From Wikipedia, the free encyclopedia
Sergey Yurski (16 mart 1935[1], Leninqrad – 8 fevral 2019[2][1], Moskva) — sovet və rus aktyoru, rejissoru, ssenaristi.[3]
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sergey Yurski | |
---|---|
Doğum tarixi | 16 mart 1935[1] |
Doğum yeri | |
Vəfat tarixi | 8 fevral 2019[2][1] (83 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Uşağı |
|
Fəaliyyəti | aktyor, teatr rejissoru, kinorejissor, ssenarist, dramaturq, şair, rejissor, yazıçı, tərcüməçi, mühazirəçi |
Fəaliyyət illəri | 1957–2019 |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0951084 |
Vikianbarda əlaqəli mediafayllar |
Yurski 16 mart 1935 ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olmuşdur. Onun atası Yuri Yurski teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü əslində Sergeyin atasının olub. Onların əsl soyadı Jixaryovdur. Uşaq yaşlarında incəsənətə həvəsi olan Sergeyi valideynləri bu yoldan çəkindirməyə çalışıblar, amma bunu bacarmayıblar. Sergey Yurskinin aktyor olmaq istəyi təxminən on dörd yaşında baş qaldırdı. Amma o, valideynlərinin istəyi ilə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. S. Yurski Leninqrad Dövlət Universitetində hüquq elmini öyrənməklə yanaşı, universitetin dram dərnəyində də məşğul olmağa vaxt tapırdı. Atası isə onu teatr səhnəsindən uzaqlaşdırmağa çalışırdı. Amma universitetdə qoyulan tamaşalarda Sergeyə bir-birinin ardınca müxtəlif rollar verilirdi. 1959-cu ildə A. N. Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib.1961-ci ildə aktrisa Zinaida Şarko ilə evlənən Sergey Yurski bu xanımla cəmi 7 il birgə yaşayıb və boşanıblar. Daha sonra o, ikinci dəfə Natalya Tenyakova evlənib.
Gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb.[4] Sergey Yurskinin Azərbaycana da bağlılığı var. Belə ki, o, Azərbaycanda da filmlərə çəkilib və sevilmişdir. Belə ki, məşhur dissident Aleksandr Soljenitsenlə dostluq etməsi ona baha başa gəlib. Nəticədə SSRİ Mədəniyyət Nazirliyi Sergey Yurskiyə bir müddət televiziya ekranlarında görünməyi qadağan edib, rejissorlara isə ona rol verməmək tapşırıldı. Belə bir zamanda onu AzərbaycanFilm onu Azərbaycanda çalışmağa dəvət edir. Xüsusilə onun "Dərviş Parisi partladır" filmində yaratdığı Müsyö Jordan obrazı bugünkü gündə də sevilə-sevilə izlənilir. Aktyor ekran əsərində fransız təbiətşünası Müsyö Jordan rolunu təbii və koloritli ifa etməklə bərabər, həm də personajın nitqinin səsləndirilməsini də məharətlə yerinə yetirib. Bundan başqa aktyor "Şir evdən getdi" filmində ovçu, "Bir ailəlik bağ evi" filmində direktor, və "Qorxma, mən səninləyəm!" filmində pristav rollarını oynayıb.[5]
Yurski aktyor olmaqla yanaşı, həm də rejissor və ssenaristdir.1957-ci ildən etibarən Leninqraddakı M. Qorki adına Böyük Dram Teatrının aktyorudur. 1979-cu ildən isə Yurski Moskvanın Mossovet adına Teatrında çıxış edir və "Müasir pyes məktəbi"ndə çalışmışdır. Bir sıra teatr tamaşasının rejissorudur.
2018-ci il dekabrın sonunda aktyor ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilmişdir. Amma 8 fevral 2019-cu ildə aktyor 83 yaşında Moskva şəhərində vəfat etmişdir.[6][7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.