Santa-Mariya-del-Fiore kafedralının fasadı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Santa-Mariya-del-Fiore kafedralının fasadı (it. Facciata di Santa Maria del Fiore) — Florensiya kafedralının inşaatı tarixində ən mübahisəli məsələlərdən biridir. İnşasına Arnolfo Di Kambio tərəfindən başlamış fasad, XV əsrə kimi müxtəlif heykəltəraşlar tərəfindən hazırlanmış heykəllər tərəfindən bəzədilsə də, 1587-ci ildə həmin fasad sökülmüşdür. Bundan sonra dəfələrlə müxtəlif memarlar tərəfindən layihələr təqdim edilməsi və müsabiqələr təşkil olunmasına baxmayaraq, XIX əsrə kimi Florensiya kafedralının fasadı inşa edilməmişdir. XIX əsrdə Santa-Mariya-del-Fiore kafedralını fasadı Emilio de Fabrisin layihəsi əsasında inşa edilmişdir. Abidənin fasadının sökülməsi və yeni fasadın inşası ilə bağlı elmi mübahisələr davam etsə də, hazırkı fasad İtaliyada neoqotika memarlığının ən yaxşı nümunələrindən biri hesab edilir.
Santa-Mariya-del-Fiore kafedralının fasadı | |
---|---|
it. Facciata di Santa Maria del Fiore | |
43°46′23″ şm. e. 11°15′20″ ş. u.HGYO | |
Ölkə | İtaliya |
Şəhər | Florensiya |
Yerləşir | Santa-Mariya-del-Fiore |
Memar |
Arnolfo Di Kambio (orijinal fasad) Emilio de Fabris (hazırkı fasad) |
Üslubu | Neoqotika |
Vikianbarda əlaqəli mediafayllar |
Arnolfonun fasad üzərində nə vaxtdan işləməyə başlaması haqqında sənədlər olmasa da, arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir ki, fasadın inşasına daha erkən dövrdə - XIII əsrdə başlanılmışdır. Bu ilkin fasad qədim Santa-Reparta kilsəsində ibadətin davam etdirilməsi üçün binanı yararlı hala gətirmək məqsədi ilə inşa edilmişdi.
Arnolfinin fasad layihəsinin tikilinin bütün fasadını əhatə etməsi haqqında dövrümüzə heç bir çetyoj və ya sənəd çatmasa da, onun işini dava etdirən memarlar fasad inşası işini portaldan on metr yuxarı qaldıra bilmişdir. Florensiya bələdiyyəsinin Arnolfonu vergi ödənişlərindən azad etməsi onun fasad üzərində əhəmiyyətli dərəcədə işləməsini göstərən faktlardan biridir: belə ki, böyük sənətkarların yaşayıb fəaliyyət göstərdiyi dövrdə hökumət heç də hər adama bu cür imkan yaratmırdı. Arnolfonun fasad üzərində işi tamamlamadığını nəzərə alsaq, onun təqdim etdiyi layihənin valehedici olduğunu ehtimal etmək olar. Binanın fasadının təməlində aparılmış qazıntılar zamanı əldə edilmiş materiallar XIV əsrdə Cotto dövründə fasadın inşası ilə bağlı işlər aparıldığını ehtimal etməyə əsas verir. Həmin fasadın bəzi təsvirləri, o cümlədən Locciya-del-Biqallodakı Mərhəmət Madonnası, Santa-Kroçe muzeyindəki XV əsr freskası və Bernardino Pokçettinin ətraflı çertyoju dövrümüzə çatmışdır. Florensiyadakı Müqəəddəs Mark monastırının San-Antonio kluatrasının XVII əsr lunet freskalarının müəllifi həmin çertyojdan ilhamlanmışdır.[1]
İlk fasadın dövrümüzə çatmış qalıqlarıından məlumdur ki, onun dizaynında rəng dominant element olmuş, dizayn zamanı rəngli mərmərlər vasitəsiylə işlənmiş kosmatik naxışlar və çoxlu sayda heykəllərdən istifadə edilmişdir. Bir qayda olaraq qotik memarlıq ənənələri əsasında işlənən vertikal xətt Arnolfo tərəfindən daha klassik formalarda işlənmiş, həmçinin şimal ölkələri üçün xarakterik olan daha sərt ucluqlu tağlardan istifadə olunmuşdur.[2]
Arnolfonun fasadını bəzəmiş heykəllərin əksəi bu gün Florensiya kafedralı muzeyində saxlanılır. Birinci qatın portal-lunetləri və heykəl qrupları heç bir şübhəsiz Arnolfonun özü tərəfindən işlənmişdir. 2005-ci ildə Kafedral muzeyində nümayiş etdirilmiş və Erika Neri və Silviya Moretti tərəfindən hazırlanmış köhnə fasadın yenidənqurma maketindən görünür ki, fasadı üç portal üzərində asılan böyük portallar ilə xarakterizə etmək olar. Onların üzərində açıq qalereyanı imitasiya edən sərt künclü reestr yerləşirdi; Kosmati stili Florensiya üçün yenilik olsa da, Arnolfo Romada çalışdığı vaxt mozaika ustaları ilə yaxın ünsiyyətdə olmuşdu və bu ailə üslubu ilə tanış idi.
