From Wikipedia, the free encyclopedia
Sergey Kapitsa (14 fevral 1928[1][2], Kembric[3] – 14 avqust 2012[4], Moskva[1]) — alim və teleaparıcı.
Sergey Kapitsa | |
---|---|
rus. Сергей Петрович Капица | |
Doğum tarixi | 14 fevral 1928[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 14 avqust 2012[4] (84 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Dəfn yeri | |
Atası | Pyotr Kapitsa |
Elm sahəsi | fizika |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yerləri | |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub[5]. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb.
S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir.
Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb.
S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb. Proqramda elmin nailiyyətlərindən bəhs olunur, gələcək haqqında müzakirələr aparılırdı.
Bu məşhur insan Rusiyanın və digər ölkələrin çoxsaylı mükafatlarının laureatı, dördüncü dərəcəli "Vətənə qarşısında xidmətlərinə görə" ordeninin sahibi idi.
14 avqust 2012-ci ildə Alim və teleaparıcı Sergey Kapitsa Moskvada 84 yaşında vəfat edib.
Onun qardaşı Andrey Kapitsa da alim idi. O, 2011-ci ilin avqustunda vəfat edib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.