From Wikipedia, the free encyclopedia
Saya Hiyama (檜山沙耶, Hiyama Saya?, 27 oktyabr 1993, Mito) – Yaponiya aparıcısı, diktoru və təbii fəlakətlərin qarşısının alınması mütəxəssisi. Aparıcılıq etdiyi hava proqnozu verilişlərindəki çıxışlarına görə məşhur olmuşdur. Yaponiyanın "hava idolu", eləcə də, "Yaponiyanın hava kraliçası" kimi tanınır.[1]
Saya Hiyama | |
---|---|
Ləqəbi | "Osaya", "Sayaçi" |
Doğum tarixi | 27 oktyabr 1993 (31 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | hava proqnozu aparıcısı[d], diktor |
Saya Hiyama 27 oktyabr 1993-cü ildə İbaraki prefekturasının Mito şəhərində doğulmuşdur.[2] Bir müsahibəsində uşaqlığında hava proqnozu izləməyi sevdiyini bildirmişdir.[3] İbaraki xristian orta məktəbini bitirdikdən sonra Rikkyo Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, beynəlxalq mühasibatlıq üzrə təhsil almışdır.[4]
Hiyama universiteti bitirdikdən sonra bir mühasibatlıq şirkətində, daha sonra film studiyasında işləməyə başlamışdır. O, səs aktrisası olmağı arzulasa da, birlikdə işlədiyi seyyu Mayumi Tanaka ona aparıcılığı tövsiyə etmiş və o, hava proqnozu aparıcısı olmağa qərar vermişdir.[5] 2018-ci ilin oktyabrında Yui Komaki ilə birlikdə "Weathernews" kanalına qoşulmuş,[6] 8 noyabr 2018-ci ildə "Weathernews Live Coffee Time" verilişində hava proqnozu aparıcısı kimi debüt etmişdir.[5] 2020-ci ilin sentyabrında "Weathernews Live Moon" verilişinə keçmişdir. 15 mart 2024-cü ildə verilişdən ayrılacağını açıqlamışdır.[7] 30 mart 2024-cü ildə baş tutan sonuncu hava proqnozu verilişini eyni anda 23.000-dən çox izləyici izləmişdir.[8] 10 may 2024-cü ildə "B4ND" mesajlaşma tətbiqinə qoşulmuşdur.[9]
Saya Hiyama həm xarici görkəmi, həm hobbiləri, həm də hava proqnozu verilişindəki çıxışları səbəbilə izləyicilər arasında böyük populyarlıq əldə etmişdir. O, fanatlar arasında "Osaya" və "Sayaççi" ləqəbləri ilə tanınır.[3] Verilişdəki bir sıra anları və reaksiyaları viral olmuşdur. 2021-ci ildə bir verilişdə şoqi haqqında olan pozitiv söhbətdən zəlzələ xəbərinə ciddi keçidi internetdə viral olmuş, bu anı əks etdirən video YouTube-da 16,8 dəfə izlənmişdir.[10] 2021-ci ildə axşam verilişində səhvən "sabahınız xeyir" deməsi və səhvinə utanaraq verdiyi reaksiya viral olmuş, bu anları əks etdirən video YouTube-da 2,1 milyon dəfə izlənmişdir.[1] 2022-ci ildə Yaponiyada "Oricon" tərəfindən 3000 izləyici arasında keçirilmiş "Ən populyar hava proqnozu verilişi aparıcıları" anketində 2-ci yeri tutmuşdur. 2023-cü ildəki eyni ankretdə isə 1-ci yerdə göstərilmişdir.[11] O, 5 iyun 2024-cü ildə öz YouTube kanalını açmışdır. Heç bir video paylaşmadığı halda ilk iki gün ərzində 10.000-dən çox şəxs kanalına abunə olmuşdur.[12]
Hiyama anime və manqa fanatıdır və özünü otaku hesab edir. O, verdiyi bir müsahibədə hava proqnozu aparıcısı olduqdan sonra "Hava övladı" və "Söz bağçası" kimi yağışdan bəhs edən animeləri daha çox bəyəndiyini açıqlamışdır. O, "Pokemon", "Atelier Sophie" və "Legend of Zelda" videooyun seriyalarını oynadığını bildirmişdir.[5] "Pokemon" fanatı kimi tanınan Hiyama 2022-ci ilin sentyabrında "Weathernews" ilə "Pokemon" arasında baş tutan ortaq layihədə iştirak etmişdir.[13] O, liseydə oxuduğu dövrdən etibarən kospleylə məşğul olur.[5] Fanatları tərəfindən "Spy × Family" animesinin personajı Yor Forgerə oxşadıldığı üçün 2022-ci ildə həmin personajın kospleyini etmişdir.[14]
2022-ci ilin yanvarında "Göy an" adlı bioqrafik esse kitabını nəşr etdirmişdir.[5] 15 sentyabr 2022-ci ildə İbaraki prefekturasının səfiri adına layiq görülmüşdür.[2] O, 6 iyun 2023-cü ildə peşəkar tennisçi Yoşihito Nişioka ilə sevgili olduğunu açıqlamışdır.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.