Poççetti dizaynı və Arnolfo trəfindən işlənmiş VIII Bonifasinnin heykəli arasında yerləşən dyakon, bu gün başsız şəkildə şəxsi Florensiya kolleksiyasında saxlanılır.[3] Arnolfino studiyasına aid olan və kafedral muzeyində saxlanan iki peyğəmbər heykəli 1310-cu ilə aid olmaqla ya mərkəzi hissə, ya da sol portalı bəzəmişdir. Onlar klassik memarlığın ən yaxşı nümunələri əsasında işlənməklə, Konstantinin zəfər tağını bəzəyən əsirlərin təsvirini xatırladır.[4]
Portalların üç luneti Məryəm və körpəyə həsr edilmiş heykəllər silsiləsi ilə bəzədilmişdi: solda Bakirə Məryəmin doğulması, mərkəzdə Madonna və körpə müqəddəslərin əhatəsində, sağda isə Bakirənin ölümü təsvir edilmişdi. Berlinin Bode muzeyində saxlanan heykəllər qrupundan başqa, lunetləri bəzəyən bütün heykəllər kafedral muzeyində saxlanılır. Arnolfo, kifayət qədər incə daşlardan istifadə etsə də, heykəllərə plastiklik və yumşaqlıq vermək üçün bütün ustalığından istifadə etmişdir. Ehtimal edilir ki, onlara aşağıdan baxdıqda trompe l'oeil effekti (heykəl və rəsmərin üç ölçülü dekorasiyada birləşdirilməsini nəzərdə tutan bu effekt, Cottonun bəzi freskalarında da rast gəlinir) yaranırdı.[4]
Əsas portalın yanlarındakı yuvalarda yerləşdirilmiş səkkiz müqəddəsin heykəli də hazırda kafedral muzeyində saxlanılır. 1387-1390-cı illərdə hazırlanmış həmin heykəllərin müəllifi Pyero di Covanni Tedeskodur.[5] O, həmçinin 1386-cı ilə aid edilən və kafedral muzeyində sərgilənən iki musiqiçi mələk heykəlinin müəllifidir.[6]
İkinci qatda əsas portalın yanlarında xüsusilə Florensiya yeparxiyası tərəfindən qeyd edilən dörd böyük müqəddəsin heykəli yerləşdirilmişdir. Hər müqəddəs heykəlini isə iki mələk heykəli müşayət edirdi. Bu dörd müqəddəs heykəlindən ikisi Florensiya kafedralının muzeyində (Müqəddəs Vittore və Müqəddəs Barnabanın başsız heykəli; birinci heykəl ehtiml ki, gənc Nanni di Banko, ikincisi isə Pyero di Covanni Tedesko tərəfindən işlənmişdir), digər ikisi isə Luvr muzeyində (Müqəddəs Stefano[7] və Müqəddəs Lorenzo[8]; hər iki heykəl Pyero di Covanni Tedeskoya aid edilir) nümayiş etdirilir.[9]
Kontrforsların dörd yuxarı nişində olan kilsə atalarının heykəlləri hamısı kafedral muzeyində saxlanılır: onlardan Müqəddəs Aqostino və Müqəddəs Qreqorio heykəlləri Nikkolo-di-Pyero Lamberti, Müqəddəs Ambroco və Müqəddəs Coralamo heykəli Pyero-di-Covanni Tedesko (təxm. 1396-1401); İmperiya təpəsi villasından söküldükdən sonra onlar, Homer, Vergili, Dante və Petrarkanın portretləri ilə əvəzlənmişdir.[10]
1408-1415-ci illərdə mərkəzi portalın yan nişləri üçün nəzərdə tutulmuş dörd oturan yevangelistin heykəlləri işlənmişdir; Həvari Luka heykəli Nanni di Banko, Həvari İohann heykəli Donatello, Həvari Matfey heykəli Bernardo Kuffani, Həvari Mark heykəli isə Nikkolo di Pyero Lamberti tərəfindən yaradılmışdır. Bu heykəllərdə fasadı bəzəyən digər heykəllərlə müqayisədə fərqli stilistik xüsusiyyətlər müşahidə olunur ki, bu da beynəlxalq qotikanın İntibah incəsənətinə təsirini göstərir; ilk iki heykəl təmtəraqlı soyuqqanlığı ilə seçilir. Digər iki heykəl isə yüksək keyfiyyətlə hazırlansa da, kənarların ritmik əyilmələri, xüsusilə Pyeronun işini qabarıq şəkildə diqqətə çarpdırır.[11]
