"Sevgi, sevgi, sevgi" (ing. Love Love Love) — Rejissor Babbara Subxaşanın öz ssenarisi əsasında çəkdiyi və 4 avqust 1989-cu ildə ekranlara çıxan filmdir.
Sevgi, sevgi, sevgi | |
---|---|
(ing. Love Love Love) | |
Janr | melodram |
Rejissor | Babbar Subxaş |
Ssenari müəllifi | Babbar Subxaş |
Baş rollarda |
Əmir Xan Cuhi Çavla |
Bəstəkar | Bappi Laxiri |
İstehsalçılar |
Eros International, Paperdoll Entertainment |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1989 |
Müddət | 145 dəq. |
Ölkə | Hindistan |
Dil | hindcə |
İl | 1989 |
IMDb | ID0097784 |
Film haqqında
Gənc Amit sadə taksi sürücüsünün oğlu olsa da ədalətli, qoçaq, cəsarətli, dürüst, səmimi və mehriban oğlandır. O, olduqca nüfuzlu bir kollecdə təhsil alır, elm onun üçün çox maraqlıdır. Kollecdə Amit ilə birlikdə gözəl bir qız da oxuyur. Bu, hörmətli biznesmenin qızı Rimadır. Amit və Rima bir-birlərini sevirlər. Rimanı mafiya başçısının oğulu Viki də sevir. O, bu iki gəncə mane olur. Viki hamının gözü qarşısında Amitin velosipedini sındırır. Amit isə bir söz demədən geri qayıdır. Günlərin bir günü Viki Rimaya deyir: "Sən ya mənim olacaqsan, ya heç kimin". Bu sözləri eşidən Amit Vikini öldürür. Vikinin atası Amitdən oğlunun qisasını almaq istəyir. Amma bunu bacarmır. Filmin sonunda Amit ilə Rima evlənir.
Film üzərində işləyənlər
Filmin heyəti
- Rejissor — Babbar Subxaş
- Prodüser — Babbar Subxaş
- Ssenari müəllifi — Babbar Subxaş
- Bəstəkar — Bappi Laxiri
Rollarda
- Əmir Xan — Amit
- Cuhi Çavla — Rima
- Gülşən Qrover — Viki
- Dalip Tahil — Amitin atası
- Raza Murad — Vikinin atası
- Om Şivpuri — Rimanın atası
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.