Siyəzən rayonu

Azərbaycanda rayon From Wikipedia, the free encyclopedia

Siyəzən rayonumap
Remove ads

Siyəzən rayonuAzərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Siyəzən şəhəridir.

Bu məqalə Siyəzən rayonu haqqındadır. Şəhər üçün Siyəzən səhifəsinə baxın.
Cəld faktlar Ölkə, Daxildir ...
Remove ads
Remove ads

Tarixi

"Siyəzən" sözünün etimalogiyası dəqiq müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçıların fikrincə bu söz İran qrupu dillərində "qara torpaq" digərlərinə görə isə hələ qədimdən buradan cıxan neftlə əlaqədar "quru su" deməkdir.[3]

Siyəzən rayonu 11 fevral 1940-cı ildə yaradılıb. 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. 1992-ci ildə Siyəzən yenidən ayrı rayon olmuşdur. Dəvəçi rayonundan ayrıldıqdan sonra Siyəzənin qədim kəndləri Ağbaş və Qalaalti sanatoriyasi Şabran rayonuna qalmışdir Rayonun ümumi sahəsi 0,738 min kv. km-dir.

Remove ads

Coğrafi mövqeyi

Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir. Ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. Rayon ərazisində 4 dəmir yolu stansiyası fəaliyyət göstərir. Bunlar Qızıl-Burun, Zarat, Siyəzən, Gil-gilçay dəmir yolu stansiyalarıdır.

İqlimi

Rayonda ovalıq və dağətəyi zonalarda yarımsəhra və quru çöl iqlimi, alçaq dağlıq sahələrdə yayı quraq keçən mülayim isti iqlim hakimdir. Havanınorta temperaturu yanvarda 1,5 °C, iyulda 23–25 °C-dir. Yay isti və quraq keçir. Yağıntıların illik miqdarı 200–400 mm arasında dəyişir. Rayon ərazisindən axan Gilgil və Ata çayları Xəzər dənizinə tökülür.

Geoloji quruluşu

Rayon ərazisinin geoloji quruluşu Paleogen-Neogen və onun üzərində olan-Üst təbaşir çöküntülərindən ibarətdir.

Çayları və su hövzələri

Gilgilçay və Ataçay çayları bu ərazidən axır. Gilgilçay başlanğıcını Gülümdostu dağının (2713 m) yamacından 1980 m yüksəklikdən alır.

Remove ads

Əhalisi

Siyəzən rayonunun əhalisi 43,8 min[4] nəfərdir (3mart 2023). Əhalinin orta sıxlığı hər kv. km-ə 58[4] nəfər (1 yanvar, 2020) düşür. Rayonun kənd əhalisi (33,39%) şəhər əhalisinə (65,61%) nisbətən azdır (13–22 aprel, 2009 s.a. əsasən).[4] Ümumi əhalinin isə 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir. Əhali əsasən azərbaycanlılardan ibarətdir, həmçinin rayonda ləzgilər, ruslar, türklər, tatar, ukraynalılar və digər millətlərin nümayəndələri də yaşayır.[4]

Görkəmli şəxsləri

İqtisadi xarakteristikası

Siyəzən rayonunun iqtisadiyyatının əsasını neft və qazçıxarma sənayesi təşkil edir. Rayonun ümumi məhsul buraxılışı 2005-ci ildə 39,3 mln manat olmuşdur. Rayonda pərakəndə əmtəə dövriyyəsi isə 12.7 mln manatdır. Həmçinin rayonda 2005-ci ildə 11,7 mln manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatında isə taxılçılıq, heyvandarlıq və tərəvəzçilik mühüm yer tutur. 2005-ci ildə 21,6 mln manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da çox hissəsi heyvandarlığın (92,7%) payına düşür. Son illər rayonda quşçuluq daha yaxşı inkişaf etmiş sahələrdən hesab olunur. Hazırda rayon ərazisində "Siyəzən-Broyler" ATSC fəaliyyət göstərir.

Remove ads

Maddi-mədəni irsi

Dünya əhəmiyyətli abidələr:

  1. Beşbarmaq paralel müdafiə səddi (IV–VII əsrlər) — Bu istehkam Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Hazırda dövrümüzə qədər səddin bir hissəsi gəlib çatmışdır. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən sədd bir-birindən 200 m. aralı iki divardan ibarət idi.
  2. Gilgilçay müdafiə istehkamlar kompleksi (V əsr) — Abidə Siyəzən rayonunun Yenikənd, Kolanı, Eynibulaq, Daşlı Calğan, Qala-altı kəndlərindən keçərək Çıraq qala ilə birləşir.

Ölkə və yerli əhəmiyyətli abidələr:

  1. Pir Xəlil türbəsi (XVIII əsr) — Gil-Gilçay qəsəbəsində yerləşir. Hazırkı dövrə qədər salamat qalmışdır.
  2. Qala qalıqları – Dindar qalası (orta əsrlər) — Sədan kəndindən təxminən 3 km qərbdə dağın zirvəsində yerləşir. Bu qalanın bürclərindən birinin yalnız qalıqları qalmışdır.
  3. Şeyx Heydər türbəsi (XV əsr) — qədim Şıxlar kəndinin qalıqlarından qərbdə kənd qəbiristanlığının içərisindədir. Türbə uçulub dağılmışdır.
  4. Karvansara qalıqları (XV–XVII əsrlər) — Bakı-Dəvəçi şose yolunun 87 km. sağ tərəfində yerləşir.
  5. Şəhərgah (orta əsrlər) — Siyəzən şəhərinin şimal hissəsində yerləşir.
  6. Su ovdanı (1906) — Zarat kəndinin yaxınlığında yerləşir.
  7. Daş mağara — Dib kəndində yerləşir.
  8. Dəmiryol vağzalı (1898) — Gil-Gilçay stansiyası.
  9. Dəmiryol vağzalı (1913) — Zarat stansiyası.
  10. Su kəməri (1906) — Siyəzən şəhərinin yaxınlığında yerləşir.
  11. Dəmiryol vağzalı (1913) — Qızılburun stansiyası.
  12. Su anbarı (1913) — Qızılburun stansiyasının yaxınlığında yerləşir.

Xatirə abidələri:

  1. Cəfər Cabbarlının heykəli.
  2. Mikayıl Müşfiqin heykəli.
  3. "1941–1945" abidə kompleksi.
  4. "20 Yanvar" abidə kompleksi.
  5. "Neftçi şəhidlər" abidə kompleksi.
  6. Heyder Eliyev heykeli
Remove ads

Mənbə

Həmçinin bax

İstinadlar

Loading content...
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads