From Wikipedia, the free encyclopedia
Sey Şonaqon (清少納言?, ehtimal ki, 966, Heyan-kyo[d] – ehtimal ki, 1025, Kioto) – Heyan dövründə yaşamış yapon yazıçı, şairə və saray dayəsi.[1] "Yastıq kitabı" adlı əsərinə görə məşhurdur.[1] Bu əsər Yaponiya ədəbiyyatı tarixində zuihitsu janrının ilk nümunəsi hesab olunur.[1] Zuihutsu janrı qısa epizodlar, aforizmlər və şəxsi təsəvvürlərin qarışıq kolleksiyasından ibarət janrdır.[1]
Yaponiyada ilk romanın müəllifi olan Murasaki Şikibu ilə eyni dövrdə yaşamış, hətta Murasaki gündəliyində onun adını çəkmişdir.[1]
Sey Şonaqonun ilk illəri və sonrakı həyatı ilə bağlı məlumatlar çox azdır.[1] Atası alim və şair Motosuke idi.[1] Şonaqon həmin dövrün bir çox qadınından fərqli olaraq Çin klassiklərini öyrənmişdir.[1] Kioto şəhərində yerləşən imperatorluq sarayında yaşamışdır.[1]
Bir çox şeir yazmış, şeirləri bir əsərdə toplanmışdır.[1]
Sey Şonaqon İmperatriça Sadakonun dayəsi olarkən saray həyatı ilə müşahidələrini qeyd etməyə başlamışdır.[1] Şonaqon əsərini özü ilə hər yerə daşıdığı, hətta yastığında saxladığı üçün əsərə "Yastıq kitabı" adı vermişdir.[1] "Yastıq kitabı"nın məzmununun böyük hissəsi sevgi münasibətləri ilə bağlıdır; bu mövzu Heyan dövrü ədəbiyyatının geniş yayılmış mövzusu idi.[1] Kitab müəllifin sevdiyi və sevmədiyi şeylərin, quşların və digər təbiət ünsürlərinin, adların və maraqlı hesab etdiyi digər şeylərin siyahısı ilə doludur.[1] O, həmçinin xəyali səhnələr də yazmışdır.[1]
İlin dörd mövsümü üçün yazdığı açılış təsviri və onlarla bağlı əhvalı-ruhiyyələr Yaponiya ədəbiyyatında dəfələrlə təqlid olunmuşdur.[1] Şonaqon İmperatriça Sadako və digər imperatorluq ailəsi üzvlərini ideallaşdırsa da, ondan aşağıda olan insanlarla və özü ilə bağlı zarafatlar etmiş, geyim üslubu və davranışlarla bağlı kəskin müşahidələr aparmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.