Sinselexo
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Sinselexo(isp. Sincelejo) — Kolumbiyada yerləşən, şəhər və bələdiyyə. Sukre departamentinin inzibati mərkəzi.
Sinselexo | |
---|---|
9°17′58″ şm. e. 75°23′45″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 4 oktyabr 1535 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 218 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 700001 |
Digər | |
alcaldiadesincelejo.gov.co | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər, paytaxt Boqota şəhərindən təxminən 515 kilometr uzaqlıqda və Serraniya-de-San-Xasinto dağ silsiləsinin şərq hissəsində yerləşir.
Mütləq yüksəklikliyi dəniz səviyyəsindən 218 metrdir.[2] Bələdiyyənin sahəsi 275 km²dir.[3]
Kolumbiya Milli Statistika İdarəsi məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyənin ümumi əhalisi 263,751 nəfər idi.[4]
İl ərzində şəhər əhalisinin statistikası:
İl | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 |
---|---|---|---|---|---|---|---|---|
Əhali | 237 618 | 241 380 | 245 104 | 248 784 | 252 522 | 256 241 | 259 984 | 263 751 |
2005-ci il əhalinin siyahıya alınmasına əsasən, şəhər əhalisinin 48,4%-i kişilərdir, qadınlar isə müvafiq olaraq 51,6%-dir. İrqi ağ və metislər şəhər əhalisinin 76,1%-ni; hindilər 14,5%-ni; zəncilər 9,4%-ni təşkil edir.[5] 15 yaşdan yuxarı əhalinin arasında savadlılıq səviyyəsi 88,1% təşkil etmişdir.
Şəhər iqtisadiyyatının ən inkişaf etmiş sahələri kənd təsərrüfatı istehsalıdır, onun strukturu heyvandarlıqdan və ticarətdən üstündür. Sinselexo ətrafında qarğıdalı, banan, maniok və yam yetişdirilir. Sənayedə az inkişaf etmiş məhsullarː ərzaq, geyim, ayaqqabı və ağac emalı məhsulları hesab edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.