Santa-Mariya-del-Fiore kafedralının fasadı əsrlər boyunca Florensiya yepiskopluq kompleksinin həll edilməmiş problemlərindən biri olaraq qalmışdır; yarımçıq daş fasad dövrün memarlıq şah əsərləri ilə əhatə olunmuş, rəngarəng mərmərlərdən olan donu ilə ümumi ansambldan əhəmiyyətli dərəcədə fərqlənirdi. 1491-ci ildə Möhtəşəm Lorenzo kafedralın fasadının tamamlanması üçün müsabiqə elan etsə də, qısa müddət sonra layihə daha əlverişli dövrə kimi təxirə salınmışdır.[12] Françesko və Benedetto Buloni qardaşları tərəfindən hazırlanmış fasad layihəsi 1492-1494-cü illərdə Lorenzonun oğlu kardinal Covanni Mediçinin sifarişi ilə qismən dəyişdirilərək Bolsenadakı Santa-Kristina kilsəsinə tətbiq edilmişdir.
1494-cü ildə Florensiyadan qovulmuş Pyero Mediçinin qardaşı olan Papa X Levin 1515-ci ildə şəhərə gəlməsi şərəfinə kafedralın fasadı binar ordenlər, həmçinin Yakopo Sansovino və Andrea del Sartonun heykəllərini imitasiya edən qabartmalarla bəzədilmişdir (Vazarinin təsvirinə əsasən).
1587-ci ildə saray memarı olan Bernardo Buontalentiyə kilsənin fasadını mərmər və heykəllərdən tamamilə təmizləyərək manyerizm üslubunda rənglənmiş kərpic fasadla əvəz etmək sifariş olunur. Fasadın sökülməsi 21 yanvardan 9 iyula kimi davam etdirilmişdir. Proses əvvəldən axıra kimi müəllifi naməlum olan tarixi mənbədə təsvir edilmişdir. 1757-ci ildə Cüzeppe Riçe tərəfindən Françesko Rondinellinin qəzetində nəşr edilmiş həmin mənbədə hadisə şahidinin təəssüf dolu hissləri əksini tapmışdır: “Heç bir mərmər hissəsinin tam sökülməsi mümkün olmadı, sütunlara kimi, onların hamısı sındırıldı; bu çox kədərli və təəssüfləndirici səhnə idi.”[13] Hökmdarın nəyə görə belə qərar verməsi məlum olmasa da, bunun 1586-cı ildən sonrakı əziyyətlərdən fikir yayındırmaq üçü ictimai iş həyata keçirmək siyasətnin tərkib hissəsi olacağı ehtimal edilir; bəzi tədqiqatçılar isə saray memarı Buontalenti və kafedral rəhbəri Benedetto Uquççoninin məbədə yeni sima bəxş etmək istəyinin təsirli ola biləcəyini qeyd edirlər. Belə ki, bir neçə il sonra Buontalentinin layihəsi əsasın Florensiyanın başqa bir qədi məbədi olan Müqəddəs üçlük kilsəsinin də fasadı yenilənmişdi.[14]
Həmin il fasadın inşası üçün təşkil edilmiş müsabiqədə dövrün ən böyük rəssam və memarları iştirak edərək taxta model və çertyojlar hazırlayırlar. Müsabiqəyə təqdim edilmiş bütün müəlliflərin layihələri hazırda kafedral muzeyində nümayiş etdirilir. Müsabiqədə iştirak edən Covanni Antonio Dosio, Don Covanni Mediçi, Bernardo Buontalenti (iki layihə ilə təmsil olunur), Siqoli və Cambolonyanın işlərində bu və ya digər dərəcədə Mikelancelodan təsirlənmişdilər. Buontalenti və Siqolinin üç orderli layihəsindən fərqli olaraq bütün layihələr iki orderli tərtib edilmiş, heykəllər, relyeflər və rəsmlərdən təşkil olunmuş zəngi dekorativ xüsusiyyətlərə malik olmuşdur. Lakin, 19 oktyabrda böyük hersoqun elektrk cərəyanı vurması