From Wikipedia, the free encyclopedia
Senkyo kanşo (選挙干渉?, azərb. seçki müdaxiləsi) – Yaponiyada müxalifətin seçkilərdə iştirakına mane olmağı bildirən termin.[1] Yaponiya tarixində üç senkyo kanşo halı yaşanmışdır.[1]
Birinci hal 1892-ci ilin fevralında parlamentin Matsukata Masayoşi kabineti tərəfindən buraxılmasından sonra baş vermişdir.[1] Müxalif partiyalar Ciyuto və Rikken Kayşinto Matsukata kabinetinə təzyiq edərək kəskin büdcə kəsirlərini qəbul etdirmişdirlər.[1] Seçkilər zamanı daxili işlər naziri Şinaqava Yaciro hökumətdən müxalifətə qarşı hər cür tədbiri görmək barədə təlimat almışdır.[1] Hətta bəzi bölgələrdə iğtişaşlar baş vermiş, 25 nəfər ölmüş, 288 nəfər yaralanmışdır.[1] Buna baxmayaraq, müxalif partiyalar parlamentdə 163 yer tutaraq çoxluğu təşkil etmişdir.[1]
İkinci hal 1915-ci ilin martında Okuma Şiqenobunun parlamenti buraxmasından sonra baş vermişdir.[1] Şiqenobu hərb gücü genişləndirmək istəsə də, parlamentdə çoxluğu təşkil edən Rikken Seyyukay partiyası ona mane olmuşdur.[1] Daxili işlər naziri Oura Kanetake Rikken Doşikay və digər hökumət tərəfdarı partiyalar üçün səsləri almış, hətta hökumətin rayonlardakı qələbəsini təmin etmək üçün yerli idarəçilərə təzyiq etmişdir.[1] Nəticədə, Doşikay parlamentdə yerlərin çoxunu tutmuşdur.[1]
Üçüncü hal 1928-ci ildə baş vermişdir.[1] 1927-ci ildə Tanaka Qiiçi kabineti yaradılmışdır.[1] Kenseykay və Seyyu Honto partiyalarının birləşməsi ilə yaranan Rikken Minseyto partiyasının Nümayəndələr palatasında yerlərin çoxunu tutmasından sonra Tanaka parlamenti buraxmışdır.[1] 1928-ci ilin fevralında baş tutan seçkilər zamanı hökumət daxili işlər naziri Suzuki Kisaburonun vasitəsilə seçkilərə müdaxilə etmişdir.[1] Hökumət partiyası olan Seyyukay qalib gəlsə də, Suzuki tənqid olunmuş və o, istefa etməli olmuşdur.[1]
Yaponiya konstitusiyasının 21-ci maddəsi siyasi azadlığı təmin edir və seçkilərdə iştiraka mane olmağı qadağan edir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.