Remove ads
From Wikipedia, the free encyclopedia
Səmiz Əhməd Paşa (osm. سيمز أحمد پاشا — Semiz Ahmed Paşa; v. 27 aprel 1580, İstanbul, Osmanlı imperiyası) — Qanuni Sultan Süleyman səltənətində 3 il 7 ay 22 gün sədrəzəm olmuş Osmanlıdövlət xadimi.[1][2]
Səmiz Əhməd Paşa | |
---|---|
13 oktyabr 1579 – 27 aprel 1580 | |
Əvvəlki | Sokullu Mehmed Paşa |
Sonrakı | Lələ Qara Mustafa Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 27 aprel 1580 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, dövlət rəsmisi |
Həyat yoldaşı | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Osmanlı imperiyası |
Qoşun növü | quru qoşunları |
Döyüşlər |
Həyatının ilk illəri barədə yetərli məlumat olmasa da, əslən alban olub Qanuni Sultan Süleyman dövründə saraydan təyinatla ayrıldığı bilinir. 1534 tarixli Bağdad səfəri əsnasında edam edilən dəftərdar İsgəndər Çələbinin kölələrindən biri idi və bu hadisənin ardından Əndəruna alınaraq burada təlim-tərbiyə edilməyə başlandı. Əndərundakı təhsilini tamamladıqdan sonra saray daxilində bir neçə vəzifədə xidmət etdi və nəahayət qapıçıbaşılığa yüksəldi. 1553 tarixli Naxçıvan səfərinə məhz bu vəzifəylə qatıldığı güman edilir. Bu səfər əsnasında dövrün güclü siması Rüstəm Paşanın rəğbətini qazandı və onun ikinci sədarəti dövründə 10 yanvar 1558-ci ildə yeniçəri ağası təyin edildi. 4 oktyabr 1561-ci ildə Rumeli bəylərbəyi təyin edildi və həmin il 27 noyabrda sədrəzəm Rüstəm Paşanın Mihrimah Sultandan doğulan qızı Ayşə Hümaşah xanım Sultanla evləndirildi. Beləcə, nüfuzunu daha da artıran Əhməd Paşa 4 iyul 1563-cü ildə altıncı vəzir olaraq divana daxil oldu. Bu vəzifədə ikən qatıldığı Sigetvar səfəri boyunca Sultan Süleymanın yaxın xidmətində oldu və səfər əsnasında dördüncü vəzirliyə yüksəldi. Səfər davam edərkən Sultan Süleymanın gözlənilən vəfatının ardından hadisəni ört-bas edən şəxslərdən biri oldu. Üstəlik, mərhum padşahın cənazəsinin Belqraddan İstanbula gətirilməsiylə vəzifələndirildi. Yeni padşah Sultan Səlimin İstanbula girişi əsnasında əsgərlərin cülus bəxşişi üçün çıxardığı iğtişaşların yatırılmasında da rol oynadı. Kiprin fəthi əsnasında donanma yola çıxmazdan öncə 29 aprel 1571-ci ildə Dalmatsiya sahillərinə doğru göndərilən ordulara rəhbərlik etdi. 1500 yeniçəri və 600 silahdarla birlikdə yola çıxaraq Rumeli bəylərbəyi Hüseyn Paşayla görüşdü və Venesiya sahillərində üsyankar albanlara qarşı mübarizə apardı. Ardından Venesiya idarəsindəki bəzi qalaların fəthində iştirak etdi. Fəth xəbərini alan və o əsnada Ədirnədə olan Sultan Səlimdən göndərilən əmrlə qışı Salonikidə keçirdi və bu müddət ərzində qalanın təmiriylə məşğul oldu. Ancaq səfərin ardından İstanbula qayıdan Əhməd Paşa Piyalə Paşanın ikinci vəzirliyə yüksəlməsi səbəbilə sədrəzəm Sokollu Mehmed Paşayla anlaşmazlıq yaşadı. Özündən nüfuzca aşağı gördüyü Piyalə Paşanın ikinci vəzirliyə yüksəlməsinə etriaz edən Əhməd Paşa, ehtimal ki, bu səbəblə vəzir Hüseyn Paşayla birlikdə vəzifədən alındı (mart 1573). Ancaq qaynanası olan Mihrimah Sultanın məsələyə müdaxiləsiylə yalnız 25 gün sonra Əhməd Paşa yenidən vəzirliyə təyin olundu. Ancaq Piyalə Paşanın özündən daha yüksək dərəcədə olmasına göz yummalı oldu. Məhz bu səbəblə, Sokollu Mehmed Paşa əleyhdarlarını gizli-gizli dəstəkləməyə başladı. 23 avqust 1575-ci ildə sarayında baş tutan yanğınla saray yararsız hala düşdü və Sultan Murad tərəfindən ödənilən məbləğlə saray qısa zamanda təmir edildi. Piyalə Paşanın vəfatının ardından 21 yanvar 1578-ci ildə ikinci vəzirliyə yüksəldi.
Sultan Səlimin vəfatı və Sultan Muradın cülusundan sonra Sokollu Mehmed Paşaya qarşı cəbhə alan qruplaşmanın içində ön plana çıxan Əhməd Paşa sədrəzəmin sui-qəsd nəticəsində öldürülməsinin ertəsi günü sədarətə yüksəldi (13 oktyabr 1579). Ancaq sədarəti çox çəkmədi və ölümünə qədərki 6 ay boyunca vəzifədə qala bildi. Sədarəti dövründə Lələ Mustafa Paşaya qarşı Sənan Paşanı dəstəklədi. Kanijalı Siyavuş Paşa onun dəstəyilə vəzirliyə yüksəldi. Ancaq sədarətə yüksəldikdən sonra səhhəti pisləşdi. Xüsusilə də, yaxın adamlarından timar dəftərdarı Xəyalibəyzadə Ömər Əfəndinin həbs edilərək Yeddiqüllə zindanlarına həbs edilməsi xəbəri onu daha da sarsıtdı. Son divan məclisinə qatıla bilmədi və 4 gün sonra - 27 aprel 1580-ci ildə gecə saatlarında vəfat etdi. Cənazəsi qaynanası tərəfindən inşa etdirilən Ədirnəqapı Mihrimah Sultan məscidinin həyətindəki türbəsinə dəfn edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.