From Wikipedia, the free encyclopedia
Spinal anesteziya, Onurğa beyni anesteziyası ya qısa olaraq SPA (lat. spinalis – onurğa sütunu, "an-" yun. αἴσθησις) regional anesteziyanın bir növü. bu zaman onurğa kanalına (onurğa mayesinə) yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyyatı sönmüş olur. Belə ki, həmin nahiyənin ağrı, temperatur, taktil – toxunma hissiyatı və xüsusən ətrafların hərəkət funksiyaları pozulmuş olur.
Spinal anesteziya | |
---|---|
| |
Vikianbarda əlaqəli mediafayllar |
XX əsrin əvvəllərindən sinal anesteziya sezar kəsiyində istifadə edilmişdir. 1930 ildə spinal anestiziya zamanı ilk ölüm halı qeydə alınmasından sonra bu metoddan istifadə edilmir. lakin 1950-ci illərdən başlayaraq bu metoda daim müraziət edilmiş və inkişaf etdirilmişdir. Günümüzdə bu metod demək olar ki, sezar əməliyyatları üçün anesteziyanın ən məğbul metodu sayılır. *[4]
Vəzifə etibarilə onurğa beyni boyun gövdə və ətraf əzələlərinin avtomatik tənziminin mərkəzi üzvü hesab olunur, morfoloji və fizioloji cəhətcə beyinlə sıx rabitədədir və onun fəaliyyəti beyin qabızının başçılığı altındadır. Onurğa beyninin yuxarı hüdudu uzunsov beyin çarpazının aşağı ucu (birinci boyun sinirinin çıxan yeri) bərabərində, skletə nisbətən atlasın yuxarı kənarı bərabərliyində və aşağı hödudu 1–2-ci bel fəqərələri səviyyəsində olur. Onurğa beyni onurğa kanalının əyriliklərinə müvafiq olaraq boyun və döş nahiyələrində əyilmişdir. Bunun uzunluğu orta hesabla kişilərdə 45 sm. qadınlarda isə 43 sm olur. Onurğa beyninin uzunluğu onurğanın uzunluğuna olan nisbəti daimi deyildir; orta hesabla onurğanın uzunluğunun onurğa beyninin uzunluğuna olan nisbəti 100:64 olan nisbəti kimidir. Onurğa beyninin sagital ölçüsü frontal ölçüsündən kiçikdir. Həcmi 33 sm³ və en kəsiyinin səthi orta hesabla 63 mm²-ə bərabərdir. Onurğa beyninin çəkisi yetişmiş şəxslərdə 30 q və yenidoğulmuşlarda 6–7 q olur; bədən çəkisinə olan nisbəti 1: 1848 olan nisbətinə (yenidoğulmuşlarda isə 1:851 nisbətinə) bərabərdir. Onun çəkisi (yenidöğulmuşunkuna nisbətən) bir yaşında iki dəfə, beş yaşında üç və həddi-bbüluğ dövründə 4–5 dəfə artmış olur. Onurğa beyni onurğa kanalında yerləşərək onurğanın hərəkəti zamanı yerini bir qədər yuxarıya doğru dəyişir; deməli onurğa beyni onurğa kanalında hərəkətli bir surətdə fiksasiya olunmuşdur. O, onurğa kanalını tamamilə tutmamışdır; əgər onurğa beyninin en kəsiyinin səthi 63 mm² təşkil edirsə, onurğa kanalının en kəsiyinin səthi 254 mm²-ə bərabərdir; beləliklə onurğa kanalında onurğa beyninin tutduğu yerdən başqa artıq sahə qalır; buranı onurğa beyni qişaları, damarlar və beyin-onurğa beyin mayesi tutur. bu sahə onurğa beyninin hərəkət etməsinə şərait yaradır. Onurğa beyninin yerdəyişmə dərəcəsi fiksasiya aparatına aid olan dişli bağlar (lat. lig-ta denticulata) ilə məhdudlaşır. bu bağlar (19–23 cüt) onurğa beyninin yumşaq qişasından ayrılmış törəmədir. Onlar bir tərəfdən sərt qişaya, digər tərəfdən isə onurğa beyninin ön və dal kökləri arasında yumşaq qişaya bağlanmışdır. Onurğa beyninin fiksasiyasında sərt qişanın özü, hörümçək torunabənzər və yumşaq qişaların bağ aparatı (subaraxnoidal arakəsmələr, dişli bağlar), uzunsov beyin, uc sap və onurğa beyni damarları iştirak edir. Topoqrafiya cəhətcə onurğa beyni üç hissəyə bölünür: boyun hissə – lat. pars cervicalis, döş hissə – lat. pars thoracica, və bel hissə – lat. pars lumbalis. Bunların qalınlığı eyni deyildir; boyun və bel hissədə qalınlaşmalar vardır:
Bu qalınlaşmaların əmələ gəlməsi, onurğa beyninin ətrafında gedən sinirlərə müvafiq seqmentlərində sinir hüceyrələrinin çoxluğu ilə izah olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.