Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan[2], səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus)[3],
Kron | |
---|---|
q.yun. Κρόνος | |
Mifologiya | Yunan, Roma |
Adının izahı | Zaman |
Yunanca adı | Κρόνος; Χρόνος |
Latınca adı | Saturnus |
Cinsi | kişi[d] |
Sülalə | Titanlar |
Atası | Uran |
Anası | Geya |
Qardaşı və bacısı | Reya[1], İapet, Hiperion, Temis, Teya, Okean, Tefida |
Uşaqları | Zevs, Poseydon, Aid, Hera, Femida, Metida |
Mənşəyi | Titan |
Vikianbarda əlaqəli mediafayllar |
Mənşəyi
Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir. Kron buna əhəmiyyət verməyərək qardaş və bacıları titanları zülmətdən azad edir. Təkcə yüzqollulardan ehtiyat edərək onları tartarda saxlayır. Onun bu hərəkətinə tək Okean bəraət qazandırmır və ondan ayrılaraq yerin küncünə çəkilərək orada yaşayır. Kronun bu cinayəti dünyada bəd əməllərin meydana çıxmasına səbəb olur. Kronu cəzalandırmaq məqsədilə Niks bir sıra acıq, kədər, bədbinlik ilahələrini: Tanat — ölüm, Apate — yalan, Erida — qalmaqal, dəhşətli yuxu və s. dünyaya gətirmiş olur.
Xaos | ------> | Geya | ------> | Uran | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Titanlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Okean | Krios | Hiperion | Teya | Temis | Feba | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Kron | Koy | İapet | Reya | Mnemosina | Tefida | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Uşaqları
Kron | Reya | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Hestiya | Aid | Poseydon | Hera | Zevs | Demetra | ||||||||||||||||||||||||||||||||||||||||||
Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən Reya ilahəsi Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş və nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.
Boyüyüb başa çatdıqdan sonra Zevs atası Kronu əvvəlcə daşı , sonra uşaqları qusaraq geri qaytarmağa məcbur edir. Qardaşları Aid və Poseydonun köməyi ilə atasını əl çəkməyə məcbur edərək onun taxt-tacına sahib olurlar. Beləki, bütün yer üzünün tanrısı Zevs, yeraltı dünyanın — cəhənnəmin tanrısı Aid, dənizlərin tanrısı isə Poseydon olur.
İstinadlar
Mənbə
Həmçinin bax
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.