nəticəsində ölməsindən sonra onun başlatdığı bütün layihələr təxirə salınmışdır. XVII əsrdə II Ferdinand Mediçi fasadın inşası layihəsini bərpa etsə də, yeni müsabiqə başlatmamış, 1587-ci ildə Covanni Antonio Dosio tərəfindən işlənmiş layihənin həyata keçirilməsinə qərar vermişdir; bu qərar mütəxəssislər və vətəndaşlar arasında o qədər böyük narazılıqlar dalğası yaradır ki, 1639-cu ildə Sənət və Dizayn Akademiyası kafedralın fasadı üçün yeni layihə hazırlayır.[14] Üç səviyyəli olan həmin layihə kafedralın memarı Cerardo Silvaniyə təhvil verilmiş və inşaat işlərinə başlanılmışdır. Lakin, Silvani və akademiyanın prezidenti Covanni Battista Pyreatti arasında yaranmış mübahisəyə görə tezliklə işlər dayandırılır. Bundan sonra əldə olan fasad layihələrindən heç birinin kilsənin qotik strukturu və intibah dövrü günbəzi ilə, həmçinin ətafdakı tikililərin fasadı ilə uyğunluq təşkil etmədiyi qərarına gəlinmişdir.[14]
Bundan sonra xüsusi hadisələr zamanı kafedral üçün taxtadan hazırlanmış müxtəlif fasadlar yaradılmışdır. İlk taxta fasad 1589-cu ildə I Ferdinand Mediçi və Kristina Lotaringiyanın nikah mərasimi üçün hazırlanmış və qabartmalar, heykəllər və rəsmlərlə bəzədilmişdir. İkinci taxta fasad 1661-ci ildə III Kozimo de Mediçinin həyat yoldaşı Orleanlı Marqarita Luizanın şəhərə gəlişi münasibətilə inşa edilmişdir. Üçüncü taxta fasad 1688-ci ildə şahzadə Ferdinand və Bavariyalı Violantın nikah mərasimi üçün hazırlanmışdır. Erkole Qraçianinin layihəsi əsasında 1733-cü ildə Bernardo Sansone Sqrilli tərəfindən hazırlanmış sonuncu müvəqqəti fasad XIX əsrə kimi istifadə olunmuş və bir çox fotolarda əksini tapmışdır.[15]
Əsr yarım sakitlikdən sonra akademiya prezidenti Covanni deyli Alessandri kilsə xidmətçiləri ilə birlikdə məbədin yeni fasadının hazırlanması üçün müraciət hazırlayır və Covanni Battista Silvestri tərəfindən işlənmiş neoqotika üslubunda olan fasadı təqdim edir.[16] Bu təklif əsaslı dəstək qazanmasa da, 1831-ci ildə kilsənin interyerini bərpa edən memar Qaetano Baççani Florensiya kafedralının fasadını da öyrənir.[17]
Luici de Kambre Dinyi tərəfindən hazırlanmış manyerizm zövqlü təlim kitabçası ilə Florensiya kafedralının tamamlanmasına yenidən maraq yaranır və 1842-ci ildə inşaat işlərinin maliyyələşdirilməsi üçün “Kafedral fasadı assosasiyası” (it. Associazione per la facciata del Duomo) yaradılır. Elə həmin il, bir müddət əvvəl Santa-Kroçe bazilikasının fasadını işləmiş memar Nikkolo Matas, Florensiya kafedralı üçün neoqotika üslubunda yeni dəbdəbəli layihə təqdim edir.[18] 1843-cü ildən başlayaraq bir çox memarlar kafedralın fasadı üçün öz layihələrini təqdim edirlər: layihəsi favorit olan Silvestri ilə yanaşı Barcello binasında bərpa işlərini tamamlamış Françesko Leoni, Cia del Pratoda neoqotika üslubunda binanın müəllifi olan İqnasio Villa, Santa-Kroçe bazilikasının zəng qülləsini inşa etmiş Qaetano Bakkani, həmçinin Mariano Falçini və Paskuale Pokkianti ilə yanaşı çoxlu sayda az tanınmış dizayner, memar və rəssamlar kafedral üçün fasad layihəsi hazırlamışdılar.
