər hələ də Çernobıl nüvə stansiyasının istismardan çıxarılması üçün infrastrukturun yaradılmasına dəstək verərək, Shelter obyektinin ətraf mühitə təhlükəsiz bir sistemə çevrilməsinə dair işlər aparırlar; 30 kilometrlik bir təcrid zonasında işləyib, monitorinqdə, elmi fəaliyyətlərdə iştirak edirdilər. Onlar Slavutiçdən nüvə elektrik stansiyasına qədər olan müəssisənin (elektrik qatarlarının) nəqlində Çernobıl nüvə elektrik stansiyasına daxil olurlar.
Şəhərin iqtisadi və sosial vəziyyəti ÇAES-dan çox asılıdır. 2000-ci ildə Çernobıl AES-in bağlanmasından əvvəl, orada 9 minə yaxın şəhər sakini işləyirdi. Stansiya bağlanıldıqdan sonra Çernobıl AES-nı istismardan çıxartmaqla məşğul olan 3 min nəfər işləməyə davam edir.
Daha əvvəl, şəhərin büdcəsinin 85%-i atom elektrik stansiyası tərəfindən maliyyələşdirilirdi. Şəhərə yeni investorları cəlb etmək üçün ona azad iqtisadi zona statusu verildi. Bundan başqa stansiyanın keçmiş işçilərini yenidən hazırlamaq üçün təlim proqramı həyata keçirilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.