Sərdarabad mahalı — XVIII ortalarında yaradılan İrəvan xanlığının 15 mahalından biri. Qərbi Azərbaycanda (indiki Ermənistanda) yerləşirdi.[1]
Sərdarabad mahalı | |
---|---|
Ölkə |
İrəvan Rusiya tərəfindən işğal edildikdən sonra 1827-cı ildə xanlıq üsuli-idarəsi ləğv edilmişdir. Bununla bağlı Sərdarabad mahalı ləğv edilmişdir. Sərdarabad mahalına Şəfiabad, Yuxarı Qarxın, Aşağı Qarxın, Türkmənli, Uzunoba, Çubuxçu, İydəli, Canfıda, Quzugüdən, Qurduqulu, Kərim arx, Sərdarabad, Molla Bayazit, Keçili, Evcilər, Xatunarx, Ağcaarx kəndləri daxil idi. «Sərdarabad» adı sonradan - indiki Ermənistan ərzisində sovet hökuməti qurulandan sonra yaradılan Sərdarabad rayon adında öz əksini tapmışdır.
Sərdarabad mahalının ərazisi indiki Oktemberyan rayonunun ərazisini əhatə edirdi.
Tarixi faktlar
1830-cu ildə vilayətin idarəsi erməni D.O.Behbudova (1793-1867) tapşırıldı. 1833-cü ildə iyun ayının 23-də çar hökumətinin qəbul etdiyi əsasnaməyə görə, "Erməni vilayəti" adlandırdıqları İrəvan əraziləri 4 dairəyə bölünür:
- İrəvan dairəsi. Buraya Dərəçiçək, Qırxbulaq mahalları daxil idi.
- Şərur dairəsi. Buraya Şərur, Vedibasar, Gərnibasar, Zəngibasar mahalları daxil idi.
- Sürməli dairəsi. Buraya Sürməli, Dərəkənd-Parçenis mahalları daxil idi.
- Sərdarabad dairəsi. Buraya Saatlı, Talin, Seyidli-Ağsaxlı, Abaran, Karpi, Sərdarabad mahalları daxil idi[1].
1849-cu ilin 9 iyununda İrəvan quberniyası yaradıldı və quberniya 5 qəzaya bölündü: 1) İrəvan qəzası; 2) Aleksandropol qəzası; 3) Yeni Bəyazid qəzası; 4) Naxçıvan qəzası; 5) Ordubad qəzası.
Zəngibasar, Sürməli, Şərur, Sərdarabad mahalları İrəvan quberniyasına, Naxçıvan və Dərələyəz mahalı isə Naxçıvan qəzasına aid hesab edildi.
İstinadlar
Mənbə
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.