Sənətşünas Pyetro Selvatiko Estense təqdim edilən layihələrin mövzunu daha da aktuallaşdırdığını və Florensiya kafedralının fasadı üçün Florensiya sərhədlərindən xeyli uzaqlardan da təkliflər gəldiyini bildirir.[19] 1843-1844-cü illərdə İsveçrə memarı Covanni Corco Müller Florensiya kafedralının fasadının inşası üçün altı müxtəlif layihə işləmişdi; Orvieto kafedralının fasadının müşahidəsi əsasında işlənmiş həmin layihələr əsasən Arnolfo fasadının ehtimal edilən tarixi simasını bərpa etməyi hədəfləmişdi. Lakin, əksər tənqidçilər, memarın istifadə etdiyi trikuspidal fasad formalarının Brunelleski günbəzinin prespektiv görünüşünə xələl gətirəcəyini bildirmişdilər.
1848-1849-cu illərdə məsələ aktiv şəkildə müzakirə olunsa da, hansısa qərara gəlinməsi mümkün olmamışdı. 1851-ci ildə Persey Pompeo Faltoni fasad üçün öz layihəsini təklif etsə də, həmin layihə Mariano Falçini tərəfindən ciddi tənqid olunmuşdu. Həmin dövrdə Müllerin layihəsi də Koroliano Montinin simasında əsas tənqidçisini tapmışdı.[20]
Mübahisələrə son qoymaq üçün 1858-ci ildə Assosasiya tərəfindən fasad layihəsinin seçilməsi üçün beynəlxalq müsabiqə elan edilir. 22 aprel 1860-cı ildə keçirilmiş təntənəli mərasim zamanı kraı II Vitktor Emanuel Florensiya kafedralının fasadının təməlini qoyur. Buna baxmayaraq real inşaat işlərinə başlanılması üçün bir neçə il də lazım olur.[18]
İlk müsabiqə 30 mayda təxirə salınır, 10 noyabr 1861-ci ildə isə 31 dekabr 1862-ci ilə kimi davam edəcək tender elan olunur; tender iştirakçıları arasında Marko Treves, Mariano Falçini, Perseo Pompeo Faltoni, Danimarka memarı Vilhelm Valdemar Petersenin iştirakı məlum olsa da, öz istəklərinə görə bir çox iştirakçının adı açıqlanmamışdır. Qaetano Bakkaninin rəhbərlik etdiyi komissiyaya hərəsi bir İtaliya şəhəriin memarlıq akademiyasının təmsilçisi olan Alessandri Antonelli, Fortunato Lodi, Erriko Alvino, Kamillo Boyto, Pyetro Kamporeze və Andrea Skala daxil idi. Tenderə çoxlu sayda layihə təqdim olunsa da, fasadın zirvəsinin necə tamamlanmasına qərar verə bilməyən komissiya onlardan heç birini seçə bilməmişdir.[21]
1864-cü ildə elan edilən yeni müsabiqəyə Alp dağları ətəklərindən noqotik üslubda, italyan stilinə hörmətlə yanaşan layihələrə kimi müxtəlif layihələr, həmçinin dövr üçün xarakterik olan çoxlu sayda eklektik fasad təsvirləri göndərilmişdi. Bu müsabiqədə birinci müsabiqə zamanı komissiya üzvü olmuş bütün memarlar (Kamporeze istisna olmaqla), birinci müsabiqə zamanı mükafatlandırılmış iki memar (Falçini və Petersen), həmçinin Emilio de Fabri və Antonio Çipolla (onların təqdim etdikləri layihələr hazırda Kafedral muzeyində nümayiş etdirilir) iştirak etmişlər. İlkin seçim zamanı təqdim edilmi 43 layihədən 15-i müzakirəedilməyə layiq hesab edilmişdir. Həmçinin onların arasında Qaetano Bakkani və Alessandro Antonelli kimi istisna təşkil edən layihələr də var idi.
