Türk mühəndis və iş adamı From Wikipedia, the free encyclopedia
Səlcuq Bayraqdar (7 oktyabr 1979, Sarıyer, İstanbul ili[1]) — türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni.[3]
Səlcuq Bayraqdar | |
---|---|
türk. Selçuk Bayraktar | |
Doğum tarixi | 7 oktyabr 1979 (45 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Təhsili | |
Fəaliyyəti | mühəndis, iş adamı, siyasətçi |
Mükafatları | |
baykartech.com/tr/selcuk… | |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir.[4] Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir.[5] Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı.[6]
Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.[7][8]
Xüsusi pilot lisenziyasına sahibdir.
2016-cı ildə Sümeyyə Ərdoğanla evlənmişdir. Bir övladı var.[5] Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.
Təhsilinin ardından 2007-ci ildə Türkiyəyə qayıdaraq ailəsinə məxsus Baykar Makina şirkətinin texniki meneceri kimi fəaliyyətə başlayıb.[9] Türkiyə tərəfindən inkişaf etdirilən pilotsuz uçuş aparatları, idarəetmə, avionik sistem arxitekturası, naviqasiya alqoritmləri, kinematik və sistemin dinamikləri, yerləşmiş proqram inkişaf etdirmə və elektron avadanlıq kimi sahələr ilə məşğul olmağa başlayıb.
Komandası ilə birgə istehsal etdiyi Bayraktar TB2 pilotsuz uçuş aparatlarını Türkiyə Ordusu PKK-ya qarşı hərbi əməliyyatlarda, Suriyada vətəndaş müharibəsində, və Liviyadakı ikinci vətəndaş müharibəsində geniş şəkildə istifadə etmişdir. Səlcuq Bayraktar Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı Bayraktar Mini PUA-nın ixtiraçısı olmuşdur. Türkiyənin ilk hücum pilotsuz uçuş aparatı Bayraktar Akıncının (PUA) yaradılmasında xüsusi əməyi olmuşdur.[10]
Türkiyə Texnoloji Komandası Vəqfinin yaradıcısı və rəhbəridir. Vəqfin təsisində məqsəd texnologiyaya həvəsli olan müəyyən yaş qruplarındakı insanları vəqfdə araşdırma aparmağa təşviq etməkdir. Türkiyədə kosmik sahədə görülən işləri tanıtmaq üçün Teknofest festivalının təşkilatçısı olmuşdur.[5]
Çinin Uhan əyalətində yayılan Covid-19 virusuna qarşı 22 mart 2020 tarixində Türkiyədəki Bayraktarın şəxsi Twitter hesabından respirator istehsalına texniki dəstək verəcəyini açıqlamışdır. Arçelik, ASELSAN, Baykar Makina və BIOSYS tərəfindən həyata keçirilən iki həftəlik tədqiqat müddətinin ardından istehsalı planlaşdırılan 5000 tənəffüs cihazından ilk 100 ədədi 20 aprel 2020-ci ildə Başakşəhər Şam və Sakura Şəhər Xəstəxanasının açılışında təqdim edilmişdir.[11][12][13][14]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.