From Wikipedia, the free encyclopedia
Sanada Yukimura (真田 幸村?, 1567, Yaponiya – 3 iyun 1615, Yasui Şrine[d], Osaka) və ya Sanada Nobuşiqe (真田 信繁?) – Senqoku dövründə yaşamış Yaponiya samurayı.[1]
O, Ueda[lower-alpha 1] hakimi Sanada Masayukinin ikinci oğlu olmuşdur.[2] 1585-ci ildə atasının Tokuqava İeyasu ilə münaqişəsindən sonra o, Eçiqo daymyosu Uesuqi Kaqekatsu ilə müttəfiq olmuş, ondan torpaq almışdır.[1] Lakin 1587-ci ildə sədaqətini dəyişdirərək Toyotomi Hideyoşinin tərəfinə keçmiş, onun üçün 1590-cı ildə Odavara hərəkatına qatılmış, 1592-ci ildə Koreyanın işğalı hərəkatı zamanı Kyuşu qərargahında xidmət göstərmişdir.[1]
1600-cü ildə baş verən Sekiqahara döyüşünə gətirib çıxaran böyük konflik zamanı əvvəlcə İeyasunun Uesuqi Kaqekatsuya qarşı olan ekspedisiyasına qoşulmuş, lakin daha sonra İşida Mitsunarinin Qərb ordusuna keçmişdir.[1] Qardaşı Nobuyuki Sanada ailəsinin mənafeyini hər vəziyyətdə qorumaq üçün Tokuqavanın tərəfində qalmışdır.[1] Masayuki və Yukimuranın Şinanoda başlatdıqları döyüş İeyasunun oğlu olan Tokuqava Hidetadanın döyüşdə iştirakını gecikdirmişdir.[1] Tokuqava döyüşdə qalib gəlmiş, lakin Yukimuranın həyatını bağışlayaraq Koya dağında yaşamasına icazə vermişdir.[1]
1614-cü ildə Toyotomi Hideyorinin xahişi ilə Osakaya gəlmiş və müdafiə qurğusu tikdirmişdir.[2] 1614–1615-ci illərdə baş verən Osaka hərəkatında iştirak etməyə çağırılmış, Sumiyoşidə Tokuqava ordusuna qarşı döyüşmüşdür.[2] 3 iyun 1615-ci ildə məbəddə dincələrkən Nişio Kyusaku tərəfindən öldürülmüşdür.[1][2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.