Savoyyalı Bona (it. Bona di Savoia) (10 avqust 1449[1], Avigliana qəsri[d], Pyemont23 noyabr 1503, Fossano[d], Pyemont[1]) — Milan hersoqu Qalezzo Mariya Sforzanın ikinci xanımı, Milan hersoqinası. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır.

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Savoyyalı Bona
Thumb
Şəxsi məlumatlar
Doğum tarixi 10 avqust 1449[1]
Doğum yeri
Vəfat tarixi 23 noyabr 1503 (54 yaşında)
Vəfat yeri
Atası Lüdovik (Savoyya hersoqu)
Anası Kiprli Anna
Həyat yoldaşı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

1464-cü ildə İngiltərə kralı IV Eduardla nişanlanması müzakirə edilsə də, kralın Elizabet Vudvillə gizlicə evlənməsi bu planı pozdu. Ardından 9 may 1468-ci ildə Milan hersoqu Qalezzo Mariya Sforzayla evləndirildi və bu nikahdan 4 övladı dünyaya gəldi. Savoyyalı Bona gələcəkdə qızlarından birinin onun oğlanlarından biriylə evlənməsinə qarşı çıxaraq İngiltərə kralından intiqamını almış oldu.

Ancaq ərinin 26 dekabr 1476-cı ildə əsilzadələr tərəfindən öldürülməsinin ardından 7 yaşlı oğlu hersoq elan edildi. Savoyyalı Bona isə bir çox əsilzadənin etirazlarına baxmayaraq oğlunun taxt naibi olaraq 1481-ci ilədək fəaliyyət göstərdi. Daha sonra artan siyasi gərginlik səbəbilə Fransaya qaçmağa cəhd etsə də, ələ keçirildi və Pyemont yaxınlığındakı qəsrlərdən birində ölümünədək həbs tutuldu.

Mənbə

  • Caterina Santoro, Gli Sforza, Tea Storica, pp. 224–225
  • Daniel M. Bueno De Mesquita (1969). "Bona di Savoia in Dizionario Biografico degli Italiani"

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.