İkinci müsabiqənin qalibi Siena və Orvieto kafedralının qotik fasadlarından ilhamlanan Emilio de Fabrisin layihəsi olsa da, nəticə komissiyada müzakirə və mübahisələrə səbəb oldu. Kamillo Boyto açıq şəkildə Fabrisionun layihəsinə qarşı olduğunu bildirmiş, Pyetro Selvatiko Estense isə sərt şəkildə hücuma başlamışdır. Erriko Alvino isə komissiyanın özünün işini şübhə altına almışdır. Problemlərlə üzləşən komissiya Notr-Dam və Sen-Şapel kilsələrində uğurlu bərpa işləri aparmış Fransa memarı Ejen Viole-le-Dyuka müraciət edərək onun fikrini soruşur və o da, üç ölçülü fasad sistemini təklif edir.[22]
Qaynar müzakirələrin aparıldığı 1865-ci ildə komissiya Florensiya kafedralının fasad layihəsinin seçilməsi üçün üçüncü dəfə müsabiqə elan edir. Bu dəfə müsabiqədə akademiyanın on ikinci kurs tələbəsi və iyirmi doqquz müstəqil sənətkar iştirak edir. Ümumilikdə 45 layihə qəbul olunur və bəzi iştirakçılar iki layihə ilə təmsil olunurlar. İlkin olaraq müsabiqənin iyula kimi davam edəcəyi bildirilsə də, sonradan müsabiqə müddəti iki ilə kimi uzadılır.
Müsabiqənin gedişatı zamanı Matas, Antonelli və Bakkani kimi təcrübəli sənətkarlar yarışdan uzaqlaşdırılır və nəticədə növbəti dəfə De Fabris tərəfindən təklif edilən layihə qalib elan olunur. Akademiya prezidenti Pyetro Selvatiko Estense də daxil olmaqla əksər üzvlər fasad üçün üç səviyyəli layihəni dəstəkləyirlərDe Fabrisin layihəsi kiçik səs üstünlüyü ilə qalib gəlir və mübahisələrin başa çatmasına əsas olmur.
1867-ci ildə komissiya, rəsmi olaraq memara layihəsinin qalib gəlməsini bildirir və detalların işlənməsini təklif edir. Proses De Fabrisin iki il vaxtını alır, bu müddətdə o, Pyetro Selvatikonun təklifləri üzrə bəzi dəyişikliklər edir və filosof Auqusto Kontinin ornamental tərtiblə bağlı məsləhətlərini dinləyir. Çoxsaylı dəyişikliklərdən sonra yekun variant 1870-ci ildə qəbul edilir və 4 iyulda De Fabri “Santa-Mariya-del-Fiore kafedralının fasadının memarı” elan olunur.[22]
Fasad layihəsinin seçilməsinə baxmayaraq bir neçə memar layihə təqdim etməyə davam edirlər. Fasadın zirvəsinin necə tamamlanacağına qərar verilməsə də, 1876-cı ildə inşaat işlərinə start verilir və De Fabrisin ölümündən sonra işlərin tamamlanmasını Luici del Moro öz öhdəsinə götürür. Florensiyalıların fasadın sərt çıxıntı və ya bazilika formasında tamamlanmasına referendum yolu ilə qərar vermələri üçün hər iki variantın da quraşdırılıb təqdim edilməsi qərara alınır. Kafedralın fasadının həmi dövrünü təsvir edən bir neçə qravür və fotolar dövrümüzə çatmışdır.
Bu cür geniş polemikaların yaranmasına səbəb yalnız estetik baxışlarla deyil, həm də o zaman İtaliyanın paytaxtı olan Florensiyada simvolik elementin yaradılması ilə bağlı meydana çıxmış milli məsələ ilə bağlı idi. Dünyəvi həyat tərəfdarları faktiki olaraq bazilika formasını dəstəkləsələr də, ənənəvi katolisizm tərəfdarları açıq qotik yönümlü üç sıralı plana üstünlük verirdilər: dövlət və kilsə arasında gedən bu mübarizə 1870-ci ildə Porta Pianın dağıdılması ilə nəticələndi.[23] Bundan sonra gözlənildiyi kimi fasadın tamamlanması üçün qalereyalı variant seçilmişdir.
