From Wikipedia, the free encyclopedia
Sent Helier[1] (bəzən Sent-Helyer deyə qeyd olunur;[2] ing. Saint Helier, fr. Saint-Hélier, norm. Saint Hélyi, 49°11′ şm. e. 2°07′ q. u.HGYO) — şəhər və liman, Böyük Britaniya taxt-tac ərazisi olan Cersinin paytaxtı, onun iqtisadi mərkəzi. Cersinin on iki dairəsindən biri.
Sent Helier Cersi adasının cənubundakı kiçik körfəzdə yerləşir.
Ərazisi — 10,6 кm². Əhalisi — 28,3 min nəfər (2001), bu isə ada əhalisinin üçdə biri deməkdir.
Şəhər burada VI əsrdə yaşamış və piratlar tərəfindən öldürülmüş xristianlıq tərəfdarı Müqəddəs Helierin şərəfinə adlandırılıb. Balta ilə öldürüldüyü güman eedildiyi üüçn Cersinin gerbində balta təsviri vardır.
Əsas görməli yerləri Yelizaveta qalası, Müqəddəs Helier kilsəsi və parlament binasıdır. Kral şəhər parkında II Georqun heykəli vardır, onun yanı «sıfır kilometr» hesab edilir. Adada hər nöqtənin məsafəsi həmin yerdən hesablanır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.