Cuhi Çavla
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Cuhi Çavla (ing. Juhi Chawla, hind. जूही चावला; 13 noyabr 1967[1]) — Hindistanın aktrisa və prodüseri.
Cuhi Çavla 13 noyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının Ludhiana şəhərində anadan olmuşdur[2]. J. J. Montessori-Bombey məktəbini bitirmişdir. Onun uşaqlıqdan ən böyük arzusu aktrisa olmaq idi.
1984-cü ildə Cuhi "Miss Hindistan" titulunu qazanır[2] və daha sonra "Dünya gözəli" yarışmasına qatılır və ən yaxşı kostyuma görə mükafat alır. Bir qədər keçmiş Cuhi Çavla model kimi çalışır və bir neçə filmdə çəkilməyə müvəffəq olur.
Cuhi Çavla, Cay Mahta ilə ailə qurmuşdur. 21 fevral 2001-ci ildə qızı Canvi anadan olmuşdur. 2 il sonra – 21 iyul 2003-cü ildə Cuhi ikinci dəfə ana olur. Onun oğlu Arcun Londonda dünyaya gəlir.
Böyük hind aktyoru Şahrux Xanla bir kinokompaniyanın əsasını qoymuşdur.
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1988 | Qismətdən qismətə | Qayamat Se Qayamat Tak | Raşmi |
1989 | Ay işığı | Chandni | Devika |
1989 | Sevgi, sevgi, sevgi | Love Love Love | Rima |
1990 | Səma | Swarg | Cyoti |
1992 | Rac bir centlmen oldu | Raju Ban Gaya Gentleman | Renu |
1993 | İlk cazibədarlıq | Pehla Nasha | |
1993 | Ayna | Aaina | Rima Mathur Saksena |
1993 | Qorxu | Darr | Kiran Avasti |
1993 | Biz məhəbbət yolu ilə gedən səyahətçilərik | Hum Hain Rahi Pyar Ke | Vicayanti Ayyer |
1993 | Bəzən hə, bəzən yox | Kabhi Haan Kabhi Naa | |
1995 | Tanrı bilir | Ram Jaane | Bela |
1995 | Qeyri-qanuni | Naajayaz | müfəttiş Sandhya |
1997 | Bəli, boss | Yes Boss | Sima |
1997 | Eşq | Ishq | Madhu |
1997 | Cənab və xanım Oyunçu | Mr. and Mrs. Khiladi | xanım oyunçu Şalu |
1997 | Sevginin əzabları | Deewana Mastana | Niha Şarma |
1998 | İki oxşar adam | Duplicate | Sonya Kapur |
2000 | Titrək ürəklər | Phir Bhi Dil Hai Hindustani | Riya Banerci |
2003 | 3 divar | 3 Deewarein | Çandrika |
2005 | Mənim qardaşım… Nikhil | My Brother… Nikhil | Anamika |
2005 | Tapmaca | Paheli | Qacrobay |
2005 | Dostluq: Əbədi dostlar | Dosti: Friends Forever | Aditi |
2006 | Elə bu dəqiqə | Bas Ek Pal | Ayra Malhotra |
2006 | Varis şah | Waris Shah: Ishq Daa Waaris | Bhaqbhari |
2007 | Salam, sevgi | Salaam-e-Ishq: A Tribute to Love | Sima Bakşi Malhotra |
2007 | Om Şanti Om | Om Shanti Om | özü |
2008 | Ruhların şahı | Bhoothnath | Ancali Şarma |
2008 | Taleyin qisməti | Kismat Konnection | Hasina Banucan |
2012 | Sərdarın oğlu | Son of Sardaar | Pammi |
İl | Azərbaycanca adı | Orijinal adı | Filmdə iştirakı | Filmin növü |
---|---|---|---|---|
2000 | Titrək ürəklər | Phir Bhi Dil Hai Hindustani | prodüser | Bədii film |
2001 | Aşoka | Aśoka | prodüser | Bədii film |
2003 | Məhəbbət yolları ilə | Chalte Chalte | prodüser | Bədii film |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.