Layihənin təsdiqlənməsindən sonra, mütəmmadi olaraq maliyyələşmə ilə bağlı problemlər yaranmasına baxmayaraq, fasadın inşaat işləri fasiləsiz aparılmışdır. Fasadın inşası üçün ianə etmiş ailə və şirkətlərin gerbləri indi də kafedralın fasadını bəzəyir. 5 dekabr 1883-cü ildə fasad ictimayətə təqdim edilmiş, həmin ilin 3 iyununda memar De Fabrisin ölümündən sonra inşaat işləri davam etdirilmiş və 12 may 1887-ci ildə Florensiya kafedralının fasadının rəsmi açılış mərasimi baş tutmuşdur.
Polixrom mərmərdən olan fasad strukturu (Enzo Karli “fasadın inşasında ən faciəvi qərarlardan biri”[24] kimi qiymətləndirir) ətrafdakı tikililər, o cümlədən, kampanila və vəftizxana ilə xromatik harmoniya yaratsa da, XIX əsrə məxsus həddəən artıq oyma və çoxsaylı bəzək elementləri ilə müasirliyini bildirir. Həmçinin kafedralın digər divarları ilə müqayisədə, yenicə birləşmiş İtaliyanın vətəpərvərlik ruhunu vurğulamaq məqsədi ilə İtaliya trikoloruna işarə olaraq ağ və yaşıl mərmərlərlə yanaşı çoxlu miqdarda qırmızı Siena mərməri də istifadə edilmişdir.
Heykəl bəzəkləri və tunc qapıların hazırlanması üçün daha iyirmi il vaxt sərf olunmuş və memarın ölümündən sonra həmin iyirmi il ərzində tikintiyə Luici del Moro rəhbərlik etmişdir.[12] Arnolfonun primitiv fasadında olduğu kimi, yeni fasadın da dominant bəzək mövzusu Xilasın vasitəçisi olan Məryəmin xatirəsinin qeyd edilməsi, Cotto kampanilasındakı silsilənin davamı olaraq xristianlığın insanlıq tarixinin hərəkətverici qüvvəsi kimi göstərilməsidir: mövzunun işlənməsində memar katolik tarixçisi və intellektualı, Florensiya Universitetinin professoru olan Avqusto Konti ilə əməkdaşlıq etmişdir.[25] Fasad heykəllərinin əsas hissəsi Avqusto Passal tərəfindən hazırlanmışdır.[26] Dekorativ planda müqəddəslər və Müqəddəs Kitab personajları ilə yanaşı, inam naminə fəaliyyət göstərmiş şəxslər (rəssamlar, yazıçılar, alimlər və siyasətçilər) də təsvir edilmişlər.[25] Fasadın dizaynında iştirak etmiş çoxsaylı sənətkarlar purizmdən realizmə və ilk simvolizm elementlərinə kimi, XIX əsrdə italyan fiqurativ sənətinin təkamülünü sənədləşdirmişlər.[27]
Mərkəzi portalın frontonunda Titto Sarrokki tərəfindən işlənmiş “Taxtda oturmuş güllərdən skipeter tutmuş Məryəm” barelyefi yerləşdirilmişdir. Kontrforsların nişlərində kradinal Valeriani, yepiskop Aqostino Tinaçi, 1436-cı ildə kafedralın ithaf mərasimində iştirak etmi Roma Papası IV Yevgeniya və müqəddəs Antonio Pyeroççinin heykəlləri yerləşir.[12] Mərkəzi xəttin timpanında Avqusto Passalyanın “Məryəmin şərəfi”, qalereyada isə Tito Sarrokkinin “Madonna körpə ilə” və “On iki həvari” əsərləri yerləşdirilmişdir. Tacın təməlində, rozetin aşağısında böyük sənətkarların büstləri, timpanın mərkəzində isə “Əbədi ata” əsəri yerləşdirilmişdir.[28]
Avqusto Passalya (böyük mərkəzi və sol) və Cüzeppe Kassioli (sağ) tərəfindən hazırlanmış üç böyük tunc qapı 1899-1903-cü illərə aid olmaqla, Məryəmin həyatından səhnələrlə bəzədilmişdir. Qapıların üstündəki Nikolo Barabino tərəfindən işlənmiş mozaik lunetlərdə “Florensiya xeyriyyə təşkilatlarının əsasını qoyan şəxslərin xeyriyyəçiliyi” (solda), “Taxtda oturmuş Məsih, Məryəm və Vəftizçi İohann ilə” (mərkəzdə) və “Florensiya tacirləri və humanistlərinin Tanrı anasına səcdəsi” (sağda) təsvir edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.