azərbaycanlı yazıçı, tərcüməçi From Wikipedia, the free encyclopedia
Saday Budaqlı (13 noyabr 1955, Qazax) — Azərbaycanlı yazıçı, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına Ümumittifaq Mükafatı, Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatı, "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb (1982). 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb.
Saday Budaqlı | |
---|---|
Saday İsmayıl oğlu Budaqov | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | M.Qorki adına Ədəbiyyat İnstitutu |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1980–h.h |
Əsərlərinin dili |
azərbaycanca rus dili |
İstiqamət | nəsr |
Janrlar |
hekayə povest roman |
İlk əsəri | "Uduş" (1984) |
Tanınmış əsərləri |
"Çat" (1987) "Yolüstü söhbət" (2015)[1] |
Mükafatları | "Qızıl Kəlmə" (2009)[2] |
Saday İsmayıl oğlu Budaqlı 1955-ci il noyabrın 13-də Qazax rayonunda anadan olub. 1984-cü ildə M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.[3]
1984-1989-cu illərdə "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Bakıda və Moskvada Azərbaycan və rus dillərində çapdan çıxıb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.[4]
1984-cü ildə Moskvada "Uduş" adlı kitabı işıq üzü görüb. 1985-ci ildə Bakıda "Döngə" adlı kitabı çapdan çıxıb. 1987-ci ildə "Çat" adlanan yeni kitabıyla oxucuların görüşünə gəlib. 2000-ci ildə Moskvada "Torpaq" adlı kitabı nəşr edilib.[5]
2015-ci ildə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yazıçı-tərcüməçi Saday Budaqlının 60 yaşının tamamı münasibətilə nasirin "Yolüstü söhbət" kitabını nəşr edib.[6][7]
Kitabda yazıçının "Zədə" romanı, povestləri, 1990–2000-ci illərdə yazdığı hekayələri toplanıb.[8]
"Yolüstü söhbət" Saday Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.[9]
Moskvada çıxan "Uduş" kitabına görə M. Qorki adına Ümumittifaq Mükafatına layiq görülüb.[10] Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatıdır.[11] 1982-ci ildə "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb.[12] 2009-cu ildə M. Bulqakovun "Master və Marqarita" romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb.[13][14]
Saday Budaqlı Mixail Bulqakovun "Master və Marqarita" romanını, Yasunari Kavabata və Migel Delibesin seçilmiş əsərlərini, "Latın Amerikası romanı" və Kazuo İşiquronun "O günlərdən qalanlar" kitabını, Nikolay Xomiçin "Sərdabənin sirri" romanını Azərbaycan dilinə çevirib.[15] O, həmçinin, Qabriel Qarsiya Markes, Mario Varqas Lyosa, Xuan Karlos Onetti və Kamilo Xose Sela kimi müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.[16]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.