Remove ads

Sarkel (və ya Şarkil, Xəzər dilində "ağ ev")[1] ― müasir Rusiyanın Rostov vilayətində, Don çayının sol sahilində mövcud olmuş qala. Qala 830-840-cı illərdə Bizansın köməyi ilə Xəzərlər tərəfindən tikilmişdir.[2] İnşasında istifadə olunan ağ əhəngdaşı səbəbilə qala Sarkel, yəni "ağ ev" adlandırılmışdır.

Cəld faktlar Yer, Region ...
Sarkel
Thumb
47°42′18″ şm. e. 42°16′23″ ş. u.HGYO
Yer Rusiya
Region Rostov vilayəti
Tip İstehkam
Tarix
İnşaatçı Xəzərlər, Bizans imperiyası
Əsası qoyulub 830-cu illər
Mədəniyyətlər Xəzər
Yer qeydləri
Qazıntı zamanı 1930-cu illər
Arxeoloqlar Mixail Artamonov
Vəziyyəti Simlyansk su anbarı səbəbilə su altında qalmışdır.
Thumb
Sarkel
Sarkel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Sarkel Don çayının sol sahilindəki təpədə yerləşirdi. Hal-hazırda həmin ərazi Simlyansk su anbarının inşasından sonra su altında qalmışdır.

Tarix

Sarkel 833-cü ildə Xəzər dövlətinin şimal-qərb sərhədini qorumaq üçün tikilmişdi. Xəzərlər müttəfiqləri olan Bizans imperatoru Feofildən istehkamla əhatə olunmuş bir paytaxt qurmaq üçün mühəndislər istəmiş və Teofil baş mühəndisi Petronas Kamaterosu göndərmişdi. Bu xidmətlərin müqabilində isə Xəzər xaqanı bəzi Krım müstəmləkələrini Bizansa vermişdi.

Tarixçilər Donda niyə bu qədər güclü bir qala tikildiyini müəyyənləşdirə bilməmişdirlər. Onlar bu məsrəfli tikintinin Xəzərlər üçün təhlükə yaradan hər hansı bir regional gücün yüksəlməsindən qaynaqlandığını iddia edirlər. Aleksandr Vasiliyev və Qeorqiy Vernadskiy Sarkelin Don və Volqa arasındakı əhəmiyyətli bir kanaları Rus xaqanlığından qorumaq üçün tikildiyini iddia edirlər. Digər tarixçilər isə xaqanlığın yüzlərlə mil şimalda yerləşdiyinə inanırlar.

Konstantin Baqryanorodnıy "İmperatorluğu idarə etmək haqqında" (De Administrando Imperio) adlı əsərində, Xəzərlərın İmperator Feofildən onlar üçün Sarkel qalasını tikdirməsini istədiklərini qeyd edir. Onun qeydlərinə əsasən qalanın məhz macarlardan müdafiə üçün tikildiyi qəbul edilir. Çünki onun məlumatlarına əsasən yeni bir düşmən düşərgəsi meydana çıxmışdı və o dövrdə digər xalqlar Xəzərlərin düşmənləri kimi qəbul edilə bilməzdi. Fars kəşfiyyatçısı və coğrafiyaşünası olan ibn Rüstə, 10-cu əsrdə Xəzərlərın macarların hücumlarına qarşı möhkəm dayandıqlarını qeyd etmişdir.

Sarkel qalası və şəhəri 965-ci ildə şahzadə I Svyatoslavın rəhbərliyi altında Kiyev Rus dövləti tərəfindən tutuldu və Xəzər dövlətinin varlığına son qoyuldu. Şəhər Belaya Veja (slavyan dilində "ağ qala" və ya "ağ qüllə") adlandırıldı və şəhərdə Slavyanlar məskunlaşdı. Sarkel 12-ci əsrdə qıpçaqlar tərəfindən ələ keçirilənə qədər slavyan şəhəri olaraq qaldı.

Mixail Artamonov ərazidə qazıntı işləri aparmışdır. O, ərazidə tapılan bir çox xəzər və rus əşyaları arasında Sarkelin tikintisində istifadə olunan Bizans sütunlarını da aşkar etmişdir. Ərazi hal-hazırda Simlyansk su anbarı səbəbilə su altında qaldığına görə başqa qazıntılar aparıla bilməz.

Remove ads

İstinadlar

Mənbə

Remove ads

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.

Remove ads